Dini konfessiya rəhbərlərindən 20 Yanvar hadisəsinin ildönümü ilə bağlı


Digərləri 18 Yan 2023 10:55:00 191 0

Dini konfessiya rəhbərlərindən 20 Yanvar hadisəsinin ildönümü ilə bağlı

Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar.

Bəyanatda deyilir:

Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur, mənəvi iftixar mənbəyi və dövlət müstəqilliyi uğrunda qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmış Vətən övladlarına xalqımızın ehtiramı daimidir.

Dövlət müstəqilliyi hər bir xalqın qürur mənbəyi, şərəf tarixidir. 20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev bütün təqiblərə baxmayaraq doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını sərt ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova ünvanladığı açıq ittiham məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider, habelə dini rəhbərin qətiyyətli mövqeyi xalqı, heç şübhəsiz, daha artıq səfərbər etdi. Bir milyondan artıq insan hərbi rejimin qəddarlığına sinə gərərək, təqiblərdən, ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidlərini milli adət-ənənələrimizə uyğun şəkildə müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, bizi müstəqilliyə aparan yolun əsasını qoyan 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin milli mücadilə tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi, bu şərəfli yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi olaraq həkk olundu.

Erməni faşistləri tərəfindən işğal olunmuş Vətən torpaqları uğrunda mübarizənin - I Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimizin müqəddəs ruhlarını şad edən əsas məqam Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu., müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Uca Yaradanın köməyilə beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı həyata keçirdi, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı.

Multikultural Azərbaycanın müstəqil dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 Yanvarda, Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə birgə mübarizə meydanında olmuşlar. Azərbaycanın tarixi dini mərkəzi - Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyalar hər zaman birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişlər. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan cəmiyyəti Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər, habelə Larisa, Yefimiçev, Meeroviç kimi rus, yəhudi, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən övladları ilə fəxr edir. Şəhidlərimiz, qazilərimiz, qəhrəman övladlarımız bizim qürur mənbəyimizdir!

Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinə, eləcə də Azərbaycanın ərazi bütövlüyü və milli müstəqilliyi ugrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, qazilərə şəfa diləyirik. Zəfər çalmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, bütün Vətən şəhidlərinin əziz ruhlarını anır, Ulu Rəbbimiz, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən şərəf duyur.

Uca Allah Vətən şəhidlərinə rəhmət eləsin! AMİN!

Qaradağ günəş elektrik stansiyasında elektrik enerjisi artıq bu il istehsal olunacaq like
  • 18 Yan 10:52  
Digərləri Qaradağ günəş elektrik stansiyasında elektrik enerjisi artıq bu il istehsal olunacaq

Azərbaycanın xarici tərəfdaşları ilə bərpa olunan enerji mənbələri sa

arrow Ətraflı
Ötən il 1 ton 383 kq narkotikin sərhəddən keçirilməsinin like
  • 18 Yan 10:27  
Digərləri Ötən il 1 ton 383 kq narkotikin sərhəddən keçirilməsinin

2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon

arrow Ətraflı
DSX xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən like
  • 18 Yan 10:23  
Digərləri DSX xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən

2022-ci il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti mə

arrow Ətraflı
Sentyabrda DSXnin məhv etdiyi erməni texnikaları… like
  • 18 Yan 10:19  
Siyasət Sentyabrda DSXnin məhv etdiyi erməni texnikaları…

2022-ci il 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu

arrow Ətraflı
"Sus, bu gündəmdə yoxsan" like
  • 18 Yan 10:15  
Şou-biznes "Sus, bu gündəmdə yoxsan"

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisə aktrisa Hafsanur Sancak

arrow Ətraflı
LaçınXankəndi yolundan BQXKnın daha bir maşın karvanı keçib like
  • 18 Yan 09:57  
Siyasət LaçınXankəndi yolundan BQXKnın daha bir maşın karvanı keçib

Bu gün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) mə

arrow Ətraflı
Lənkəranda partlayış olub, like
  • 18 Yan 09:25  
Digərləri Lənkəranda partlayış olub,

Lənkəranda bərbərxanada partlayış olub.

arrow Ətraflı
Azərbaycanda yeni doğulan körpə küçəyə atıldı like
  • 18 Yan 09:17  
Digərləri Azərbaycanda yeni doğulan körpə küçəyə atıldı

Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərə

arrow Ətraflı
Sofi Loren rəqibinin ölümündən danışdı like
  • 18 Yan 08:59  
Digərləri Sofi Loren rəqibinin ölümündən danışdı

İtaliyalı aktrisa Sofi Loren rəqibi adlandırılan Cina Lollobricidanın öl�

arrow Ətraflı
Avropa İttifaqı İrana qarşı dördüncü sanksiyalar paketini nəzərdən keçirir like
  • 18 Yan 08:54  
Dünya Avropa İttifaqı İrana qarşı dördüncü sanksiyalar paketini nəzərdən keçirir

Avropa İttifaqı repressiyalara və Ukraynadakı müharibə üçün Rusiyaya si

arrow Ətraflı
148 avtobus gecikir like
  • 18 Yan 08:51  
Digərləri 148 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �

arrow Ətraflı
F16lar ən tezi 5 ilə gələcək: Türkiyə gözləyəcəkmi? like
  • 18 Yan 08:49  
Dünya F16lar ən tezi 5 ilə gələcək: Türkiyə gözləyəcəkmi?

Türkiyə F-35 hərbi təyyarələrinə qarşılıq olaraq başqa bir ölkə il�

arrow Ətraflı
Ukraynanın birinci xanımı Zelenskinin məktubunu Çin iderinə verəcək like
  • 18 Yan 08:40  
Dünya Ukraynanın birinci xanımı Zelenskinin məktubunu Çin iderinə verəcək

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Çin Xalq Respublikasının Sədr

arrow Ətraflı
İdmançı paylaşımına görə həbs edildi like
  • 18 Yan 08:26  
Dünya İdmançı paylaşımına görə həbs edildi

İranlı idmançı tənqidi paylaşımına görə həbs edilib.

arrow Ətraflı