Qaradağ günəş elektrik stansiyasında elektrik enerjisi artıq bu il istehsal olunacaq
Digərləri 18 Yan 2023 10:52:00 345 0
Azərbaycanın xarici tərəfdaşları ilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı böyük perspektivlərə malikdir.
Bu xəbəri də oxu: Bu şənbə tam iş günü olacaq
Bu barədə Trend-ə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkətinin günəş elektrik stansiyası layihəsi, həmçinin Səudiyyə Ərəbistanın ACWA Power şirkərti tərəfindən reallaşdırılan 240 MVt gücə malik Xızı-Abşeron külək elektrik stansiyası çox qısa zamanda bu tərəfdaşlığın nəticələrini göstərəcək.
"Məsələn, Masdar şirkəti tərəfindən reallaşdırılan 230 MVt gücə malik Qaradağ günəş elektrik stansiyasında elektrik enerjisi artıq bu il istehsal olunacaq", - o deyib.
O dənizdə külək enerjisinin inkişafı sahəsində də eyni şeyin baş verdiyini, lakin bunun üçün çox zamanın tələb olunacağını qeyd edib.
"Söhbət Azərbaycan və BƏƏ, o cümlədən Səudiyyə Ərəbistanı rəhbərliyi arasındakı inamdan gedir. Bu baxımdan dəyər çox vacibdir. Bu layihələrin çoxu dəyərləri ilə şərtlənir. Eyni zamanda biz əməkdaşlığımızın çox gözəl nəticələr verəcəyinə inanırıq", - nazir müavini deyib.
Soltanov həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Masdar arasında imzalanmış razılaşmanın çox prespektivli təşəbbüs olduğunu əlavə edib.
2022-ci il ərzində 1 ton 383 kiloqram 507 qram narkotik vasitənin, 36 milyon
2022-ci il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti mə
2022-ci il 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Hadisə aktrisa Hafsanur Sancak
Bu gün səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) mə
Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərə
İtaliyalı aktrisa Sofi Loren rəqibi adlandırılan Cina Lollobricidanın öl�
Avropa İttifaqı repressiyalara və Ukraynadakı müharibə üçün Rusiyaya si
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına �
Türkiyə F-35 hərbi təyyarələrinə qarşılıq olaraq başqa bir ölkə il�
Ukraynanın birinci xanımı Yelena Zelenskaya Çin Xalq Respublikasının Sədr
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba