Heç vaxt ölməyənlər


Digərləri 21 Yan 2023 23:40:00 361 0

Heç vaxt ölməyənlər

Yaşamaq keyfiyyəti, onun dəyər və məmnunluq hissi həyata məna verən və insanın xoşbəxtliyini təmin edən şeydir. Qurani-Kərim heç vaxt ölməyən və daim diri olan bir dəstəyə toxunur:

"Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur" (Ali-İmran, 169).

"Nümunə" təfsirinin müəllifinin fikrincə, burada qeyd olunan həyatdan məqsəd öləndən sonrakı aləmdə ruhların sahib olduğu "Bərzəx" həyatıdır.

Bu, yalnız şəhidlərə aid deyil. lakin şəhidlər mənəvi həyatın nemətlərinə o qədər qərq olublar ki, sanki "Bərzəx"də olan başqa insanların həyatı onların qarşısında heç bir şey deyil. Buna görə də yalnız onların adı çəkilir.

Dəyərlər yolunda və ilahi yolda mübarizə aparan, canını fəda edən insan ondan qabaq bu dəyərlərə mütləq əməl etmiş və öz həyatında onları təcəssüm etdirmişdir.

Təvazökarlıq, bağışlamaq, qəzəbi cilovlamaq, xeyirxahlıq və imkansızlara qayğı göstərmək allahpərəst insanın xüsusiyyətlərindəndir. O, qəddar, təkəbbürlü, eqoist və əxlaqsız olanlardan fərqlidir.

Həmin dəyərli davranışlar insanlara xoşbəxtlik bəxş edir və onları "onlar diridirlər və onlara Rəbbi tərəfindən ruzi verilmişdir" ayəsinin nümunəsi edir.

Ühüd döyüşünün sonunda Allah Rəsulunun (s) müxaliflərinin sərkərdəsi olan Əbu Süfyan ucadan qışqırırdı: "Bədr döyüşündə bizdən öldürülən yetmiş nəfərin yerinə bu yetmiş müsəlman Ühüddə öldürüldü".

Amma Allah Rəsulu (s) buyurdu: "Bizim ölülərimiz cənnətdə, sizin ölülər isə cəhənnəmdədir".

Bu isə daha əvvəl qeyd edilən xoşbəxt və əbədi həyatın mənasıdır.

"Nur" təfsirində şəhid və şəhidlik haqqında qeyd olunan məqamlar

Həzrət Peyğəmbər (s) dua edən bir şəxsdən eşitdi ki, deyir: "İlahi! Səndən istənilən ən yaxşı şeyi mənə ver".

Peyğəmbər (s) ona buyurdu: "Əgər bu dua qəbul olunsa, o, Allah yolunda şəhid olar".

Rəvayətdə buyurulur: "Şəhidlikdən başqa hər bir xeyirin üstündə bir xeyir vardır. İnsan şəhid olanda ondan xeyirlisi yoxdur".

Şəhidin Qiyamət günü şəfaət məqamı vardır. Şəfaət, dünya və axirətdə yaxşılığı çatdırmaq və ya şərri uzaqlaşdırmaq üçün bir məxluqun Allahla başqa məxluqlar arasında vasitə olmasıdır.

Ən yaxşı və ən yüksək ölüm şəhidlikdir.

Onların bir çox peyğəmbərləri və ardıcılları da şəhid olublar. "Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar" (Ali-İmran, 146).

"Onlar peyğəmbərləri haqsız yerə öldürdülər" (Bəqərə, 61).

Həzrət Əli (ə) onlarla xüsusi fəzilətlərə malik olmaqla yalnız şəhidlik astanasında olarkən belə buyurmuşdur: "Kəbənin Rəbbinə and olsun ki, xilas oldum".

İlk iman gətirən o idi, Peyğəmbərin (s) yerində yatdı, Peyğəmbərin (s) qardaşı oldu, yeganə şəxs idi ki, evinin Peyğəmbər məscidinə qapısı var idi, imamların atası və Zəhranın (s) həyat yoldaşı idi.

Büt sındıran idi, Onun "Xəndək" döyüşündə vurduğu zərbə Səqleynin ibadətindən xeyirli idi. Amma qeyd olunanların heç birindən sonra deməmişdir: "Xoşbəxt oldum".

Korların görmə anlayışını anlamadığı kimi, bu dünyada insanlar şəhidlərin həyatının (keyfiyyətini) dərk etmirlər.

"Nur" təfsirində ayənin mesajları

1_ Şəhidlik həyatın sonu deyil, həyatın başlanğıcıdır. Dirilərin çoxu ölü, Allah yolunda öldürülənlər isə diridirlər. (بَلْ أَحْياءٌ)

2_ Şəhidlik itirmək deyil; Daha doğrusu, tapmaq və əldə etməkdir.

