Prezident İlham Əliyevin verdiyi 100 illik təminat və Avropada Azərbaycana artan xüsusi diqqət


Siyasət 04 Fev 2023 00:02:00 260 0

Prezident İlham Əliyevin verdiyi 100 illik təminat və Avropada Azərbaycana artan xüsusi diqqət

Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyinə yaranan təhdidlər alternativ mənbələrə marağı daha da artırır. Belə bir məqamda Avropa dövlətlərinin üz tutduğu əsas ölkə Azərbaycandır.

Avropa liderlərinin Azərbaycana müraciətinin kökündə ölkəmizin etibarlı tərəfdaş imici dayanır. Rəsmi Bakının formalaşdırdığı etibarlı tərəfdaş imici Azərbaycanın yeni qlobal səviyyəli enerji tədbirlərinə ev sahibliyi etməsi ilə nəticələnir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasına göstərilən diqqət, Bakının "köhnə qitədə" qazandığı hörmətin, etiramın əsas göstəricilərindən biridir.

Xüsusilə qeyd etmək lazımdır ki, Məşvərət Şurasının son iclasında iştirak edən dövlətlərin, şirkətlərin, həmçinin maliyyə qurumlarının sayı ötən dəfəki toplantılara qatılanlardan qat-qat çoxdur. Bu diqqət göstərir ki, Avropa liderləri enerji böhranından xilas olmaq üçün Azərbaycanı əsas tərəfdaş seçiblər, ümidləri Bakıyadır. Onlar Prezident İlham Əliyevin sözünə və imzasına güvənirlər.

Ölkə başçısı da Məşvərət Şurasının iclasında çıxışı zamanı Azərbaycanın həm "yaşıl enerji" , həm də təbii qaz sektorunda etibarlı tərəfdaş olduğunu bəyan edən fikirlər səsləndirib.

Prezident ölkəmizin "yaşıl enerji" potensialından danışarkən vurğulayıb ki, bərpaolunan enerji bizim planlarımızın bir hissəsidir.

Sitat: "Üç əsas enerji şirkəti ilə razılaşdıq və anlaşma memorandumu imzaladıq ki, biz 25 qiqavat həcmində bərpaolunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edək. Bu, çox böyük potensialdır".

Qara dənizin dibi ilə kabelin çəkilməsi barədə işlərin planlaşdırılmasının da önəmini vurğulayan Prezident bildirib ki, bu da Avropadakı tələbatla əlaqələndirilməlidir.

Sitat: "Beləliklə, biz potensial əməkdaşlığımızı Avropa qitəsində görəcəyik. Əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjinin son nöqtəsi olmayacaq".

Azərbaycan lideri ölkəmizin qaz ixracının hədəfləri barədə danışarkən isə bildirib ki, təbii qaz ixracının 2027-ci ilədək ikiqat artırılması tamamilə realdır.

Həmçinin Azərbaycanın bu il yeni qaz yataqlarından hasilatın olacağı da vurğulanıb.

Bundan başqa, Prezident bəyan edib ki, təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı yüz il kifayət edəcək.

Sitat: "Əminəm ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin digər bağlantılar və potensial interkonnektorlar vasitəsilə biz Avropada daha çox ölkələri bu layihəyə qoşa biləcəyik. Təbii qaz resurslarına gəldikdə, mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcək. Əlbəttə ki, biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da olacaq. Heyət nisbətən kiçikdir - cəmi 4 ölkə var".

Göründüyü kimi, Azərbaycan hələ bundan sonra 100 il Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev bu istiqamətdə xüsusi siyasi iradə nümayiş etdirir.

Ölkə başçısı bu xüsusda ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə imzaladıqları "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun əhəmiyyətini vurğulayıb.

Sitat: "Ötən il vacib bir hadisə oldu və bu, bizim enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir. Bu, əslində, bizim gələcək planlarımız üçün açıq yol xəritəsidir. Biz 2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu, mümkündür, çünki bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var".

Ümumilikdə Avropa liderlərinin Azərbaycan prezidenti ilə intensiv təmasları, Bakıya edilən səfərlər, ümumilikdə imzalanan ikitərəfli və çoxtərəfli müqavilələr göstərir ki, ölkəmiz enerji siyasətini uğurla davam etdirir. Prezidentin çıxışından da aydın olur ki, həm qaz, həm də "yaşıl enerji" sektoru ilə bağlı konkret plan hazırlanıb və uğurlu icrası üçün xüsusi səy göstərilir.

Təbii ki, Məşvərət Şurasının Bakıda keçirilən iclasına göstərilən diqqət, Azərbaycan Prezidentinin Avropanın enerji təhlükəsizliyində Bakının uzun müddət ərzində oynayacağı rolla bağlı dedikləri bəzi Qərb dairələrinin və xüsusilə erməni lobbisinin kefinə soğan doğramamış deyildir. Çünki qeyd edilən dairələr Avropada Azərbaycana, onun "köhnə qitənin" enerji təhlükəsizliyində oynadığı rola qarşı çirkin kampaniya aparırlar, ölkəmizin rolunu kiçiltməyə çalışırlar.

