Tübaj qaraciyərin öz gücünə təmizlənməsidir


Digərləri 28 Yan 2023 08:59:00 203 0

Tübaj qaraciyərin öz gücünə təmizlənməsidir

Son illər orqanizmin təmizlənməsi istiqamətində həyata keçirilən prosedurların içərisində ən məşhurlarından biri də qaraciyərin tübaj edilməsidir. Bir çox fırıldaqçılar bu vasitə ilə insanları aldadaraq pul qazanırlar. Onlar insanları tübaj edərək orqanizmlərini toksin və şlaklardan təmizləyir və çoxlu pul qazanırlar. Amma tübajı özünüz ev şəraitində tətbiq edərək qaraciyərinizi təmizləyə bilərsiniz. Tübajın tətbiq edilməsi heç də düşünüldüyü kimi çətin proses deyil. Aşağıdakıları oxumaqla heç bir pul xərcləmədən ev şəraitində tübaj etmək mümkündür. Tübaj qaraciyərin təmizlənməsi üçün tətbiq edilən prosedurdur. Bu zaman qaraciyər təmizlənir və öz funksiyasını normal həyata keçirir. Tübaj tətbiq edildikdən sonra mədə-bağırsaq sisteminin işi normallaşır, qaraciyərin fəaliyyəti yaxşılaşır, öd kisəsindəki qumlar və xırda daşlar xaric olunur. Tübaj alternativ tibbi prosedurlardan hesab edilir və onu ev şəraitində asanlıqla həyata keçirmək mümkündür. Prosedurun həyata keçirilməsinə göstərişlər: Qaraciyərin xalq təbabəti yolları ilə təmizlənməsinin tarixi çox da qədimlərə gedib çıxmır. Bu prosedur bir çox hallarda həyata keçirilə bilər. Tibbdə tübaj öd kisəsinə zondun daxil edilməsi ilə həyata keçirilir. Amma tübajı zondsuz və ödqovucu preparatların köməyi ilə də həyata keçirmək mümkündür. Bu vasitə ötən əsrin 40-cı illərindən Q.S. Demyanov tərəfindən irəli sürülmüşdür və indiyə kimi tətbiq edilir. Qaraciyər orqanizm üçün ən vacib sayılan orqanlardan biridir. O hətta embrionun əmələgəlmə prosesində də iştirak edir. Qaraciyər ömür boyu işləyir və filtirasiya rolunu həyata keçirir. Qaraciyər orqanizmi toksinlərdən, şlaklardan, hormon artıqlarından təmizləyir, maddələr mübadiləsinin sintezində və həzm prosesində yaxından iştirak edir. Sağlam qaraciyər uzun ömür yaşamanın, cavan qalmanın və gözəlliyin sığortasıdır. Bəs qaraciyərin nə zaman təmizlənməyə ehtiyacı olur? Aşağıdakı hallarda qaraciyər təmizlənməlidir: * qaraciyər nahiyyəsində sızıldayıcı diskomfort hissi meydana gəldiyi zamanda * gözdə sarılıq əlamətləri, dəri ləkələri olduqda * ağızda acılıq hissi və dildə ağ ləkələr olduğu zamanlarda * orqanizmin çəkisinin səbəbi bəlli olmadan artması * bağırsaq problemləri * qanda xolesterinin miqdarının yüksək olması * depressiv vəziyyətlər, isteriyaya meyilliyin olması * qadınlarda aybaşı pozğunluqları meydana çıxdıqda. Bu əlamətlərin olduğu zaman xəstələrə həkimlə məsləhətləşmək tövsiyə edilir. Tibbdə xəstələrə qaraciyər patologiyası diaqnozu qoyulduğu zaman həkimlər əsasən tibbi yollarla müalicə tətbiq edir. Qaraciyər patologiyalarının ən çox aşağıdakı xəstəliklərlə müşayət olunduğu zaman tübaj tətbiq edilir: * xolisistit * öd axınının motor funksiyasının pozulmaları (diskineziya) * pankreatit * duadenit * öd durğunluğu ilə müşayət edilən hepatit. Zond vasitəsilə tübaj tətbiq edildiyi zaman xəstənin öd kisəsi boşaldılır. Bu zaman öd kisəsi yuyulur və qaraciyərin yükü