(بَلْ أَحْياءٌ ... يُرْزَقُونَ)

3_ Ölmək Allah yolunda olarsa qiymətlidir. (قُتِلُوا فِي سَبِيلِ اللَّهِ)

4_ Şəhidin məhv və ya zərər görəcəyini təsəvvür etmək, islah edilməsi lazım olan azğın düşüncədir. (لاتحسبنّ)

Hər kəsin sevdiyi bu ərzaqlar xərçəngin real səbəbidir like
  • 21 Yan 23:35  
Digərləri Hər kəsin sevdiyi bu ərzaqlar xərçəngin real səbəbidir

Britaniya alimləri müasir insanların gündəlik yediyi sevimli qidalarnın x�

arrow Ətraflı
Quranın yandırılmasının söz azadlığı ilə heç bir əlaqəsi yoxdur like
  • 21 Yan 23:32  
Siyasət Quranın yandırılmasının söz azadlığı ilə heç bir əlaqəsi yoxdur

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç hakimiyyətinin

arrow Ətraflı
İsveç İslama qarşı hücumlarla mübarizə üçün təcili tədbirlər görməlidir like
  • 21 Yan 23:31  
Siyasət İsveç İslama qarşı hücumlarla mübarizə üçün təcili tədbirlər görməlidir

İsveç Türkiyəyə qarşı nifrət dolu təxribatların qarşısını almaq ü

arrow Ətraflı
Təzyiqi salan UCUZ TƏBİİ VASİTƏ like
  • 21 Yan 23:30  
Digərləri Təzyiqi salan UCUZ TƏBİİ VASİTƏ

Mütəxəssislər aşkar ediblər ki, adi limonlu su yüksək təzyiqi salmağa

arrow Ətraflı
65 nəfərdən 170 kiloqram narkotik vasitə götürülüb like
  • 21 Yan 23:28  
Digərləri 65 nəfərdən 170 kiloqram narkotik vasitə götürülüb

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə polis əməkd

arrow Ətraflı
Danla Kerem Bürsinlə sevgilidir? like
  • 21 Yan 23:26  
Şou-biznes Danla Kerem Bürsinlə sevgilidir?

Kubilay Akadan ayrıldıqdan sonra bir çox adlarla tanınan fenomen Danla Bili�

arrow Ətraflı
Tibbi bankalardan dəstəkləyici vasitə kimi istifadə etmək olar like
  • 21 Yan 23:25  
Digərləri Tibbi bankalardan dəstəkləyici vasitə kimi istifadə etmək olar

Köhnə müalicə üsulu olan bankalanmaq kiçik bankalarla dərinin təbəqəl�

arrow Ətraflı
Tolikdən ŞOK AÇIQLAMA  "Oteldə dedilər bacın..." like
  • 21 Yan 23:24  
Şou-biznes Tolikdən ŞOK AÇIQLAMA "Oteldə dedilər bacın..."

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Şamaxıda "Sakit göl" hote

arrow Ətraflı
Aliİmran surəsində adı çəkilən İmran kimdir? like
  • 21 Yan 23:20  
Digərləri Aliİmran surəsində adı çəkilən İmran kimdir?

Quranda buyurulur: "Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ail

arrow Ətraflı
Uzun Həsənin nəvələri niyə Cırtdana dönür?  Azərbaycanlıların boy problemi like
  • 21 Yan 23:15  
Digərləri Uzun Həsənin nəvələri niyə Cırtdana dönür? Azərbaycanlıların boy problemi

Respublika Endokrinoloji Mərkəzinin baş həkimi Babək Salek Qənnadi bildiri

arrow Ətraflı
Xatirədən Zaura like
  • 21 Yan 23:07  
Şou-biznes Xatirədən Zaura

Müğənni Xatirə İslam Zaur Baxşəliyevə bahalı jest edib.

arrow Ətraflı
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər like
  • 21 Yan 23:05  
Digərləri Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər

Bədənin yuxarı hissəsində, bel, kürəkdə qaşınma və heç bir səpkinin

arrow Ətraflı
AzTVnın keçmiş aparıcısı Ceyranın son halı görənləri like
  • 21 Yan 23:03  
Şou-biznes AzTVnın keçmiş aparıcısı Ceyranın son halı görənləri

Xalq artisti Gülyanaq Məmmədova "İnstagram" hesabında yeni payla�

arrow Ətraflı
Azərbaycanda kişi qayınanasına təcavüz etdi. like
  • 21 Yan 23:02  
Digərləri Azərbaycanda kişi qayınanasına təcavüz etdi.

Quba rayonunda qadına təcavüzdə ittiham olunan 1984-cü il təvəllüdlü Em

arrow Ətraflı