Bu hərəkətləri gündə 1 dəfə olmaqla bir neçə gün etsəniz...
Digərləri 15 Yan 2023 07:41:00 366 0
Əgər siz bel ağrılarından əziyyət çəkirisinizsə aşağıdakı hərəkətləri etməklə ağrılardan xilas ola bilərsiniz. Amma arterial təzyiqi yüksək olanlara bu hərəkəti etmək məsləhət bilinmir. Bəhs etdiyimiz gimnastika hərəkəti yoqaya başlayanların ilk hərəkətləridir. Həmin hərəkətlərdən birini gündə bir dəfə və 3 gün ardıcıl olmaqla təkrarlamanız sizi bel ağrılarından xilas edəcək, sizin bədəniniz rahatlaşacaq, əzələlərinizdəki gərginlik aradan qalxacaq. Bu yoqa hərəkəti həm bel, həm də boyun fəqərələrini hərəkətə gətirəcək və bədəninizə rahatlıq verəcək. İnanmasanız özünüz bu hərəkəti edib faydasını görə bilərsiniz. Hərəkətləri necə eləməli? Qatlanma pozası Yerdə oturun və ayaqlarınızı qabağa doğru düz uzadın. Rahat olun və fərəqələrinizin rahat olmasına əmin olun. Dabanlarınızı cütləşdirin və dərindən nəfəs alın. Əllərinizi qabağa doğru uzadıb başınızı ayaqlarınıza doğru uzatmağa calışın. Çalışın başınızı nə qədər bacrırsınızsa o qədər də ayaqlarınıza yaxımlaşdırın. Uşaq pozası Bu poza körpə uşağın vəziyyət aldığı pozadır. Dizi üstə oturun və başınızı qarşınıza yerə doğru əyin və çalışın alnınız yerə toxunsun. Əllərinizi yanlardan açaraq ayaqlarınıza doğru uzadın. Sağ əlinizlə sağ ayağınızı, sol əlinizlə də sol ayağınızı tutun və bu cür əyilmiş vəziyyətdə bir-neçə dəqiqə dayanın. Dönmə Bardaş qurub yerdə oturun və sağ əliniz son tərəfinizdə yerə toxundurun. Sonra sağ tərəfinizə dönməyə çalışın. Dönmə əməlini yerinə yetirərkən çalışın arxanız oturduğu yerdən tərpənməsin. Sonra bu hərəkəti sol tərəfə doğru təkrarlayın. İlahə pozası Kürəyi üstə yerə uzanın və əllərinizi yana doğru açın. Kürəyinizi yerindən tərpətmədən sağ ayağınızı bükərək sola doğru gətirərək yerə toxundurmağa çalışın və 2 dəqiqə bu vəziyyətdə dayanmağa çalışın. Sonra bu hərəkəti sol ayağınızla təkrarlayın. Ayaqlar və divar Divara yaxın yerdə uzanın və bədəninizi dübucaq şəklində saxlamağa çalışın. Əllərinizi yana doğru açaraq ayaqlarınızı divar boyu qaldırın və bu vəziyyətdə dayanın. Sərbəst duruş Kürəyiüstə yerə uzanın və dizlərinizi qarnınıza doğru yaxınlaşdırın. Əllərinizlə ayaqlarınız qarnınıza doğru sıxmağa çalışın. Bu qayda ilə bir-neçə dəqiqə dayanmaq belinizdəki gərginliyi aradan qaldıracaq. Göyərçin duruşu Yerdə oturun və sol ayağınızı geriyə doğru açın. Sağ ayağınızı isə qabağa doğru bükülü vəziyyətdə saxlamağa çalışın. Belinizi və başınızı dik tutun və bacardığınız qədər bu vəziyyətdə dayanın. Balıq pozası Kürəyi ütə yerə uzanın və hər iki əlinizi arxadan oturacağınıza doğru uzadıb saxlayın. Dirsəklərinizlə özünüzə dəstək verin və beldən yuxarı hissənizi qaldrmağa çalışın. Başınızı arxaya doğru əyərək yerə toxundurmağa çalışın və bu vziyyətə bacardığınız qədər durun.
Bu xəbəri də oxu: Cansız bədənini əri tapdı Sirli ölüm,
Şəkərli diabet xəstələrinin 15%-də diabetik yaralar əmələ gəlir. Diab
Araşdırmalar sarımsağın ən təbii antibiotik olduğunu sübut etmişdir. O
Kələm yarpağından ayaqlarda olan şişkinliklərin, yaraların, damar gəril
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı növbəti ad gününü qeyd edib.
Dəri insan orqanizminin ən böyük orqanı sayılır. Bizim orqanizmimizdə ba
Türkiyə Silahlı Qüvvələri (TSQ) milli istehsal olan texnika və avadanlıq
Qoz yemənın insan orqanizmində əmələ gətirdiyi dəyişikliklər.Qrammənf
Müğənni Xatun Əliyeva açıqlaması ilə diqqət çəkib.
Bağırsaqların vaxtaşırı təmizlənməsi insan orqanizmi üçün çox fayda
"Əsl dost dosta görə özünü güllənin altına atır. Əslində dostla
Diz insan bədənində hərəkəti idarə etmək üçün vacib olan orqandır. D
Xalq artisti Zülfiyyə Xanbabayeva ötən il dünyasını dəyişən qardaşın
Qeysəriyyə ilə dünyaya gələn körpələr təbii yolla yox, uşaqlığın k
Son.az Kulis.az-a istinadən bəstəkar Rəşid Nəsiboğlu haqqında 10 maraql