Kapital Bank Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərdi


Digərləri 09 Fev 2023 18:05:00 183 0

Kapital Bank Türkiyədə zəlzələdən zərərçəkənlərə dəstək göstərdi

Bildiyiniz kimi, 6 fevral tarixində Türkiyənin müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən silsiləli zəlzələlər qeydə alınıb. Dəhşətli təbii fəlakət nəticəsində zərərçəkmiş şəxslərə dəstək məqsədilə Kapital Bank tərəfindən yaradılan Qırmızı Ürəklər Fondu "Türkiyə üçün bir ürək olaq!" adlı yardım vəsaitinin toplanılması aksiyasına start verib.

Hal-hazırda davam edən aksiya çərçivəsində bankın əməkdaşları, ölkədə və xaricdə yaşayan bir çox soydaşlarımız, həmçinin müxtəlif şirkətlərin ianələri hesabına cəmi bir gün ərzində artıq 200 000 manatdan çox vəsait toplanılıb. Aksiyaya dəstək olmaq üçün https://redhearts.az saytı, Birbank rəqəmsal bankı, eləcə də Kapital Bank-ın ödəniş terminalları vasitəsilə Qırmızı Ürəklər Fonduna ianə edərək, bu təşəbbüsə siz də qoşula bilərsiniz. Toplanan vəsaitlər Türkiyədə fəaliyyət göstərən Ahbap xeyriyyə fondu vasitəsilə zəlzələ qurbanlarına yardım üçün istifadə olunacaq.

Qeyd edək ki, zəlzələ zamanı zərərçəkmiş şəxslərə dəstək məqsədilə PAŞA Holding və Kapital Bank da daxil olmaqla onun törəmə şirkətləri Türkiyənin iki önəmli yardım fonduna - Ahbap və Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) hər birinə 500 000 ABŞ dolları olmaqla vəsait ianə ediblər.

Kapital Bank hadisə nəticəsində doğma və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa və səbir diləyir. Qardaş xalqın kədəri, bizim kədərimizdir. Başın sağ olsun, Türkiyə!

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

800 manata narkotik daşıyan şəxs tutuldu  FOTO like
  • 09 Fev 18:00  
Kriminal 800 manata narkotik daşıyan şəxs tutuldu FOTO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əmə

arrow Ətraflı
Ana və iki azyaşlı övladını öldürən Əhəd Əliyev like
  • 09 Fev 17:50  
Digərləri Ana və iki azyaşlı övladını öldürən Əhəd Əliyev

Bakının Nizami rayonunda ana və iki azyaşlı övladını qətlə yetirməkd�

arrow Ətraflı
Dağıntılar altında qalan xalası öldü like
  • 09 Fev 17:40  
Şou-biznes Dağıntılar altında qalan xalası öldü

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ailə üzvlərindən

arrow Ətraflı
Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı  VİDEO like
  • 09 Fev 17:20  
Dünya Kim Çen In 35 günlük fasilədən sonra ictimaiyyət qarşısına çıxdı VİDEO

Şimali Koreya lideri qızı ilə bu gün yenidən ictimaiyyət qarşısına ç�

arrow Ətraflı
Şuşadakı keçmiş poçt binası əsaslı təmir olunacaq like
  • 09 Fev 17:17  
Kriminal Şuşadakı keçmiş poçt binası əsaslı təmir olunacaq

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşa şəhərində yerləşən ke�

arrow Ətraflı
Xalq artisti: "Qohumum zəlzələ zamanı özünü binadan atıb"  VİDEO like
  • 09 Fev 17:11  
Şou-biznes Xalq artisti: "Qohumum zəlzələ zamanı özünü binadan atıb" VİDEO

"Adanada qohumum var, Fərid həkim. Həyat yoldaşım da onun sayəsində

arrow Ətraflı
Zəngilan, Qubadlı və Kəlbəcərdə torpağın keyfiyyəti öyrənilib  FOTO like
  • 09 Fev 16:50  
Digərləri Zəngilan, Qubadlı və Kəlbəcərdə torpağın keyfiyyəti öyrənilib FOTO

Azərbaycanın Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarında torpağın keyf

arrow Ətraflı
Türkiyədə zəlzələ olan ərazilərdə son durum  VİDEO  FOTO like
  • 09 Fev 16:30  
Digərləri Türkiyədə zəlzələ olan ərazilərdə son durum VİDEO FOTO

Fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 7.7 bal güc

arrow Ətraflı
Repçi 72 saat sonra dağıntılar altından çıxarıldı like
  • 09 Fev 15:51  
Digərləri Repçi 72 saat sonra dağıntılar altından çıxarıldı

Əsil adı Hikmet Ağca olan Knock Out ləqəbli repçi Hatayda 72 saatdan sonra

arrow Ətraflı
"İnşallah, yenə zəlzələ olsun" deyən qızlar həbs edildi  VİDEO like
  • 09 Fev 15:40  
Digərləri "İnşallah, yenə zəlzələ olsun" deyən qızlar həbs edildi VİDEO

Ankarada sosial mediada canlı yayımaçaraq "Zəlzələ olsun" deyə

arrow Ətraflı
Şuşanın mobil tətbiqi hazırlanacaq like
  • 09 Fev 15:39  
Kriminal Şuşanın mobil tətbiqi hazırlanacaq

Bu il Şuşa şəhərinin elektron xəritəsi və mobil tətbiqi hazırlanacaq.

arrow Ətraflı
Prezidentdən İTV ilə bağlı sərəncam like
  • 09 Fev 15:28  
Siyasət Prezidentdən İTV ilə bağlı sərəncam

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İctimai Televiziya və R

arrow Ətraflı