“START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün sərgi keçirilir


Kriminal 02 Fev 2023 14:17:00 226 0

“START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün sərgi keçirilir

2 Fevral - Azərbaycan Gəncləri Günüdür. 2023-cü ildə anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirirdi. Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla təsis edilmiş Azərbaycan Gəncləri Günü bu diqqət və qayğının nəticəsidir. Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi məhz bu tarixdən sonra, 1999-cu ilin dekabrın 17-də müvafiq qətnaməsi ilə 12 Avqust - Beynəlxalq Gənclər Gününü elan edib.

Azərbaycan gəncliyinin inkişafı, onların mənəvi dəyərlər əsasında tərbiyəsi və yaradıcılığının düzgün istiqamətləndirilməsi, istedadların aşkarlanması və tanıdılması "NUR Art House" qalereyası və "Arts Council Azerbaijan" QHT-nin birlikdə həyata keçirdiyi "Start" layihəsinin əsas məqsədini təşkil edir. Fevralın 1-dən sənətsevərlərin ixtiyarına verilən gənc və həvəskar rəssamların sərgisinin məramı isə incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən rəngkarlıq əsərləri nümayiş olunur.

Yanvarın 31-də baş tutan açılış zamanı "NUR Art House" qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, "Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış edərək sərgi haqqında fikirlərini bildiriblər. "START" layihəsinin məqsəd və məramından söhbət açıblar. Təşkilatçılar sənətdə ilk addımlarını atan gənclərimizə xeyir-dua verib, Azərbaycan Gənclərini qarşıdan gələn bayram münasibətilə təbrik ediblər. Tədbirdə ziyalılarımız, diplomatik missiyaların nümayəndələri, sənətsevərlər iştirak ediblər.

Sərgidə iştirak edən gənc və həvəskar rəssamlar: Əsmər Məmmədova, Afaq Əkbərova, Elşən Rzazadə, Günəş Cəfərova, Rəvan Cabbarlı, Firəngiz Tarıverdiyeva, Fatimə Əliyeva, Reyhan Məhərrəmova, Ləman Nağıyeva, Gülparə Məmmədova, Samirə Faizova, Xəyalə Yusifova, Jalə Həsənzadə, Aytən Əkbərova, Səkinə Şərifova, Gülər Əliyeva, Çinarə Əhmədova, Eliza Qurbanova, Fidan Əmirova, Nərmin Nəsibova, Vəfa Əhmədova, Əsəd Əsgərov, Fəridə Məmmədova, Turanə Məmmədova, Zibeydə Sadıqlı, Rəna Hüseynova, Vüqar Məmmədov, Leyla Qədirova, Kamilə Nəcəf, Ksana Məmmədova, Məryan Moqbeliyeva rəngkarlıq əsərləri ilə öz daxili aləmlərini, sənətə yanaşmalarını təqdim ediblər. Onların təbiətə, cəmiyyətə, bəşəriyyəti narahat edən mövzulara münasibəti rənglərin dili ilə özünəməxsus tərzdə ifadə olunub.

"Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının və hər zaman gəncləri dəstəkləyən "NUR Art House" qalereyasının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.

Nura Şəbnəmə "ilişdi" like
  • 02 Fev 13:50  
Şou-biznes Nura Şəbnəmə "ilişdi"

Müğənni Nura Surinin Şəbnəm Tovuzlunun mahnılarında səsinə effekt qoyd

arrow Ətraflı
Kəndin əzablı yolları nə vaxt həll olunacaq? like
  • 02 Fev 13:39  
Digərləri Kəndin əzablı yolları nə vaxt həll olunacaq?

Zərdabın Burunlu kənd sakinləri bərbad kənd yolunun yarasız vəziyyətind

arrow Ətraflı
Serbiya və Azərbaycan qaz elektrik stansiyalarını inşa etmək imkanını nəzərdən keçirir like
  • 02 Fev 13:35  
Digərləri Serbiya və Azərbaycan qaz elektrik stansiyalarını inşa etmək imkanını nəzərdən keçirir

Serbiya və Azərbaycan qaz nəqlinə dair müzakirələri davam etdirəcək.

arrow Ətraflı
Mehriban Əliyeva 2 Fevral Gənclər Günü ilə bağlı paylaşım edib like
  • 02 Fev 13:29  
Siyasət Mehriban Əliyeva 2 Fevral Gənclər Günü ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabın

arrow Ətraflı
Səadət Xələfbəyli işdən azad olundu like
  • 02 Fev 13:24  
Digərləri Səadət Xələfbəyli işdən azad olundu

Mədəniyyət Nazirliyi Mədəniyyət Elmi-Texniki və İxtisasartırma Mərkəz

arrow Ətraflı
Qəzalı binanın qorxu içində yaşayan sakinləri like
  • 02 Fev 13:17  
Digərləri Qəzalı binanın qorxu içində yaşayan sakinləri

19-cu əsrin sonlarında tikilən binanın hər gün qorxu yaşayan sakinlərind

arrow Ətraflı
Eyyub Yaqubov tam fərqli bir solokonsertinə dəvət edir like
  • 02 Fev 13:08  
Kriminal Eyyub Yaqubov tam fərqli bir solokonsertinə dəvət edir

Eyyub Yaqubov və "Big Band Sound Pro" çox saylı istəkləri nəzər

arrow Ətraflı
Həyat yoldaşı Tünzalənin xəstəliyindən yazdı like
  • 02 Fev 13:06  
Şou-biznes Həyat yoldaşı Tünzalənin xəstəliyindən yazdı

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal onun o

arrow Ətraflı
Bakıda arabir yağıntılı olacaq like
  • 02 Fev 13:00  
Digərləri Bakıda arabir yağıntılı olacaq

Fevralın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Lavrov: Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi, Azərbaycan torpaqlarını geri qaytardı like
  • 02 Fev 12:59  
Siyasət Lavrov: Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi, Azərbaycan torpaqlarını geri qaytardı

Ermənistan Azərbaycanın ərazilərini işğal etmişdi. Azərbaycan torpaqlar

arrow Ətraflı
“Leopard”ları yandıracağıq like
  • 02 Fev 12:55  
Dünya “Leopard”ları yandıracağıq

Almaniya kansleri Olaf Şoltsun Rusiyaya qarşı göndərdiyi tanklar 80 il əvv

arrow Ətraflı
Cənub Qaz Dəhlizi Avropaya boru kəməri ilə qaz nəqlinin mühüm mənbəyinə çevrilib like
  • 02 Fev 12:49  
Siyasət Cənub Qaz Dəhlizi Avropaya boru kəməri ilə qaz nəqlinin mühüm mənbəyinə çevrilib

Ötən il Cənub Qaz Dəhlizi (CQD) enerji böhranının pik həddində bizim ü

arrow Ətraflı
Yasin Hüseynzadəni aradan götürəcəklər like
  • 02 Fev 12:33  
Digərləri Yasin Hüseynzadəni aradan götürəcəklər

Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və v�

arrow Ətraflı
İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir like
  • 02 Fev 12:14  
Siyasət İran Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza yardım edilməsinə imkan vermir

Azərbaycan dövləti Xoyda zəlzələdən zərər çəkmiş soydaşlarımıza y

arrow Ətraflı