Prezident İlham Əliyevin ƏbuDabi səfərinin yekunları


Siyasət 17 Yan 2023 14:28:00 341 0

Prezident İlham Əliyevin ƏbuDabi səfərinin yekunları

Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Əbu-Dabiyə (Birləşmiş Ərəb Əmirlikləri) səfəri çərçivəsində iki ölkə alternativ enerji sferasında əməkdaşlığın möhkəmləndirilməsi yolunda növbəti çox vacib addım atdı.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.

Bu razılaşmalar Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, o cümlədən Azərbaycanda istixana qazlarının tullantılarının azalmasına, bərpa olunan enerji mənbələrindən istifadəyə və ölkənin dayanıqlı iqtisadi inkişafına imkan yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin, yanvarın 16-da Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində də dediyi kimi, bu sadəcə bir qısamüddətli layihədir. "Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Bu, tamamilə icra olunandır, bununla bağlı yol xəritəmiz var. Yalnız həmin layihə nəticəsində "Masdar" ilə apardığımız əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir", - dövlət başçısı bildirib.

Qeyd etmək lazımdır ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücünə malik "Qaradağ" günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır.

"Yaşıl keçid" kimi bilinən mövzu, yəni enerji hasilatı ilə əlaqədar ətraf mühitin çirklənməsinin azaldılması müasir dünyada ən aktual mövzulardan birinə çevrilib. Azərbaycana gəlincə, ötən il ölkəmizdə milli iqtisadiyyatın gələcək inkişafı üçün ciddi potensiala malik alternativ enerji sferasının stimullaşdırılması üçün bir sıra mühüm qərarlar qəbul edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə ötən il Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası təsdiqlənib. Strategiyada alternativ enerjinin inkişafına böyük diqqət yetirilib.

Strategiya "yaşıl" enerji üzrə yetərincə iddialı planlar nəzərdə tutur ki, bunların həyata keçirilməsi də bu sferanın inkişafını tamamilə yeni səviyyəyə keçirəcək. Beləliklə, 2026-cı il üçün Azərbaycan (Naxçıvan Muxtar Respublikası) - Türkiyə - Avropa enerji habının yaradılması planlaşdırılır. Layihə çərçivəsində həmçinin Çevirici (HVDC) yarımstansiya və 230 km uzunluğunda 400 kV-luq ikidövrəli xətt tikiləcək. Bu, elektrik enerjisini birbaşa Türkiyəyə nəql etməyə imkan verəcək.

Bundan başqa, bu müddətdə dövlət-özəl sektorun tərəfdaşlığı çərçivəsində alternativ enerji infrastrukturu genişləndiriləcək. Özəl sektorun bu enerji infrastrukturu üzrə işlərə cəlb olunmağa təşviq edilməsi üzrə tədbirlər görüləcək. Həmçinin təsdiqlənmiş sayda bərpa olunan enerji ilə işləyən elektrik stansiyalarının inşası və istismara verilməsi təmin ediləcək. Beləliklə ümumi elektrik enerjisinin istehsalında bərpa olunan enerjinin payının artırılması planlaşdırılır.

Prezident İlham Əliyevin dünən Əbu-Dabidəki çıxışında da dediyi kimi, Azərbaycan bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyinin təmin olunması üçün inkişaf etdirmir.

"Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq", - dövlət başçısı qeyd edib.

Energetika ənənəvi olaraq Azərbaycan iqtisadiyyatının ən mühüm sektorlarından biri olub. 2023-cü ildə bu sahəni böyük dəyişikliklər gözləyir: ölkəmiz alternativ enerji kimi yeni və son dərəcə perspektivli sahəni aktiv və intensiv şəkildə inkişaf etdirir. Sahənin inkişafına Prezident İlham Əliyev ciddi diqqət ayırır, xarici investorlar isə artıq Azərbaycan iqtisadiyyatına yüzmilyonlarla dollarlar yatırır.

Əgər bir neçə il öncə mütəxəssislər "bir növ lazım olmayan" sahənin inkişafına böyük vəsaitlər yatırmağın nə dərəcədə zəruri olduğu ilə bağlı müzakirələr aparırdılarsa, bu gün bərpa olunan enerji mənbələrinin vacibliyi hamıya məlumdur. Azərbaycan böyük neft və qaz ehtiyatlarına baxmayaraq, təkcə ənənəvi mənbələrə deyil, həm də aparıcı istiqamətlərin inkişafına ümid edərək alternativ enerjinin inkişafına da investisiya qoyur.

Azərbaycanın alternativ enerji sahəsindəki imkanları çöx böyükdür və şübhəsiz ölkənin potensialı regionda ən üstündür. Quruda külək və günəş enerjisinin potensialı 27 qiqavat təşkil edir. Azad edilmiş ərazilərdə bu göstərici 10 qiqavata bərabərdir. Bundan başqa, Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat gücünə malik külək enerjisi potensialı var.

