“Prezidentin ayırdığı 9 milyonu nazirlik “hop” deyib yedi”


Kriminal 04 Fev 2023 15:43:00 237 0

“Prezidentin ayırdığı 9 milyonu nazirlik “hop” deyib yedi”

Son günlər Azərbaycan Kinematoqrafçılar İttifaqındakı kütləvi istefalar, eyni zamanda tanınmış aktyor Hikmət Rəhimovun Prezident tərəfindən serialların çəkilişinə ayrılmış 6 milyon manatın mənimsənilməsi barədə səsləndirdiyi ittihamlar geniş müzakirələrə səbəb olub. Aktyor milyonlarla vəsaitin kimlər tərəfindən ələ keçirildiyini açıqlamasa da, onun fikirlərinə sənət yoldaşlarından dəstək gəlib və H.Rəhimovun həqiqəti dilə gətirdiyi bildirilib.

Bəs 6 milyonu kim "yeyib" və niyə bu barədə araşdırma aparılmır?

Son.az xəbər verir ki, bu barədə modern.az-a açıqlama verən Xalq artisti, kinorejissor Əbdül Mahmudov sensasion iddialar irəli sürüb:

"Serial məsələsinə aydınlıq gətirim. Hikmət onları bir-birindən ayırmayıb deyə qarışıqlıq yaranıb. Cənab Prezident kinostudiyada çəkilən filmlər üçün pul ayırıb. Televiziyalar hansısa sponsorun, şəxsi əlaqələrin hesabına özləri üçün əttökən, eybəcər, rüsvayedici seriallar çəkirlər. Özlərindən artistlər, mövzular icad edirlər. Əgər söhbət böyük kino mədəniyyətindən gedirsə, onun sahibi Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasıdır. Ora peşəkar mədəniyyət məbədgahıdır".

O, dövlətin ayırdığı pulların kim tərəfindən mənimsənilməsi məsələsinə də toxunub: "Dünyanın heç bir yerində dövlət kinoya pul ayırmır. Amma Prezident İlham Əliyev sağ olsun ki, müstəqillik dövründə ziyan görən mədəniyyət sahəsinə büdcədən əvvəl 3 milyon, sonra 6 milyon pul ayırdı. Bu pul Mədəniyyət Nazirliyinə ayrılmışdı ki, kinonun inkişafı ilə bağlı işlər görsünlər. Amma bunu etmədilər. Ovaxtkı nazirin itə də borcu var idi. Ölkə başçısının ayırdığı pul Mədəniyyət Nazirliyi tərəfindən yeyildi. O pulun heç bir faizi kinoya sərf olunmadı. Maliyyə naziri çıxışında demişdi ki, kinoya bu qədər pul ayrılır, amma ortalıqda hələ bir şey yoxdur. Mən də məktub vasitəsilə ona bildirmişdim ki, kinoya pul dövlət büdcəsindən ayrılır, cibinizdən yox. Bir də ki, nəyə görə maraqlanmırsınız ki, ayrılan pul gəlib kinostudiyaya çatır, yoxsa yox? Çatmır pul. Pul ayrılıbsa, son qəpiyinə qədər kinoya xərclənməlidir. Bütün pulları Mədəniyyət Nazirliyi "hop" deyib yedi, 5-10 qəpik gözdən pərdə asmaq üçün xərclədilər. İndiki ağır dönəmdə dövlət kinonu yaşatmaq üçün pul ayırırsa, bunu mənimsəmək böyük cinayətdir. O pulu yeyənlərə demək istəyirəm ki, burnunuzdan gəlsin".

Tanınmış kinorejissor günlərdir gündəmdən düşməyən Azərbaycan Kinematoqrafçılar İttifaqını və sədr Şəfiqə Məmmədovanı da sərt tənqid edib: "Ölkədə bir ittifaq olmalıdır. Bu nədir axı? İki ittifaq var, hərəsinin öz büdcəsi, amma işə yaramırlar. İttifaqın kinonun inkişafında, fəaliyyətində zərrə qədər faydası yoxdur. Kinoya aid olmayan adamlar yığılıb ora. Onları kinostudiyanın qapısından içəri buraxan yoxdur. Bu nə özbaşınalıqdır? Min oyundan çıxırlar, camaat da elə bilir ki, günahkar kinostudiyadır. Şəfiqə xanım, sənin 80 yaşın var, sən nə işlə məşğul olursan? Sənin bu kinoya nə faydan var? İnsanları bölüblər, yarısı orada, yarısı burada. Hərəsi bir-birini topa tutur".

