Beynəlxalq səyahətçilərin Cəbrayıla səfəri başlayıb


Siyasət 06 Fev 2023 09:24:00 201 0

Beynəlxalq səyahətçilərin Cəbrayıla səfəri başlayıb

Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun Cəbrayıl rayonuna səfəri başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, səyyahlara Cəbrayılda aparılan bərpa-quruculuq işləri, həmçinin yeni tikilən nümunəvi evlər barəsində məlumat veriləcək.

30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Beynəlxalq səyahətçilər qrupunda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.

Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.

Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin "dark tourism" çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

Son.az 

Rus ordusu total hücuma keçərsə...  Ekspert like
  • 06 Fev 08:59  
Dünya Rus ordusu total hücuma keçərsə... Ekspert

Rusiya Ukraynaya hücum üçün kifayət sayda zərbə qrupları yaratmayıb. Uk

arrow Ətraflı
Təzyiq cəhdi iflasa uğradı: Vardanyan narahatdır… like
  • 06 Fev 08:52  
Siyasət Təzyiq cəhdi iflasa uğradı: Vardanyan narahatdır…

Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsa

arrow Ətraflı
Türkiyədə hərbi nəqliyyat təyyarələri hazırlıq vəziyyətinə gətirilib like
  • 06 Fev 08:44  
Dünya Türkiyədə hərbi nəqliyyat təyyarələri hazırlıq vəziyyətinə gətirilib

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) tələbi əsasında

arrow Ətraflı
Ərdoğandan Qərbə xəbərdarlıq: Qərar veriləcək! like
  • 06 Fev 08:25  
Dünya Ərdoğandan Qərbə xəbərdarlıq: Qərar veriləcək!

Konsulluqlarını bağlayan ölkələrlə bağlı müvafiq qərarları verəcəy

arrow Ətraflı
Ərdoğan: Bəziləri Putinlə birgə işimizdən narahatdır like
  • 06 Fev 08:20  
Dünya Ərdoğan: Bəziləri Putinlə birgə işimizdən narahatdır

Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib �

arrow Ətraflı
İsrail söz verib, bu silahları göndərəcək  Reznikov like
  • 06 Fev 08:15  
Dünya İsrail söz verib, bu silahları göndərəcək Reznikov

İsrail Ukraynaya raket və pilotsuz uçuş aparatlarının hücumları barədə

arrow Ətraflı
Türk Qızıl Aypara Cəmiyyəti Türkiyə vətəndaşlarını qan verməyə dəvət edib like
  • 06 Fev 08:09  
Dünya Türk Qızıl Aypara Cəmiyyəti Türkiyə vətəndaşlarını qan verməyə dəvət edib

Türk Qızıl Aypara Cəmiyyəti vətəndaşları qan verməyə dəvət edib.

arrow Ətraflı
Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır like
  • 06 Fev 08:04  
Dünya Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır

Rusiya və İran rəhbərliyi Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa

arrow Ətraflı
Xoyda 116 nəfər dəm qazından zəhərləndi like
  • 06 Fev 08:00  
Dünya Xoyda 116 nəfər dəm qazından zəhərləndi

Qərbi Azərbaycan əyalətinin zəlzələ baş verən Xoy şəhərində çadır

arrow Ətraflı
Ukrayna hərbçiləri mövqelərini tərk edir like
  • 06 Fev 07:55  
Dünya Ukrayna hərbçiləri mövqelərini tərk edir

Ukrayna hərbçiləri bəzən döyüşçü və sursat çatışmazlığı səbəb

arrow Ətraflı
Netanyahu: İsrail və Fransa İrana qarşı mövqelərini yaxınlaşdırıb like
  • 06 Fev 07:50  
Dünya Netanyahu: İsrail və Fransa İrana qarşı mövqelərini yaxınlaşdırıb

İsrail və Fransa İrana qarşı mübarizə məsələsində mövqelərini mümk

arrow Ətraflı
Volkovun dəstəsi “alver” edir: like
  • 06 Fev 07:45  
Siyasət Volkovun dəstəsi “alver” edir:

Son.az axar.az-a istinadən bildirir ki, İran mövzusunun geosiyasi aktuallıq

arrow Ətraflı
Litva sakinləri Ukrayna üçün 6 milyon avro toplayıb like
  • 06 Fev 07:41  
Dünya Litva sakinləri Ukrayna üçün 6 milyon avro toplayıb

Litva sakinləri Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin alın

arrow Ətraflı
Berboka qadağa: Kanslerlə zarafat etmə! like
  • 06 Fev 07:37  
Dünya Berboka qadağa: Kanslerlə zarafat etmə!

Məndən Almaniya kansleri Olaf Şoltsla zarafat etməmək və artıq danışmam

arrow Ətraflı
Türkiyə beynəlxalq yardım üçün çağırış edib like
  • 06 Fev 07:32  
Dünya Türkiyə beynəlxalq yardım üçün çağırış edib

Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırı

arrow Ətraflı