İrana Şuşa Bəyannaməsini xatırladıram


Dünya 28 Yan 2023 09:36:00 200 0

İrana Şuşa Bəyannaməsini xatırladıram

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyir və qınayıram. Şəhidimizə Allahdan rəhmət, yaralılara şəfa, qardaş xalqımıza başsağlığı diləyirəm.

Son.az bildirir ki bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç 27 sentyabrda Azərbaycanın İrandakı səfirliyinə terror hücumu haqda danışarkən deyib.

Diplomat bütün digər ölkələr kimi, İranın da öz ərazisində yerləşən diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdeh olduğunu vurğulayıb:

"Azərbaycanın səfirliyinə qarşı edilən hücum açıq-aşkar terror aktıdır. Terrorçunun "Kalaşnikov"dan istifadəsi də bunu sübut edir. Bir ölkədə yerləşən xarici səfirliklər həmin ölkəyə əmanətdir. Diplomatik xidmətlə bağlı qəbul edilən Vyana konvensiyalarında da yerləşmə ölkəsinin səfirliklərin qorunmasına məsuliyyət daşıdığı əksini tapıb. Bu bir borcdur, vəzifədir. İran öz vəzifəsini tam yerinə yetirdimi? Törədilən terror aktı tam əksini göstərir.

Digər tərəfdən, səfirlik ərazisi Azərbaycan torpağıdır, səfirlikdəki terror aktı da Azərbaycan dövlətinə qarşı edilən hücumdur. Ona görə baş verən hadisə sadə bir məsələ deyil və terror aktının arxa planının bütün detalları ilə araşdırılıb üzə çıxarılması həyati əhəmiyyət kəsb edir".

Diplomat bildirib ki, İranın xüsusilə 44 günlük Vətən müharibəsindən sonra dəyişdiyi müşahidə olunur:

"Azərbaycanın qazandığı Şanlı Zəfər və öz torpaqlarını düşmən tapdağından azad etməsi sanki İranı narahat edir. Qələbədən sonra Azərbaycan sərhədində təlimlərin keçirilməsi, Qafanda baş konsulluğun açılması göz önündədir və çox düşündürücüdür. Mən İrana bir daha xatırlatmaq istəyirəm ki, 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi adi bir sənəd deyil. Türkiyə və Azərbaycan bu tarixi addımdan sonra bir dövlət və bir millət olub. İran rəsmiləri atdıqları və atacaqları addımları diqqətlə düşünməlidirlər. Azərbaycana edilən hücum eyni zamanda Türkiyəyə edilmiş sayılır. Tehrandakı Azərbaycan səfirliyini biz həm də Türkiyənin səfirliyi kimi görürük. Ona görə bu qanlı terror aktı həm də Türkiyəyə qarşı törədilib. Biz bunu belə qəbul edirik. İndi bəzi ağıldan kəmlər Türkiyədə Rusiya səfirinin qətlə yetirildiyi terror aktını misal gətirirlər. Birincisi, terrorçunun FETÖ-cü olması istintaqla üzə çıxarıldı; ikincisi isə mərhum səfir səfirliyin binasında yox, tədbir keçirilən başqa binada sui-qəsdə məruz qaldı. Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktı ilə bu, çox fərqlidir və əgər terrorçunun əlində imkan olsaydı, binanın içərisindəki hər kəsi öldürəcəkdi.

İrandan Azərbaycan səfirliyində törədilən terror aktının kimin, niyə və hansı məqsədlə törətdiyini istintaqla üzə çıxarmasını gözləyirik. Türkiyə keçmişdə də Azərbaycanın yanında idi, bu, bu gün də belədir, gələcəkdə də belə olacaq. Qonşu İranı öz məsuliyyətini daşımağa, ondan qaçmamağa dəvət edirik".