Azərbaycan belə bir nüfuzlu tədbirə ev sahibliyi etməklə bir daha göstərdi ki, erməni lobbisinin və onlardan maddi dəstək alan bəzi avropalı deputatların, rəsmilərin, təşkilatların Bakıya qarşı qurduğu oyun baş tutmur.

Ölkəmiz Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da artıracaq, hələ uzun illər "köhnə qitənin" xilaskarı rolunda çıxış edəcək. Çünki Azərbaycan avropalılar üçün etibarlı tərəfdaşdır. Bundan başqa, ölkəmizin bu tərəfdaşlığı davam etdirmək üçün həm kifayət qədər təbii resursu, həm də siyasi iradəsi var.

Trend

Günün qoroskopu: Alışverişdə qənaətcil olun like
  • 04 Fev 00:01  
Digərləri Günün qoroskopu: Alışverişdə qənaətcil olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
ABŞ Gürcüstana 140 ton hərbi yardım çatdırıb like
  • 03 Fev 23:58  
Dünya ABŞ Gürcüstana 140 ton hərbi yardım çatdırıb

ABŞ Gürcüstan Müdafiə Nazirliyinə 140 ton hərbi yardım çatdırıb.

arrow Ətraflı
Peskovdan ABŞa: Putinin sözlərini unutmayın! like
  • 03 Fev 23:54  
Dünya Peskovdan ABŞa: Putinin sözlərini unutmayın!

Kreml sözçüsü Dmitri Peskov Pentaqonun Kiyevə uzaqmənzilli raketlər verə

arrow Ətraflı
Avropa Ukraynanın sürətli bərpasına başlayır like
  • 03 Fev 23:50  
Dünya Avropa Ukraynanın sürətli bərpasına başlayır

Avropa Komissiyası Ukraynanın sürətli bərpası üçün 1 milyard avro ayır

arrow Ətraflı
ABŞdan İrana növbəti sanksiya... like
  • 03 Fev 23:46  
Dünya ABŞdan İrana növbəti sanksiya...

ABŞ İranın PUA istehsal edən şirkətinin rəhbərliyinə qarşı sanksiya t

arrow Ətraflı
Rusiya və Çin arasında kritik görüş like
  • 03 Fev 23:36  
Dünya Rusiya və Çin arasında kritik görüş

Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Moskvada Çin xarici i

arrow Ətraflı
Bakıda qəza baş verib like
  • 03 Fev 23:31  
Digərləri Bakıda qəza baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
TDTnin Baş katibindən Quranın yandırılmasına reaksiya like
  • 03 Fev 23:25  
Dünya TDTnin Baş katibindən Quranın yandırılmasına reaksiya

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi, səfir Kubanıçbek Öm�

arrow Ətraflı
İfadəyə çağırılan azərbaycanlı musiqiçi həbs olundu like
  • 03 Fev 23:20  
Dünya İfadəyə çağırılan azərbaycanlı musiqiçi həbs olundu

Yanvarın 30-da İranın Qəzvin şəhərinin ədliyyə idarəsinə çağırıla

arrow Ətraflı
Mişeldən Rusiyaya növbəti pis xəbər like
  • 03 Fev 23:14  
Dünya Mişeldən Rusiyaya növbəti pis xəbər

AB Rusiyaya qarşı yeni sanksiyalar, o cümlədən növbəti onuncu paket üzə

arrow Ətraflı
Onlara meydan oxumağa hazırlaşırıq  Ərdoğan like
  • 03 Fev 23:07  
Dünya Onlara meydan oxumağa hazırlaşırıq Ərdoğan

Ölkəmizin 14 mayda keçirəcəyi seçkilərdə qlobal güclərə dəstək ver�

arrow Ətraflı
Türkmənistan milli təhlükəsizlik naziri və Ali Məhkəmənin sədri vəzifəsindən azad edilib like
  • 03 Fev 23:01  
Dünya Türkmənistan milli təhlükəsizlik naziri və Ali Məhkəmənin sədri vəzifəsindən azad edilib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Ali Məhkəmənin sədri Qu

arrow Ətraflı
Ermənistandakı Rusiya səfiri sərhədimizə gəldi like
  • 03 Fev 22:55  
Dünya Ermənistandakı Rusiya səfiri sərhədimizə gəldi

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Cermuk şəhərinə gəlib.

arrow Ətraflı
İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı like
  • 03 Fev 22:48  
Digərləri İstanbulda avtobus qəzasında yaralanan Azərbaycan vətəndaşı

Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda marşrut avtobusu

arrow Ətraflı