"Bir sənətkar balası sıravi jurnalistikadan AZTVnin sədri vəzifəsinə qədər yüksəldi"
Digərləri 12 Yan 2025 21:30:00 61 0
"Məktəbdə..." layihəsinin növbəti görüşü paytaxtdakı 49 nömrəli "İntellekt" məktəb-liseyində keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan və informasiya dəstəyi "Kaspi" qəzeti olan layihənin qonağı "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) sədri Rövşən Məmmədov olub.
Bu xəbəri də oxu: Bu maşınlar sığortalanmır – Sürücülərə məsləhət
Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
"Bir anlıq özümü məktəbli kimi hiss edirəm"
"Sizin əhatənizdə bir anlıq özümü məktəbli kimi hiss edirəm. Bu, mənim üçün şərəfdir", - deyə Rövşən Məmmədov orta təhsilini Sumqayıtda aldığını söyləyir: "Sonra universitetin jurnalistika fakültəsinə daxil olmuşam. Jurnalistikaya daxil olanda ağlamışam. Çünki hüquqşünas olmaq istəyirdim. Amma bu gün öz sənətimin deyərdim ki, pik nöqtəsindəyəm. Bir sənətkar balası sıravi jurnalistikadan Azərbaycan Dövlət Televiziyasının sədri vəzifəsinə qədər yüksəldi. Buna görə təbii ki, Allahıma və bir də bu şəraiti yaradan cənab Prezidentimə minnətdaram. Mən hazırda Dövlət İdarəçilik Akademiyasında müəllim kimi də çalışıram.
Hər dərs mənə nə isə öyrədir. İnsan ömür boyu öyrənməlidir. Həyatda uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara da yiyələnmək zəruridir. Mənim üçün praktika həmişə önəmlidir. 46 yaşım var. Atam sənətkar olub. Sizin yaşınızda olanda onunla çalışmışam. İlk maaşımı da atam verib. Uşaqlıqdan əməyi sevmişəm".
Qonaq hekayəsinə davam edir: "Bir insan öz arzusunun pik nöqtəsinə necə çata bilər? Həyatda layiqli vətəndaş olmaq, maddi və mənəvi baxımdan kamilliyə çatmaq üçün hansı addımları atmaq lazımdır suallarına cavab verə bilməlisiniz. Bunun üçün bir neçə mərhələ var. İlk növbədə siz kimsiniz, bacarığınız, qabiliyyətiniz hara qədərdir, hansı dilləri bilirsiniz, hansı kitabları oxumusunuz, bunları müəyyənləşdirməlisiniz. Növbəti mərhələdə fiziki, psixoloji, mənəvi, əqli, intellektual hazırlığınıza diqqət yetirməlisiniz. Fiziki hazırlıq çox önəmlidir. Çünki sizi həyatda tək xoş sözlər gözləmir. Sizi "həyat" adlı müəllim də gözləyir. O, çox qəddardır. Onunla görüşə hazırsınızmı? O, sizin məktəb müəllimlərinizdən fərqlənir. Sizi döyür, danlayır, sınağa çəkir, sonra öyrədir. Həyatda hər şey şirin olmur".
"Kim zərərli vərdişlərin aludəçisidirsə..."
R.Məmmədov qeyd edib ki, güclü xarakterin formalaşmasında mənəvi-psixoloji amillərin rolu önəmlidir: "Kim zərərli vərdişlərin aludəçisidirsə, fiziki baxımdan zəifdir. İdman sizə təkcə güc deyil, həm də mübarizlik xarakteri verir. Həyat döyüşməyi, mübarizləri sevir". AzTV sədri psixoloji hazırlığın vacibliyini belə izah etdi: "Sizə "bu yolu gedə bilməyəcəksən", "bu uğuru əldə edə bilməyəcəksən, səndə alınmayacaq" deyə mane olanlara əhəmiyyət verməyin. Öz yolunuzu gedin. Həyat uğur qazananlarındır. Uğur qazananları isə çox adam sevmir. Çünki bəyənməyənlərin o bacarıqları yoxdur. Məqsəd sağlamdırsa, hədəfinizə çatacaqsınız".
"Akademiklər var ki, efirdə fikirlərini ifadə edə bilmirlər"
AzTV sədri bildirib ki, həyatda uğur qazanmağın vacib şərtlərindən biri də öz ana dilini səlis bilmək, fikirlərini düzgün ifadə etməkdir: "Əgər Azərbaycan dilini səlis bilirsinizsə, fikirlərinizi dəqiq ifadə etməkdə çətinlik çəkmirsinizsə, uğur qazanmaqda çətinlik çəkməyəcəksiniz. Bunu mütaliə etməklə əldə etmək olar. Başqa dilləri - ingilis, alman, italyan, rus dillərini bilmək öz yerində, amma ilk növbədə ana dilinizi bilməlisiniz. Mən rus və ingilis dillərində kitablar oxuyuram ki, bu dilləri daha yaxşı öyrənim, amma ilk növbədə öz ana dilimdir. Akademiklər var ki, efirə dəvət edəndə öz fikirlərini ifadə edə bilmirlər. Çünki nitqləri üzərində işləməyiblər".
