“Əqrəb mövsümü”nə görə tənqid edilən Zülfiyyədən cavab FOTO
Şou-biznes 27 Yan 2023 00:44:00 419 0
Feminist aktivist Nərmin Şahmarzadənin aktrisa Zülfiyyə Qurbanovanın "Əqrəb mövsümü" serialındakı performansını tənqid etməsi sənətçini özündən çıxarıb.
Bu xəbəri də oxu: Qumralın başına İŞ GƏLDİ: "Ayaqlarından zədə alıb" VİDEO
Son.az olay-a istinadən xəbər verir ki, o bu barədə sosial media hesabında yazıb. Zülfiyyə bildirib ki, Nərmin obrazlara və ekran işinə diqqətlə baxmayıb, buna görə də yanlış analiz edib:
"Sonuncu oynadığım rol haqqında feminist bir xanım fikir bildirib. Onun düzgün olmayan analizi haqqında fikrimi özünə də yaza bilərdim. Amma buradan yazmağı lazım bildim. Roluma yanaşmanız və analiziniz başdan sona səhvdir, xanım. Sizin təbirinizcə desək, seks işçisi adlandırdığınız qadınla, ərinə (və ya keçmiş ərinə) xəyanət edən qadın arasında heç bir fərq yoxdur. Eyni məhzəbə xidmət edirlər, düşünürsüz. Hətta mənə məsləhət verirsiz ki, belə rol oynadığınız üçün sizi bu səpkili rola çağırırlar. Bu səpkili deyəndə nəyi nəzərdə tutursuz? Onda siz mənim düşmən tərəfindən zorlanan qadın roluma da baxsaz, eyni səpkili rol deyecəksiz? Zorlanıb və əri onu zorlanmış halda qəbul edir deyə...
Videodakı analiz özfəaliyyət səviyyəsindədir. Mən bir peşəkar olaraq hansı rolu, hansı filmi, hansı serialı qəbul edib-etməyəcəyim barədə icazəni nə sizdən, nə də bir başqasından alan xarakterik xüsusiyyətlə malik biri deyiləm. Bilinir ki, siz seriala ve rollara dəqiqliklə baxmamısız. Əmin olun mən yaradıcılığımı və özümü hər kəsin məni düşündüyündən artıq düşünüb, analiz, tənqid edib, sevib irəlilədirəm..
Hər rolun həyat hekayəsi, xarakterik xüsusiyyətini, özülünü qoyacaq, içini dolduracaq lazımi şeyləri olur. Siz bunu peşəkar analiz edə, hətta bir-birindən ayıra bilmirsizsə, onda analiz eləməyin. Məncə, yeni söz danışmaq xətrinə, mən də analiz edirəm. Fikri yaratmaq üçün eləməyin. Siz hətta doğru analiz edə bilən tamaşaçı kimi də edə bilməmisiniz. Mən qəlibə salınmış, sadəcə adı dəyişdirilərək eyni xarakterik xüsusiyyəti daşıyan, eyni həyat tərzi yaşayan rolları oynamış olsaydım, özümə aktrisa kimi heç bir əziyyəti verməzdim. Adı dəyişdirilmiş bir-birinin təkrarı olan standart rollar oynayardım. Mən jestimi, gözümün içindəki ifadəni belə rollarda təkrar eləmirəm. Yox, dəyərli insanlar fikir yaza bilər, normaldır. Amma rolu başa düşməyən, anlamayan, analiz edə bilməyən, hətta artıq o qənaətə gəldim ki, diqqətlə baxmayan birinin fikir bildirməsi düzgün deyil. Qeyd edilib ki, bəs, bu səpkili rol oynayıb deyə rejissorlar eyni tərzli qadın rolu görəndə Zülfiyyəni çağırırlar. İşlərini asanlaşdırsınlar deyə. Hətta mənə məsləhət də verilib. Təxmini buna bənzər fikir. Onda belə çıxır ki, nəticə olaraq eyni taleyi yaşayan, həbsxanaya düşən insanlar (heç kəs heç nədən sığortalanmayıb) hamısı eyni hadisələrlə üzləşib, eyni səbəbdən məhkum olublar".
Qeyd edək ki, Z.Qurbanova sözügedən serialda əri Vaqifə xəyanət etdiyi üçün ondan boşanan, seks işçiliyi ilə məşğul olan Elnarə obrazını canlandırıb. Sənətçi bundan öncə isə "Zəhər tuluğu" filmində eynitipli obrazı canlandırmış, tamaşaçılar tərəfindən uğurlu aktrisa oyununa görə rəğbət toplamışdı.
Azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələ
Paşinyan Laçın yolundakı aksiya ilə bağlı yeni iddia irəli sürüb. Bild
Bu gün Bakıda 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında uzun
Bütün dünyaya rəhmət-mərhəmət nişanəsi, ədəb-əxlaq müəllimi olan
Danimarka Müdafiə Nazirliyinin rəhbəri Yakob Ellemann-Yensen məcburi hərbi
Azərbaycanda bir sıra süd məhsullarının qiymətlərində kəskin şəkild�
Bəzi məhsullar psixi sağlamlığı bərpa etməyə kömək edən xüsusiyyət
"Facebook"da paylaşdığı şəkillərlə şantaj olunan qızın fər
Bəzi dini terminlər var ki, artıq "dini" statusundan çoxdan çıx�
Elmi adı "Allium ursinum" olan xalyar bitkisi dünyada yabanı sarım
Çox uzun dırnaqlar, süni dırnaqlar, müasir manikür sağlamlıq üçün tə
"Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin hesab edilir".
Qəbələdə naməlum şəraitdə itkin düşmüş şəxsin axtarışları həl�
Kanada hökuməti Kanada Müdafiə Nazirliyinin balansında olan dörd "Leo