Şeyx Əbdül onu da qeyd edib ki, Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi təşkilat ləğv olunmalıdır: "12 ildir qurultay çağırılmır. Çünki bilir ki, seçilməyəcək, onu atacaqlar bayıra. Bu da (Şəfiqə Məmmədova-red) özündən yalançı iclas keçirir, sədr seçdirir. Mən əlaqəli şəxslərdən, Mədəniyyət Nazirliyindən xahiş edirəm, bizim ittifaq nizamnaməyə əsasən, 5 ildən bir seçilməlidir və artıq 12 ildir seçilmir. Onlar vəzifələrini tutub, kef edirlər. Dövlətin büdcəsindən özləri üçün maaş düzəldib, qohumlarını, rəfiqələrini başlarına yığıblar. Dövlət bu ittifaqa pul ayırmamalıdır. Kinostudiya ehtiyac içində boğulur, ora kömək etmək lazımdır. Ümumiyyətlə, bu ittifaq ləğv olunmalıdır, çünki heç kimə lazım deyil, sadəcə pul yeməklə məşğuldurlar".

bp "Şahdəniz"də daha 3 quyunu istismara verməyi planlaşdırır  Qeri Cons like
  • 04 Fev 15:32  
Digərləri bp "Şahdəniz"də daha 3 quyunu istismara verməyi planlaşdırır Qeri Cons

bp bu il "Şahdəniz" qaz-kondensat yatağında daha 3 quyunu istismar

arrow Ətraflı
Qəfildən bütünlüklə yoxa çıxan göl  FOTO like
  • 04 Fev 15:20  
Digərləri Qəfildən bütünlüklə yoxa çıxan göl FOTO

Rusiyada göl qəfil şəkildə bütövlükdə yoxa çıxıb. Söhbət Yakutiya

arrow Ətraflı
“Şou əhli ailəvi dost olandan sonra birbirinin zibillərini mediaya yayırlar”  VİDEO like
  • 04 Fev 15:11  
Digərləri “Şou əhli ailəvi dost olandan sonra birbirinin zibillərini mediaya yayırlar” VİDEO

"Bizdə şou-biznes əhli bir-biri ilə dost olurlar, sonra da düşmənə

arrow Ətraflı
Beynəlxalq səyyahlar Şuşada uşaqlara hədiyyələr veriblər  FOTO like
  • 04 Fev 15:10  
Digərləri Beynəlxalq səyyahlar Şuşada uşaqlara hədiyyələr veriblər FOTO

Hazırda Şuşada olan xarici qonaqlar yerli uşaqlara hədiyyələr veriblər.

arrow Ətraflı
Azərbaycanda yeni cərimələr müəyyənləşdi like
  • 04 Fev 15:02  
Siyasət Azərbaycanda yeni cərimələr müəyyənləşdi

Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, qura�

arrow Ətraflı
"Qarabağ inanılmaz dərəcədə gözəl regiondur" like
  • 04 Fev 14:55  
Digərləri "Qarabağ inanılmaz dərəcədə gözəl regiondur"

Qarabağ inanılmaz dərəcədə gözəl regiondur.

arrow Ətraflı
“Qaymaq və bal ən çox sevdiyimdir”  İngilis səfirdən paylaşım  FOTO like
  • 04 Fev 14:51  
Digərləri “Qaymaq və bal ən çox sevdiyimdir” İngilis səfirdən paylaşım FOTO

"Məndən tez-tez hansı Azərbaycan yeməyini xoşladığımı soruşurlar

arrow Ətraflı
Nura Suri 23 il əvvəl  FOTO like
  • 04 Fev 14:40  
Şou-biznes Nura Suri 23 il əvvəl FOTO

Müğənni Nura Suri arxiv görüntüsünü paylaşıb.

arrow Ətraflı
Asan hazırlanan məşhur qarışımın düzgün resepti  VİDEO like
  • 04 Fev 14:20  
Digərləri Asan hazırlanan məşhur qarışımın düzgün resepti VİDEO

Virusun biri bitir, digəri başlayır. Mövsümi qriplər, koronavirus və ona

arrow Ətraflı
"İranın vəzifəli şəxslərinin Azərbaycanı təhdid etməsi qırmızı xətti keçib" like
  • 04 Fev 14:15  
Digərləri "İranın vəzifəli şəxslərinin Azərbaycanı təhdid etməsi qırmızı xətti keçib"

"Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra mün

arrow Ətraflı
Stallone həyatının rolunu oynamağa hazırlaşır  VİDEO  FOTO like
  • 04 Fev 14:11  
Şou-biznes Stallone həyatının rolunu oynamağa hazırlaşır VİDEO FOTO

Amerikalı aktyor və kinorejissor Silvestr Stallone ailəsinə həsr olunmuş r

arrow Ətraflı
Xomeyninin Fransadakı xatirə lövhəsi dağıdıldı  VİDEO like
  • 04 Fev 13:51  
Digərləri Xomeyninin Fransadakı xatirə lövhəsi dağıdıldı VİDEO

İran İslam Respublikasının banısı Ruhulla Xomeyninin Fransadakı xatirə l

arrow Ətraflı
Uşaq hüquqlarının qorunması hüquq siyasətinin tərkib hissəsidir like
  • 04 Fev 13:50  
Digərləri Uşaq hüquqlarının qorunması hüquq siyasətinin tərkib hissəsidir

Uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O, nə coğrafi s�

arrow Ətraflı
Ukrayna Belqorodda neft anbarını vurdu like
  • 04 Fev 13:40  
Dünya Ukrayna Belqorodda neft anbarını vurdu

Ukrayna ordusu Rusiyanın Belqorod şəhərindəki neft anbarını vurub.

arrow Ətraflı