Son.az 

"Hər kəsə borcum var" like
  • 28 Yan 09:30  
Şou-biznes "Hər kəsə borcum var"

"Hardasa 3 il bundan əvvəl 80 min manat pul qazanacaqdım. Bu il isə m�

arrow Ətraflı
Səfirliyə terror bu ssenari ilə həyata keçirilib like
  • 28 Yan 09:24  
Dünya Səfirliyə terror bu ssenari ilə həyata keçirilib

Hər şeydən əvvəl başımız sağ olsun. Terrorçuya müdaxilə edən səfir

arrow Ətraflı
"Xanımımı Türkiyəyə müalicəyə apara bilmədim, baha idi" like
  • 28 Yan 09:18  
Şou-biznes "Xanımımı Türkiyəyə müalicəyə apara bilmədim, baha idi"

"Xanımım Röya beş ay xəstəxanada yatıb, müalicələr aldı. Həkiml

arrow Ətraflı
Ermənistanda hərbçilərin qəsdən yandırıldığı iddia olunur like
  • 28 Yan 09:12  
Dünya Ermənistanda hərbçilərin qəsdən yandırıldığı iddia olunur

Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin

arrow Ətraflı
Bayden: “Bu, sivil dünyaya hücumdur” like
  • 28 Yan 09:08  
Dünya Bayden: “Bu, sivil dünyaya hücumdur”

ABŞ Prezidenti Co Bayden ilə İsrailin baş naziri Benyamin Netanyahu arasına

arrow Ətraflı
LaçınXankəndi yolunda etirazlarln 48ci günü like
  • 28 Yan 09:04  
Siyasət LaçınXankəndi yolunda etirazlarln 48ci günü

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba

arrow Ətraflı
Tübaj qaraciyərin öz gücünə təmizlənməsidir like
  • 28 Yan 08:59  
Digərləri Tübaj qaraciyərin öz gücünə təmizlənməsidir

Son illər orqanizmin təmizlənməsi istiqamətində həyata keçirilən prosed

arrow Ətraflı
Kişi sonsuzluğunun səbəbi like
  • 28 Yan 08:55  
Digərləri Kişi sonsuzluğunun səbəbi

Sonsuzluq bütün dünyada bir çox xəstəliklə bağlı olaraq 60-80 milyon c�

arrow Ətraflı
Zelenski nəzarəti itirir, ABŞ like
  • 28 Yan 08:54  
Siyasət Zelenski nəzarəti itirir, ABŞ

Ukraynada vəziyyət ölkə Prezidenti Vladimir Zelenskinin nəzarətindən çı

arrow Ətraflı
7 gəmi Ukrayna limanlarını like
  • 28 Yan 08:52  
Digərləri 7 gəmi Ukrayna limanlarını

Qarğıdalı və buğda daşıyan yeddi quru yük gəmisi Ukrayna limanlarını

arrow Ətraflı
Təzyiqi endirən qidalar hansılardır? like
  • 28 Yan 08:51  
Digərləri Təzyiqi endirən qidalar hansılardır?

Yüksək təzyiq çox insanda müşahidə edilən xəstəlikdir. Artıq çəki,

arrow Ətraflı
Rusiyada bazarda yanğın like
  • 28 Yan 08:50  
Dünya Rusiyada bazarda yanğın

Rusiyanın Moskva vilayətində "Sindika" bazarının ərazisində yan

arrow Ətraflı
Varikoz nədir...Necə müalicə edilir? like
  • 28 Yan 08:46  
Digərləri Varikoz nədir...Necə müalicə edilir?

Səhhət və estetik cəhətdən problem yaradan varikozlara bəzən diqqət yet

arrow Ətraflı
Almaniyada bu şirkətin 14 minə yaxın əməkdaşı like
  • 28 Yan 08:43  
Digərləri Almaniyada bu şirkətin 14 minə yaxın əməkdaşı

"Verdi" həmkarlar ittifaqı təşkilatçılığı ilə Almaniyanın &

arrow Ətraflı
“Nissan” 520 min avtomobili like
  • 28 Yan 08:42  
Digərləri “Nissan” 520 min avtomobili

Yaponiya avtomobil istehsalçısı "Nissan Motor Co." 527 min 491 əd�

arrow Ətraflı