Azərbaycanda bu sferanın böyük potensialı barizdir, lakin ölkəmizdə bərpa olunan enerjinin gələcək inkişafının vacib faktoru Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasətdir. Məhz dövlət başçısının göstərdiyi səylər və diqqət sayəsində ölkəmiz işgüzar mühitdə əhəmiyyətli nailiyyətlər əldə edib. Bu isə öz növbəsində Azərbaycana ən nəhəng dünya investorlarını gətirib çıxarıb ki, onlar da perspektiv layihələrə, özü də təkcə energetika sahəsinə deyil, həm də bir çox digər sahələrə böyük vəsaitlər yatırmağa hazırdır. Stabillik, əla işgüzar və investisiya mühiti və ölkə rəhbərliyinin göstərdiyi ciddi siyasi iradə - bax bunlar Azərbaycan iqtisadiyyatının müvəffəqiyyətinin təminatıdır.

Son.az 

DİN qeydiyyat yeri ilə bağlı müzakirələrə like
  • 17 Yan 14:24  
Digərləri DİN qeydiyyat yeri ilə bağlı müzakirələrə

Daxili işlər Nazirliyi (DİN) son günlər müzakirə olunan vətəndaşların

arrow Ətraflı
Bakının mərkəzində biabırçı yol  Dağılan daş döşəmə asfalt ilə yamandı  VİDEO  FOTO like
  • 17 Yan 14:20  
Digərləri Bakının mərkəzində biabırçı yol Dağılan daş döşəmə asfalt ilə yamandı VİDEO FOTO

Bakının mərkəzində magistral yol acınacaqlı durumdadır. Vaxtilə əl zə

arrow Ətraflı
Sülhməramlılarının daha iki avtomobili Laçın yolundan keçib  VİDEO  FOTO like
  • 17 Yan 13:42  
Digərləri Sülhməramlılarının daha iki avtomobili Laçın yolundan keçib VİDEO FOTO

Rusiya sülhməramlılarının daha iki avtomobili Laçın yolundan maneəsiz ke

arrow Ətraflı
Brilliant “rayonluşəhərli” qalmaqalına qoşuldu like
  • 17 Yan 13:20  
Şou-biznes Brilliant “rayonluşəhərli” qalmaqalına qoşuldu

Əməkdar artist Bəhram Bağırzadənin müzakirəyə səbəb olan "rayonl

arrow Ətraflı
Aleksey Arestoviç istefa ərizəsi yazdı like
  • 17 Yan 13:11  
Dünya Aleksey Arestoviç istefa ərizəsi yazdı

Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç istefa əriz

arrow Ətraflı
Vyetnam Prezidenti istefa verdi like
  • 17 Yan 13:10  
Dünya Vyetnam Prezidenti istefa verdi

Vyetnam Prezidenti Nquen Suan Fuk istefa verib.

arrow Ətraflı
Bakıda 43 yaşlı qadın çimərkən öldü like
  • 17 Yan 13:09  
Digərləri Bakıda 43 yaşlı qadın çimərkən öldü

Bakıda hamam otağında qadın dəm qazından zəhərlənərək ölüb.

arrow Ətraflı
Kapital Bank 2022ci ilin nəticələrini elan edib like
  • 17 Yan 13:08  
Digərləri Kapital Bank 2022ci ilin nəticələrini elan edib

Kapital Bank-ın aktivləri 1 yanvar 2023-cü il tarixinə 7,8 milyard manat tə

arrow Ətraflı
Rus əsgərləri qatarda üsyan qaldırdı like
  • 17 Yan 13:00  
Digərləri Rus əsgərləri qatarda üsyan qaldırdı

Rusiyada 200-ə yaxın əsgər Ukraynaya gedən qatarda üsyan qaldırıb.

arrow Ətraflı
Almaniyanın yeni müdafiə naziri təyin edildi like
  • 17 Yan 12:59  
Dünya Almaniyanın yeni müdafiə naziri təyin edildi

Boris Pistorius Almaniyanın yeni müdafiə naziri təyin olunub.

arrow Ətraflı
70 milyonu sehrə salıb, Allaha hörmət edən "Şahin"in ölümü like
  • 17 Yan 12:51  
Şou-biznes 70 milyonu sehrə salıb, Allaha hörmət edən "Şahin"in ölümü

Getdi. Daha bir əfsanə haqq dünyasına qovuşdu. Yaxşı insanlar bu  dünya

arrow Ətraflı
Baş Qərargah rəisi Ermənistanla sərhədə getdi  FOTO like
  • 17 Yan 12:39  
Digərləri Baş Qərargah rəisi Ermənistanla sərhədə getdi FOTO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Q

arrow Ətraflı
Kaliforniyada atışma like
  • 17 Yan 12:29  
Dünya Kaliforniyada atışma

ABŞ-ın Kaliforniya ştatında atışma baş verib.

arrow Ətraflı
Sabah hava dumanlı olacaq like
  • 17 Yan 12:28  
Digərləri Sabah hava dumanlı olacaq

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üs

arrow Ətraflı