Aksiyanın 54cü günü:


Siyasət 03 Fev 2023 09:31:00 188 0

Aksiyanın 54cü günü:

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli dörd gündür davam edir.

Son.az xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Həmçinin aksiyada əraziyə dəstək üçün gələn yerli rus icmasının nümayəndələri də iştirak edirlər. Onlar da ekofəallarla birlikdə Azərbaycan Dövlət Himnini və digər şüarlar səsləndiriblər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Son.az 

Bakıda “yaşıl dövrə” doğru daha bir addım like
  • 03 Fev 09:28  
Digərləri Bakıda “yaşıl dövrə” doğru daha bir addım

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin

arrow Ətraflı
Modelyer İstanbul Hava Limanında nəzarət altına alındı like
  • 03 Fev 09:18  
Şou-biznes Modelyer İstanbul Hava Limanında nəzarət altına alındı

Türkiyəli modelyer Barbaros Şansal İstanbul Hava Limanında saxlanılıb.

arrow Ətraflı
“Bolt” 113 min manat like
  • 03 Fev 08:59  
Digərləri “Bolt” 113 min manat

Beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən "BOLT" ş

arrow Ətraflı
Səhv sayəsində like
  • 03 Fev 08:59  
Digərləri Səhv sayəsində

Fransız gənc elektron biletin çəkiliş tarixini seçərkən səhv edərək l

arrow Ətraflı
132 avtobus gecikir like
  • 03 Fev 08:52  
Digərləri 132 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
Paytaxtın bu yollarında sıxlıq var like
  • 03 Fev 08:51  
Digərləri Paytaxtın bu yollarında sıxlıq var

Yollardakı son vəziyyət açıqlanıb.

arrow Ətraflı
Aİ turistlər üçün like
  • 03 Fev 08:49  
Dünya Aİ turistlər üçün

Avropa İttifaqı Şengen vizalarının alınması prosesini sadələşdirməyi

arrow Ətraflı
Naxçıvanın Türkiyə ilə sərhədinin açılması əhalinin güzəranına necə təsir edəcək? like
  • 03 Fev 08:40  
Digərləri Naxçıvanın Türkiyə ilə sərhədinin açılması əhalinin güzəranına necə təsir edəcək?

Naxçıvan sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv

arrow Ətraflı
Qərbin əsl hədəfi Fransanı məhv etməkdir  İddia like
  • 03 Fev 08:37  
Dünya Qərbin əsl hədəfi Fransanı məhv etməkdir İddia

Qərb mediası da Rusiya iqtisadiyyatının dayanıqlılığını və Qərbin sa

arrow Ətraflı
Qripdən tez sağalmaq üçün nə etməliyik? like
  • 03 Fev 08:24  
Digərləri Qripdən tez sağalmaq üçün nə etməliyik?

Əgər soyuqdəymə və qripin əlamətini, yoluxduğunu ilk başda, hələ simp

arrow Ətraflı
Ukraynaya “SAMPT” raketləri veriləcək like
  • 03 Fev 08:19  
Dünya Ukraynaya “SAMPT” raketləri veriləcək

İtaliya və Fransa 7-8 həftəyə Ukraynaya "SAMP-T" hava hücumundan

arrow Ətraflı
İşçilərin kütləvi ixtisarından sonra like
  • 03 Fev 08:15  
Dünya İşçilərin kütləvi ixtisarından sonra

"Meta" şirkətinin səhmlərinin dəyəri 21% artıb.

arrow Ətraflı
Bu ölkə Rusiya və Ermənistanda səfirlərini dəyişəcək like
  • 03 Fev 08:10  
Dünya Bu ölkə Rusiya və Ermənistanda səfirlərini dəyişəcək

Yunanıstan Rusiya və Ermənistan daxil olmaqla 25 ölkədəki səfirini dəyi�

arrow Ətraflı
Ruslar hücuma cəhd edir, xeyli itki verir like
  • 03 Fev 08:06  
Dünya Ruslar hücuma cəhd edir, xeyli itki verir

Rus ordusu Liman, Baxmut, Avdeyevski və Novopavlovski istiqamətlərində hücu

arrow Ətraflı
NATO Rusiya ilə müharibə aparmır  Fransa like
  • 03 Fev 07:55  
Dünya NATO Rusiya ilə müharibə aparmır Fransa

Fransa və NATO Rusiya ilə müharibə aparmır.

arrow Ətraflı