aradan qalxır. Kimlərə əks göstərişdir: Tübaj aşağıdakı hallarda tətbiq edilə bilməz: * hamiləlik və uşaqəmizdirmə zamanı * daxili orqanların xroniki xəstəlikləri zamanı * mədə və onikibağırsaq xəstəlikləri zamanı. Tübaj etmək istəyənlərdə qızdırma, narahatçılıq hissi, ağrı pristupları olduqda prosedur saxlanılmalıdır. Soyuqlama və qrip xəstəlikləri zamanı da tübaj etmək məsləhət görülmür. Hecə hazırlaşmalı? Tübaj tətbiq edən zaman xəstələri əvvəlcədən hazırlamaq lazımdır. Prossedura mütləq əvvəlcədən hazırlaşmaq lazımdır. Bu zaman xəstələr 3-4 gün əvvəlcədən dieta saxlamalı, bitki və süd qidaları qəbul etməli, yağlı, qızardılmış, kəskin qidalardan uzaq durmalıdır. Tübaj müalicə kursu kimi həyata keçirilir. Bu zaman xəstəyə 4-8 dəfə tübaj tətbiq edilir, bu prosedurlar arasında 3-4 gün fasilə verilir. Tübaj tətbiq edilən zaman xəstəyə imalə qoyulur. İmalənin səhər tezdən və ya bazar günü tətbiq edilməsi daha məqsədəuyğun hesab edilir. İmalədən sonra xəstənin ən azı 3 saat uzanmış vəziyyətdə qalması lazım gəlir. Tübaj qara ciyərin təmizlənməsidir. Qaraciyəri ev şəraitində necə təmizləmək olar? Tübajı müxtəlif vasitələrlə həyata keçirmək mümkündür. Ən çox aşağıdakı tübaj növləri tətbiq edilir: * mineral su ilə tübaj * maqneziumla tübaj * sorbitlə tübaj. Ev şəraitində mineral su ilə tübajın tətbiq edilməsi Mineral su ilə tübaj öz effektini qısa bir zamanda göstərir. Bu hər yaşda olan xəstələrə - hətta uşaqlara da tətbiq edilir. Bu zaman çoxlu miqdarda keyfiyyətli mineral su lazım olur. Adətən tübaj zamanı Nazran, Borjomi, Smirnovski və s. mineral sullarından istifadə edilir. 1. Tübaj tətbiq edilən zaman mineral su axşamdan hazırlanmalıdır. Bu məqsədlə qazının çıxması üçün mineral su olan şüşənin qapağı axşam açılır. Səhər o 45*-yə qədər isidilir, qrelka hazırlanır. 2. Səhər acqarına xəstə sağ tərəfi üstündə uzanır, bir-neçə udum mineral su içir. Bu zaman xəstə rahat uzanır və qrelka onun sağ qabırğaaltı nahiyəsinə qoyulur. Bu zaman xəstənin öd axarlarının sfinktorunda olan spazmlar aradan qalxır və öd rahat axır. 10-15 dəqiqə sonra xəstə yenidən mineral su içir və qrelkanın üstündə uzanır. 3. Xəstə 20-30 dəqiqə sonra ödqovucu səhər yeməyi (qoql - moql), limon şirəsi sıxılmış bal yeyir, ödqovucu çay (acıqovuq, zəncirotu, andız, şam yarpağı dəmləməsi) içir. Sonra xəstə sol tərəfi üzərində uzanır, bu zaman yenə xəstə qrelkanı sağ tərəfində saxlayır. Xəstə bu vəziyyətdə 2 saata qədər uzanır. Bu müddət ərzində xəstə az-az mineral su içir. 4. Vaxtaşırı xəstəyə dərindən nəfəs almaq tapşırılır. Bu defekasiya aktının meydana çıxmasına səbəb olur. Bu isə nəticənin əldə edilməsi deməkdir. Maqneziumla tübaj. Maqnezium vasitəsilə də qaraciyərin təmizlənməsinə nail olmaq mümkündür. Bu ev şəraitində tübaj etmək üçün ən məşhur üsullardan biridir. Bu tübaja bəzən "kor tübaj" deyilir. Maqnezium sulfat toz halında satılan dərman preparatlarındandır. Ondan tübaj tətbiq edən zaman geniş istifadə edilir. Bu preparat ödqovucu, öd axarlarının əzələsini rahatlaşdırıcı qabiliyyətə malikdir. Maqneziumla tübaj ed