R.Məmmədov "nitqinizi formalaşdırmaq üçün daim öz üzərinizdə işləyin. Əvvəlcə çətin olacaq, amma sonra istədiyinizə nail olacaqsınız", - deyə məktəblilərə nitqlərinin formalaşması ilə bağlı praktika da keçib: "Kral danışır" bioqrafik filmini izləyin. O filmdə bir fikir var: "Asta danışıq sürətli danışıqdan daha inamlıdır". Fikirlərinizi ifadə edəndə heç vaxt tələsməyin".
Televiziya sosial şəbəkələrə uduzur
R.Məmmədov efirlərdə yayımlanan bayağı verilişlər, qeyri-peşəkar aparıcılarla bağlı mövzulara da toxunub: "Biz istəyirik ki, insanlar AzTV-yə baxsınlar. Burada 2 minə yaxın insan çalışır. Biz həm də dövlətin verdiyi vəsaitdən əlavə də pul qazanmaq istəyirik. Hazırda auditoriyanın çoxu sosial şəbəkələrdədir. Bu gün televiziyanın sosial şəbəkə adlı bir rəqibi var. Bu problem təkcə Azərbaycanda deyil. Biz sosial şəbəkələrə uduzuruq. Çünki o platformalarda çərçivə yoxdur. Bizdə isə çərçivələr mövcuddur. Bizim konkret ideologiyamız var. Biz döyüşürük. Biz Azərbaycan dilinin saflığını qoruyuruq.
Düzdür, bayağı müğənnilər və verilişlər bəzi efirləri başına alıb. O telekanallara reytinq lazımdır. Özəl telekanalların işinə müdaxilə edəndə "bəs biz necə dolanaq", "400-500 işçinin əməkhaqqını necə verək" deyirlər. Ona görə də bayağı verilişlər meydana çıxır. Azərbaycanda Audiovizual Şura fəaliyyət göstərir və telekanalların yayımına nəzarət var. Bu nəzarət olmasa, daha betər olar..."
R.Məmmədov efirlərin qeyri-peşəkar aparıcı probleminə də münasibət bildirərək bütün sahələrdə qeyri-peşəkarların olduğunu dedi: "Eləcə də jurnalistikada qeyri-peşəkarlıq baxımından çox səbəb axtarmaq olar. Burada məktəbin, müəllimin, valideynin səhvləri var. AzTV-nin Teleradio Akademiyasında gənclərə altı ay pulsuz dərs keçilir. İmtahan edib yoxladıqdan sonra onlardan işə götürdüklərimiz olur. Biz yaxşı jurnalist axtarışındayıq".
R.Məmmədov insanların sosial şəbəkələrə marağına da toxunub: "Bu günlərdə bir neçə tiktoker tutuldu. İnsanlar onların paylaşımlarını daha çox "layk" edir, onlara daha çox baxırlar. Bu platformalar ucuz şoulara, təhqirlərə, bayağı mövzulara meyil edir. Ancaq siz də bilin ki, ciddi kontent telekanallarda, kitablardadır. Ona görə daha çox mütaliə edin, biliklərə yiyələnin". Son.az
Jurnalistlər Moldova prezidenti Maya Sandunun 2024-cü ildə aldığı hədiyy�
Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının
2025-ci ilin qışında bəzi bürclərin nümayəndələri çoxdan etmək istə
Müğənni İlahə Fəda paylaşımı ilə diqqət çəkib.
Son günlər paytaxtda gigiyenik məhsulların qiymətində artım müşahidə o
Moskvadan İrəvana uçan "Aeroflot"un təyyarəsi Mahaçqalada məcbu
"İndi sevgilər çox azdır. İnsanlar tez soyuyur. Artıq heç kim naz ç
Uzun illər Yaponiya dünyanın ən çox siqaret çəkən ölkələri sırasınd
Nəhayət, bu iyrənc, axmaq, qəddar iyirminci əsr başa çatır. Bu necə də
Aparıcı Xoşqədəm Hidayəqızı ikinci dəfə ailə qurmasından danışıb.
Yanvar 11-də Bakıda bədbəxt hadisə nəticəsində dünyasını dəyişən g
"Hər bir rejissorun öz xarakterinə uyğun komandası olur. Başqa sahəl