İrtidad və edam cəzası
Digərləri 12 Yan 2023 23:40:00 389 0
İbtidai icma quruluşunda
Bu xəbəri də oxu: Keçmiş məcburi köçkünlərin aylıq müavinət ödənişi dayandırılacaq?
Edam yaxud ölüm cəzası bu və ya digər cinayətə görə təqsiri sübuta yetirilən caninin hüquqi qaydada həyatdan məhrum edilməsinə deyilir. Edam demək olar ki, ən qədim cəza növlərindən biridir və tarixçilərin qənaətincə, hələ ibtidai icma quruluşu zamanı qisas məqsədilə icra olunmağa başlayıb. Yəni hələ dövlət və hüquqdan anlayışı olmayan qədim insanlar qətli ən ağır cinayət sayır və qatilin öldürülməsini ədalətin bərpası kimi dəyərləndirirdilər. Qatilin edam olunmaması qətlə yetirilmiş şəxsin ailəsi üçün rüsvayçılıq və zülmlə razılaşmağa bərabər idi. Dövlət və hüquq sistemi yaradıqdan sonra isə qan qisası adəti qanun halına düşmüş, edam hökmünün icrası isə dövlətə həvalə olunmuşdu. Dövlətin cəza fiunksiyası yarandıqdan sonra bu funksiyanı icra edən xüsusi orqanlar da təsis edilməyə başlanmış və artıq dövlət hakimiyyəti adından icra olunan edam cəzası başqalarına ibrət olsun deyə xalqın gözü qabağında həyata keçirilməyə başlanmışdır.
Dövlət və hüququn yaranmasından sonra
Dövlətin ərsəyə gəlməsi ilə edama səbəb olan cinayətlərin də sayı artmışdı. Hər xalqın formalaşdırdığı adət-ənənyə əsasən edam müxtəlif dərəcəli cinayətlərə görə tətbiq olunurdu. Bir sıra ölkələrdə xırda oğurluq belə ölümlə nəticələnə bilərdi. Qədim dövrlərdə din dövlət quruculuğunun əsasında oturuşduğundan dinlərdə nəzərdə tutulan edam hökmləri də dövlətin hüquqi sistemində yer alırdı. Bu proses əksinə də baş verirdi, yəni dövlət bu və ya digər cinayətə görə ölüm hökmünü dini göstəriş kimi qələmə verirdi. İnsan həyatı müqəddəs sayıldığına görə, insanın öldürülməsinin hansısa müqəddəs mənbələrə əsaslanması da təbiidir. Ümumiyyətlə, qədim zamanalarda edam hökmünün xarakteri və dini səbəbləri barədə danışmaq çətindir. Onu qeyd etmək olar ki, cəmiyyət hansısa dini əsaslarla yaşadığından cəmiyyətin qaydalarına zidd çıxan şəxs avtomatik olaraq dinə qarşı çıxmış olurdu. Elə Quran ayələrinə baxsaq, görərik ki, ilahi peyğəmbərlərin bir çoxu təkallahlığı təbliğ etdiyinə görə bütpərəstlər tərəfindən edama məhkum edilirdilər. Həmçinin, ilahi peyğəmbərlərlə yanaşı hər hansı bir dissidentin zalım hakimlərə qarşı çıxması, bütpərəstlər tərəfindən tanrıların təyin etdiyi hökmdara qarşı çıxmaq kimi qəbul olunurdu. Nəticə də, dissidentlər də edama məhkum edilirdi. Ölüm cəzasına səbəb olan digər amillər vətənə xəyanət, fərarilik, casusluq, dövlət çevirilişi, sabotaj, üsyan və s. idi. Bu da əksər hallarda dövlətin və hökmdrarın müqəddəsliyinə olan etiqadla bağlı idi. İnsanların özəl həyatı, namus, ailə münasibətləri də müqəddəs sayıldığına görə cinsi zorakılıq, zina, insest, qeyri ənənəvi cinsi münasibətlər və s. də mütləq ölümlə cəzalanmalı idi. Bəzi qanunlar da var idi ki, şəraitə uyğun olaraq onların pozulması bir dövlət üçün xüsusi əhəmiyyət daşıyırıdı, digər dövlət üçün isə yox. Məsələn, bəzi ölkələrdə rüşvət edamla cəzalandırılırdısa, digər ölkələrdə belə bir qanun yox idi. Yaxud bir müddət oğurluq baş alıb gedirdisə, oğrular öldürülürdü, oğurluğun səngiməsi isə bu cinayətə görə bu cəzanın tətbiqini dayandırırdı. Bir sözlə xalqların dünyagörüşü fərqli olduğu kimi, onların ölümcül saydığı cinayətlər də fərqli idi. Sadalanan amillərin sırf dini baxışlara görə ölümə səbəb olmasını iddia etmək də düz deyil. Fransa burjua inqilabından sonra ölkədə atezim elan olunsa da, əks-inqilabçıları gilyatina gözləyiridi. SSRİ, ABŞ və Çin-də edam hökmünün tətbiq olunmasını da misal çəkmək olar.
