Rusiya Bakını təhdid edən İrana 24 döyüş təyyarəsi verir
Siyasət 17 Yan 2023 16:24:00 339 0
"Heç bir ordu bu zamana kimi olan müharibələrdə Ukraynadakı qədər müxtəlif texnika və sursatla döyüşməyib. Bu, həm logistika, həm də döyüş planlaşdırması üçün xeyli gərginlik yaradır".
Bu xəbəri də oxu: COP for Hope: Qırğızıstan Xəzər dənizi ilə kabel çəkilişi layihəsinə maraq göstərir Nazir
"İran Hərbi Hava Qüvvələrinin baş komandanı Əmir Vahedi açıqlamasında Rusiyadan "Su-35" qırıcılarının alınması ilə bağlı məlumatı təsdiqləyib. Tehran Rusiyadan eyni adda 24 təyyarə alacaq.
Ukraynadakı müharibədə istifadə təcrübəsi göstərir ki, bu qırıcılar 80 km-ə qədər məsafədə 4-cü nəsil təyyarələrlə döyüşmək üçün effektivdir. Bununla bərabər döyüş təyyarəsi radioelektron mübarizə vasitəsilə zəif müdafiə olunur, bunu Ukrayna müharibəsində 10 ədəddən çox vurulması da təsdiq edir. Yer hədəflərinə yüksək dəqiqlikli zərbələr endirmək imkanları da məhduddur.
"Su 35"lər texniki etibarsızlığı ilə fərqlənir. Çində təlimlər zamanı yoxlanılan 24 qırıcıdan 9-10-nun eyni vaxtda istifadəyə hazır olması bunu deməyə əsas verir. Misirdəki sınaqlar zamanı fransız pilotun "Su 35"lə hava döyüşlərinin çox hissəsini uduzması da növbəti faktdır. "Su-35"də hələ də mövcudluğunu saxlayan köhnə radar imkan vermir ki, müasirləşdirilmiş "F-15" və "F-16" qırıcıları ilə eyni olsun.
Əgər çatdırılmalara martda başlanarsa, İran Hərbi Hava Qüvvələrinin əməliyyat hazırlığına nail olması təxminən 2 il vaxt alacaq. Çünki pilotların əksəriyyətinin ondan döyüşdə tam istifadə etmək üçün bu qədər müddətə - təcrübəyə ehtiyacı var.
Amma onu da əlavə edim ki, bu qırıcıların tədarükü Cənubi Qafqaz regionunda və Yaxın Şərqin bəzi bölgələrində qüvvələrin hava balansını İranın xeyrinə dəyişəcək".
Xatırladaq ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri ötən il avqustun 2-də Rusiyanın "Su-35" qırıcılarının Şahed hücum dronları müqabilində İrana göndərilməsi ehtimalı barədə yazmışdılar.
Təhməz Əsədov Son.az
Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva və övladları A
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fikrət Tağıyev küçəsində yerlə�
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 23-ü saat 10:00-da
Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql e
Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədri
Əməkdar artist Manana Çaparidze ötən gün dünyasını dəyişən Gürcüs
Ötən il Azərbaycanda qışlayan quşların sayı 800 mindən çox olub.
Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit B
Xəbər verdiyimiz kimi, polkovnik Şahin Mirzəyev Naxçıvan Muxtar Respublik
Hazırda inzibati həbsdə olan tanınmış müxalif lider Tofiq Yaqublunun oğl
Məşhur italyan aktrisası Cina Lollobricidanın dəfn mərasimi cümə axşam�
Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə (Birləşm
Daxili işlər Nazirliyi (DİN) son günlər müzakirə olunan vətəndaşların
Bakının mərkəzində magistral yol acınacaqlı durumdadır. Vaxtilə əl zə