Kamaləddin Qafarov: “Rumıniya Azərbaycan əlaqələri intensiv inkişaf edir”


Siyasət 07 Fev 2023 09:10:00 827 0

Kamaləddin Qafarov: “Rumıniya  Azərbaycan əlaqələri intensiv inkişaf edir”

"Rumıniya Prezidenti Klaus Yohannisin fevralın 2-də Azərbaycana rəsmi səfəri Avropa dövlətlərinin ölkəmizlə əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqda və daha da genişləndirməkdə maraqlı olduqlarını sübut edir. Məlum olduğu kimi, Rumıniya-Azərbaycan əlaqələri uzun illərdir ki, strateji tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Bu müddət ərzində ölkələrimiz arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Prezident İlham Əliyevin mətbuata bəyanatında  da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi sahələrdə də müsbət nəticələr var. Dövlətimizin başçısı bu məqamı da vurğulayıb ki, ticarət dövriyyəsi iki dəfədən çox artsa da, bu dövriyyənin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etməsi ölkəmizi qane etmir. Buna görə də ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Bu məqsədlə hökumətlərarası komissiyanın fəaliyyəti xüsusi önəm kəsb edə bilər". 

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat  Rumıniya-Azərbaycan əlaqələrində energetika sahəsinin aparıcı rol oynadığını xüsusi vurğulayıb:

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün energetika bütün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələdir. O cümlədən, energetika sahəsi Rumıniya-Azərbaycan əlaqələrində də əsas yeri tutur. Bunu təsdiq edən məqamlardan biri kimi, SOCAR-ın Rumıniyada uzun illərdən bəri davam edən səmərəli fəaliyyətini göstərmək olar. Bu gün artıq ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə çıxır. Dövlətimizin  başçısı ötən ay Buxarestdə olarkən təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır. Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və buna paralel olaraq, Rumıniyanın imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. İki il bundan əvvəl isə Cənub Qaz Dəhlizinin son seqmenti uğurla başa çatdırıldı və Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti bir qədər də artdı. Qeyd etmək lazımdır ki, ötən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bir daha ölkəmizə olan etimadı təsdiqləyir. Azərbaycan öz növbəsində Memorandumun  uğurlu icrasını təmin etmək üçün Avropaya qaz ixracatını sürətlə artırır. Eyni zamanda,  Azərbaycan və Rumıniya arasında "yaşıl enerji" sahəsində əməkdaşlıq istiqamətində önəmli addımlar atılır. Prezident İlham Əliyevin Buxarestə səfəri zamanı bu sahə ilə bağlı səmərəli müzakirələr aparılıb. Bu strateji layihə böyük sərmayə tələb edir və bir neçə ölkəni, iki dənizi birləşdirir. Bundan başqa,  Azərbaycan və Rumıniya arasında nəqliyyat sahəsi də böyük önəm kəsb edə bilər. Dövlətimizin başçısının dediyi kimi, Bakı və Konstansa limanları arasında əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var və bu imkanların reallaşdırılması bütün Avrasiya məkanı üçün son dərəcə maraqlı layihələrin icrasına yol aça bilər".

Salatlarda istfadə edilən mayonezi nə ilə əvəz eləmək olar? like
  • 07 Fev 08:59  
Digərləri Salatlarda istfadə edilən mayonezi nə ilə əvəz eləmək olar?

Hər dəfə salat hazırlayarkən mayonezdən istifadə edirik.Marketlərdə sat

arrow Ətraflı
Peruda torpaq şürüşməsi: azı 40 nəfər like
  • 07 Fev 08:58  
Dünya Peruda torpaq şürüşməsi: azı 40 nəfər

Perunun cənubundakı Arekipa departamentində torpaq sürüşməsi nəticəsind

arrow Ətraflı
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun like
  • 07 Fev 08:57  
Siyasət Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun doğum günüd�

arrow Ətraflı
Ukrayna nazirlərinə vertolyotla uçmaq like
  • 07 Fev 08:56  
Siyasət Ukrayna nazirlərinə vertolyotla uçmaq

Ukrayna Daxili İşlər Nazirliyi daxili işlər naziri Denis Monastırskinin ö

arrow Ətraflı
Çin təbabəti üsulları ilə boynunuzdakı xırçıltılardan xilas olun! like
  • 07 Fev 08:55  
Digərləri Çin təbabəti üsulları ilə boynunuzdakı xırçıltılardan xilas olun!

Boyundakı xırçıltılar əksər adamların problemidir. Bu əlamət insanlard

arrow Ətraflı
Azərbaycan Gürcüstandan ən çox avtomobil like
  • 07 Fev 08:54  
Digərləri Azərbaycan Gürcüstandan ən çox avtomobil

Azərbaycan ötən il Gürcüstandan avtomobil idxalına görə birinci yerə ç

arrow Ətraflı
Blinken Çavuşoğlu ilə like
  • 07 Fev 08:53  
Dünya Blinken Çavuşoğlu ilə

"Türkiyə xarici işlər naziri ilə bu gün dağıdıcı zəlzələlər h

arrow Ətraflı
Saakaşvili: Mənə ölüm hökmü like
  • 07 Fev 08:52  
Siyasət Saakaşvili: Mənə ölüm hökmü

Mən faktiki olaraq ölüm hökmü almışam və ölümcül xəstəliklərlə h�

arrow Ətraflı
Yaşıl və qara reyhanın orqanizmdə antibiotik rolu oynadığını bilirdinizmi? like
  • 07 Fev 08:51  
Digərləri Yaşıl və qara reyhanın orqanizmdə antibiotik rolu oynadığını bilirdinizmi?

Yaşıl və qara reyhan təbiətin insanlara bəxş etdiyi antibiotiklərdən bi

arrow Ətraflı
Türk Hava Yolları uçuşlarla bağlı like
  • 07 Fev 08:50  
Dünya Türk Hava Yolları uçuşlarla bağlı

"Vətəndaşlarımızın bölgəyə çatması üçün Adana, Elazığ və D

arrow Ətraflı
NyuYorkda son 40 ilin ən güclü like
  • 07 Fev 08:48  
Dünya NyuYorkda son 40 ilin ən güclü

ABŞ-ın Nyu-York ştatının şimal-qərbində son 40 ilin ən güclü zəlzəl

arrow Ətraflı
Türkiyə və Qərb alimlərindənr qorxunc xəbərdarlıq: like
  • 07 Fev 08:47  
Dünya Türkiyə və Qərb alimlərindənr qorxunc xəbərdarlıq:

Türkiyə və bəzi Qərb mütəxəssisləri hesab edirlər ki, son 500 il ərzi

arrow Ətraflı
Döyənəklərdən qısa bir zamanda xilas olmağın yolları like
  • 07 Fev 08:46  
Digərləri Döyənəklərdən qısa bir zamanda xilas olmağın yolları

Ayaqarınızı altındakı döyənəklərdən xilas olmaq istəyrsinizsə mütl�

arrow Ətraflı
Yasamalda gənc qızı avtomobil vurub like
  • 07 Fev 08:44  
Digərləri Yasamalda gənc qızı avtomobil vurub

Bakının Yasamal rayonunda 17 yaşlı piyadanın xəsarət alması ilə nətic�

arrow Ətraflı