Qida təhlükəsizliyimiz təhlükədə


Digərləri 28 Yan 2023 08:29:00 353 0

Qida təhlükəsizliyimiz təhlükədə

Azərbaycan trans yağların istehlakına qarşı heç bir tədbir görülməyən ən "təhlükəli" doqquz ölkə sırasındadır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir.

Hesabata görə, trans yağların birbaşa səbəb olduğu ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı on altı ölkədən doqquzunda bu təhlükəyə nəzarət yoxdur. Onların arasında Azərbaycan, Avstraliya, Butan, Ekvador, Misir, İran, Nepal və Cənubi Koreya da var.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə mediaya bildirilib ki, hesabatdakı göstərici ölkədə trans yağ turşularının istehlakı səbəbindən baş verən ölüm hadisələrinin ümumi sayını deyil, əksinə, ürək-damar xəstəlikləri ilə əlaqədar yaranan ölüm hadisələrinin neçə faizinin trans yağ turşuları səbəbindən baş verdiyini göstərir.

"Hesabatdan görünür ki, bu göstərici dünyanın sosial-iqtisadi baxımdan ən geridə qalmış hesab edilən bir çox ölkəsində daha aşağı, Amerika Birləşmiş Ştatları və Latviyada Azərbaycan üzrə göstəricidən daha yüksək, Kanadada isə demək olar ki, eyni səviyyədədir. Nəticə olaraq, bu, hər hansı formada ölkənin statusu ilə bağlı mənfi və yaxud müsbət fikrin yaranmasına əsas verməyən, sadəcə olaraq, trans yağ turşuları ilə bağlı olan ölüm sayının ürək-damar xəstəlikləri arasında payını faizlə ifadə edən bir göstəricidir", - deyə izahatda qeyd olunur.

O da qeyd olunur ki, AQTA ölkədə trans yağ turşularına dair vəziyyəti qiymətləndirmək üçün monitorinq həyata keçirib: "Nəticələrə uyğun olaraq, sahibkarlıq subyektlərinə ölkəmizdə trans yağ turşularının miqdarının 2 faiz həddində müəyyənləşdiriləcəyi, həmçinin onların istehsal və ya idxal etdikləri məhsulların bu tələblərə uyğunlaşdırılması ilə bağlı xəbərdarlıq edilib. 2021-ci ildə isə yağlarda trans yağ turşularının tənzimlənməsi ilə bağlı texniki normativ hüquqi akt layihəsi ictimai müzakirəyə buraxılıb. 2022-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən "Qida məhsullarında trans yağ turşularına dair risk qiymətləndirilməsi" həyata keçirilib. Aparılan ilk monitorinqdən sonra vəziyyətin qiymətləndirilməsi ilə bağlı mütəmadi nəzarət tədbirlərinə əlavə olaraq, 20-23 dekabr 2022-ci il tarixlərində keçirilən son monitorinq çərçivəsində ölkəyə idxal edilən və yerli istehsal məhsullarından ümumilikdə 53 nümunə götürülüb və nümunələrin heç birində trans yağ turşularının miqdarı ilə bağlı uyğunsuzluq aşkar edilməyib".

Ancaq ÜST-in hesabatı da yerində qalır. Aydındır ki, inflyasiya gücləndikcə dükan-bazarda saxta brendlə keyfiyyətsiz qida məhsullarının satışı da artacaq. İşbazların çevrəsi genişlənəcək. Bu problemlı necə mübarizə aparmalı? Əhali nələri nəzərə almalıdır ki, aldanmasın?

Son.az musavat.com-a istinadən bildirir ki, farmakoloq, dosent Aydın Əliyev deyib ki, trans yağlara hidrogen vururlar və onların quruluşu dəyişdirilir: "Quruluşu dəyişilmiş yağlar insanlarda istənilən xəstəliyi törədir, nəinki ürək, qan-damar xəstəliklərini. Ən qorxulu cəhətlərindən biri budur ki, bədənin quruluşu, maddələr mübadiləsi dəyişir və immun sistemi zəifləyir. İmmun sistemi zəifləyəndə təbii ki, insanlarda birinci üzə çıxan əlamət ürəkdə, damarda dəyişikliklər olur. Qan qatılaşır, insult halları, ürək-damar xəstəliklərindən ölüm hallarının çoxalmasına səbəb olur.

Biz insanlar maddələr mübadiləsi ilə yaşayırıq. İnsan aldığı təmiz hava ilə, təmiz qida ilə yaşayır. Keyfiyyətsiz yağlar, dərmanlar, keyfiyyətsiz sular, çirkli hava təbii ki istənilən xəstəliyi törədir. Bizdə hazırda xəstəlik həddən artıq çoxdur. Xüsusilə onkoloji xəstələrə nəzər yetirin, xəstələri sayı həddən artıq çoxdur. Azərbaycana keyfiyyətsiz qida, yağ, dərmanlarını bilə-bilə kim gətirirsə, bizim düşmənə ehtiyacımız yoxdur".