Kişi sonsuzluğunun səbəbi like
  • 28 Yan 08:55  
Digərləri Kişi sonsuzluğunun səbəbi

Sonsuzluq bütün dünyada bir çox xəstəliklə bağlı olaraq 60-80 milyon c�

arrow Ətraflı
Zelenski nəzarəti itirir, ABŞ like
  • 28 Yan 08:54  
Siyasət Zelenski nəzarəti itirir, ABŞ

Ukraynada vəziyyət ölkə Prezidenti Vladimir Zelenskinin nəzarətindən çı

arrow Ətraflı
7 gəmi Ukrayna limanlarını like
  • 28 Yan 08:52  
Digərləri 7 gəmi Ukrayna limanlarını

Qarğıdalı və buğda daşıyan yeddi quru yük gəmisi Ukrayna limanlarını

arrow Ətraflı
Təzyiqi endirən qidalar hansılardır? like
  • 28 Yan 08:51  
Digərləri Təzyiqi endirən qidalar hansılardır?

Yüksək təzyiq çox insanda müşahidə edilən xəstəlikdir. Artıq çəki,

arrow Ətraflı
Rusiyada bazarda yanğın like
  • 28 Yan 08:50  
Dünya Rusiyada bazarda yanğın

Rusiyanın Moskva vilayətində "Sindika" bazarının ərazisində yan

arrow Ətraflı
Varikoz nədir...Necə müalicə edilir? like
  • 28 Yan 08:46  
Digərləri Varikoz nədir...Necə müalicə edilir?

Səhhət və estetik cəhətdən problem yaradan varikozlara bəzən diqqət yet

arrow Ətraflı
Almaniyada bu şirkətin 14 minə yaxın əməkdaşı like
  • 28 Yan 08:43  
Digərləri Almaniyada bu şirkətin 14 minə yaxın əməkdaşı

"Verdi" həmkarlar ittifaqı təşkilatçılığı ilə Almaniyanın &

arrow Ətraflı
“Nissan” 520 min avtomobili like
  • 28 Yan 08:42  
Digərləri “Nissan” 520 min avtomobili

Yaponiya avtomobil istehsalçısı "Nissan Motor Co." 527 min 491 əd�

arrow Ətraflı
Üzüm yarpağı bu xəstəliklərdən qoruyur like
  • 28 Yan 08:41  
Digərləri Üzüm yarpağı bu xəstəliklərdən qoruyur

Həm meyvəsindən, həm də yarpağından istifadə edilən üzüm yarpağı ç

arrow Ətraflı
Bayden İranla problemlərdə hərbi yolu like
  • 28 Yan 08:40  
Siyasət Bayden İranla problemlərdə hərbi yolu

ABŞ Prezidenti Co Bayden İranla münasibətlərdəki problemlərin həllində

arrow Ətraflı
Saakaşvili: “Başıma gələnlər Zelenski üçün like
  • 28 Yan 08:36  
Siyasət Saakaşvili: “Başıma gələnlər Zelenski üçün

"Mənim başıma gələnlər Ukrayna Prezidenti Volodimir Zelenski üçün

arrow Ətraflı
Bu qidalarla sümük qırılmalarından xilas olun like
  • 28 Yan 08:36  
Digərləri Bu qidalarla sümük qırılmalarından xilas olun

Düzgün qidalanmaq sümük quruluşu üçün də vacibdir. Xüsusilə də süm�

arrow Ətraflı
Səfirliyimizə hücum üçün niyə 27 yanvar seçilib? – like
  • 28 Yan 08:34  
Siyasət Səfirliyimizə hücum üçün niyə 27 yanvar seçilib? –

Azərbaycanın İranın paytaxtı Tehran şəhərindəki səfirliyinə hücumla

arrow Ətraflı
ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı like
  • 28 Yan 08:33  
Siyasət ATƏT sədri Azərbaycanın İrandakı Səfirliyinə qarşı

ATƏT sədri Buyar Osmani Azərbaycanın İrandakı səfirliyinə qarşı silahl

arrow Ətraflı
Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq – like
  • 28 Yan 08:32  
Siyasət Azərbaycan səfirliyinə hücum xəbərini narahatlıqla qarşıladıq –

Braziliyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə

arrow Ətraflı