Həkim "bu istiqamətdə nə kimi profilaktik tədbirlər görülməlidir" sualına belə cavab verib: "Belə çıxır ki, ÜST bilir ki, hansı ölkələrə keyfiyyətsiz qidalar gedir. Onda belə məsələ ortaya çıxır ki, dünyada həqiqətən də üçüncü dünya müharibəsi gedir, vacib deyil ki, güllə atılsın. Bəzi ölkələrə raketlər, bəzilərinə isə bu cür istifadə edib demoqrafiq dəyişikliyinə səbəb olurlar. İnsanları xəstələndirirlər. Bu artıq qlobal bir problemdir. Çıxış yolu isə birdir. Kim bilə-bilə ölkəmizə keyfiyyətsiz məhsulları gətirirsə, bizə ən ağır zərbəni vurmuş olur. İnsanlar profilaktik tədbirlər görüb, sağlamlıqlarının qayğısına qalmalıdırlar.

Türkiyədə meşə yanğını like
  • 28 Yan 08:28  
Dünya Türkiyədə meşə yanğını

Türkiyənin Alanya vilayətində meşə yanğını baş verib.

arrow Ətraflı
Ağciyərləri təmizləyən qidalar like
  • 28 Yan 08:25  
Digərləri Ağciyərləri təmizləyən qidalar

Siqaret çəkənlər mütləq oxumalıdırlar! Siqaret çəkən adamlar öz orqa

arrow Ətraflı
Silahlının üstünə şığıyan Vasif Tağıyevin like
  • 28 Yan 08:24  
Digərləri Silahlının üstünə şığıyan Vasif Tağıyevin

"Bir ana üçün bu, ancaq fəxr ola bilər. Amma həm də bütün günü h

arrow Ətraflı
Lavrov Ceyhun Bayramova zəng etdi like
  • 28 Yan 08:23  
Siyasət Lavrov Ceyhun Bayramova zəng etdi

27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə qarşı

arrow Ətraflı
Ukraynaya bu qədər tank lazımdır like
  • 28 Yan 08:22  
Siyasət Ukraynaya bu qədər tank lazımdır

Ukraynanın 300-500 tanka ehtiyacı var.

arrow Ətraflı
Mədə və bağırsaq qripi nədir? like
  • 28 Yan 08:21  
Digərləri Mədə və bağırsaq qripi nədir?

Qış fəslində yayqın şəkildə müşahidə edilən xəstəliklərdən biri

arrow Ətraflı
İƏT Baş Katibliyi Azərbaycanın Tehrandakı səfirliyinə like
  • 28 Yan 08:18  
Siyasət İƏT Baş Katibliyi Azərbaycanın Tehrandakı səfirliyinə

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycanın İr

arrow Ətraflı
Çay haqqında bilmədiklərimiz like
  • 28 Yan 08:15  
Digərləri Çay haqqında bilmədiklərimiz

Çay(ing.tea) dəmləmə və ya qaynama üsulu ilə hazırlanıb içilən alkoho

arrow Ətraflı
Çexiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu like
  • 28 Yan 08:14  
Siyasət Çexiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu

Çexiya hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətl�

arrow Ətraflı
Bu akademiyada rus dili like
  • 28 Yan 08:12  
Siyasət Bu akademiyada rus dili

Ukraynanın Kiyev-Moqilyansk Akademiyasında rus dilində ünsiyyət qadağan ed

arrow Ətraflı
Mədə qazı necə keçər? like
  • 28 Yan 08:11  
Digərləri Mədə qazı necə keçər?

İnsanlar bəzən çox yeməkdən və ya soyuqlamadan mədə qazları yaşayırl

arrow Ətraflı
Yaralıların son durumu like
  • 28 Yan 08:10  
Siyasət Yaralıların son durumu

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan�

arrow Ətraflı
Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə like
  • 28 Yan 08:08  
Siyasət Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə

Türk Dövlətləri Təşkilatının baş katibi Azərbaycanın İrandakı səfi

arrow Ətraflı
Göyəm haqqında like
  • 28 Yan 08:05  
Digərləri Göyəm haqqında

Göyəm çox da iri olmayan göyəm ağacının meyvəsidir. Göyəm ağacı kol

arrow Ətraflı
Ukrayna böhranı: Silah satışı like
  • 28 Yan 08:04  
Siyasət Ukrayna böhranı: Silah satışı

ABŞ-ın silah satışı 2022-ci ildə təxminən 50 faiz artıb.

arrow Ətraflı