Yəhudilik və xristianlıqda
Orta əsrlərin sonundan başlayaraq edam hökmünə səbəb olan cinayətlərin dairəsi tədricən daralmağa başladı. XVIII-XIX əsrlərdə bir sıra Avropa ölkələrində ölüm hökmünə mənfi münasibət yarandı. Bəzi ölkələr (Portuqaliya, Rumıniya, Hollandiya) edamı ümümumiyyətlə ləğv etdilər, digəriləri isə (İngiltərə, Fransa) yalnız dövlətçilik əleyhinə olan cinayətlərə görə ölüm cəzası tətbiq edirdilər. Bəziləri səhvən elə anlayır ki, edamdan imtina edən Avropa xrsitian olduğundan, xristianlıqda ölüm hökmü adlı bir şey yoxdur. Lakin, bir sıra Avropa ölkələrinin edam cəzasından imtina etməsi, əslində xristian dəyərlərindən üz çevirmələri ilə bağlı idi. Yəni Avropada uzun əsrlər boyu istənilən xırda cinayətə görə ölüm hökmünün icrası xristianlığın hüquqi sistemin əsasında durmasından irəli gəlirdi. Hətta rus tarixçiləri qeyd edirlər ki, Rusiya xristianlığı qəbul etməmişdən öncə slavyanlar hətta qatili öldürmürdülər, lakin yunan keşişlərinin səyi nəticəsində rus knyazları da edama hüquqi qüvvə verdilər.
Hüquq tarixinə Tövrat və İncil prizması ilə yanaşsaq, görərik ki, Həzrət Nuha(ə) kimi Allah qisası haram buyururdu(Habil və Qabil dastanının Tövrat versiyası). Lakin insanlar Allahın mərhəmətindən o qədər sui-istifadə edib fəsada batdılar ki, Allah dünyanı suya qərq edir , Nuhla birgə nicat tapmış insanlara isə yaradacaqları yeni ictimai düzəndə qatilin qətlini vacib buyurur. Bundan əlavə, yəhudi və xristian hüququnda zina(nikahdan kənar cinsi əlaqə), irtidad (dinə xəyanət), qətl və sehrbazlıq kimi əməllərə görə edam cəzası geniş tətbiq olunur. Elə orta əsrlər inkvizisiya məhkəmələrini yada salaq. Neçə-neçə alim irtidad, müsəlmanların elminə yiyələnmə, cadugərlik və s. damğalarla qətlə yetirilmişdir. Müsəlman tarixi də edam hökmündən sui-istifadələr yan ötməyib. Bir sıra alimlər Nəsimi, Söhrəverdi və s.) zəmanəsinin fəqihləri tərəfindən küfrdə ittiham olunaraq ölümə məhkum edilmişlər. Yaxud hansısa təriqət dindən çıxmış elan olunaraq onun tərəfdarları qətliama məruz qalırdılar(məsələn, sultan Səlim zamanı Anadolu şiələrinin soyqırımı).
Müsəlman fiqhində
Müsəlman hüququnun cəza sistemində edam hökmü var, vəbu danılmaz bir faktdr. Lakin ölüm hökmünün hansı cinayətlərə görə, hansı şəraitdə və hansı qaydada icra olunması bir qədər mübahisəli məsələdir. Ümumi olaraq, fəqihlərin(İslam hüququ üzrə mütəxəssislərin) ictihadına əsasən ölüm hökmü ilə bağlı məsələlər dəyişə bilər. Məsələn, narkotikanın satışına görə dini mənbələrdə(Quran və hədislər) ölüm cəzası nəzərdə tutlmayıb. Lakin narkotik vasitələrin yayılması katastrofik həddə çatıb cəmiyyətin sağlamlığını təhlükə altına atarsa, fəqih bu cinayətin ölümcül olmasına hökm verə bilər. Və yaxud evli qadınla zinaya görə dini mənbələrdə rəcm(daşqalaq) nəzərdə tutulubsa, fəqih daşqalağı digər edam üsulu ilə əvəz edə bilər. Edama məhkum edilmiş şəxs fəqih tərəfindən əfv edilə də bilər. İslam hüququ edam cəzasına maratorinin qoyulmasında da imkan verir. Həmçinin ölüm hökmünün verilib-verilməməsi qazinin(hakimin) qərarından da asılı ola bilər. Məsələn, bilərəkdən insan öldürən şəxsin durumundan və ya cinayətin səbəblərindən asılı olaraq qazi onun cəzasını yüngülləşdirmək hüququna malikdir. İslam hüququnda istənilən hökm istintaq və mühakimədən sonra verilməli, cəzanın icrası isə şəriət baxımından səlahiyyətli insanlara həvalə olunmalıdır. Bu isə dövlət mexanizmi olmadan İslam cəza sisteminin tətbiqini mümkünsüz edir.
Müasir dünyada
Digər hüquq sistemlərində də ölüm hökmü yalnız istintaq və mühakimədən sonra verilə bilər. Adətən ölüm hökmünün verilməsi ilə icrası arasında apelyasiya şikayətinin verilməsi və məsələyə yenidən baxılması üçün kifayət qədər vaxt verilir. Dövlət orqanlarından savayı edam hökmünü hər kimsə icra edərsə, onun əməli qətl cinayəti sayılır. Ikinci dünya müharibəsindən sonra BMT Baş Assambleyası İnsan haqqlarına dair ümumi bəyannaməni qəbul etdikdən sonra bir sıra ölkələrdə edam hökmünün ləğvi və ya məhdudlaşdırılması tendensiyası başladı. 2007-ci ilin göstəricilərinə görə, dünyanın 68 ölkəsində ümumi cinayətlərə görə, 10 ölkəsində isə hərbi cinayətlərə görə ölüm hökmü nəzərdə tutulur. Dünyanın 30 ölkəsində müxtəlif cinayətlərə görə ölüm hökmü nəzərdə tutulsa da, cəzanın icrasına maratori qoyulub, 89 ölkə isə ümumiyyətlə edamdan cəza kimi imtina edib. Ölüm hökmü əsas etibarı ilə dövlət təhlükəsizliyi, terrrorizm, dövlətə xəyanət, qətl, insan alveri, narkotik maddələrin yayılması ilə bağlı cinayətlərə görə verilir. Ölüm cəzasının cinayətlərin qarşısını almaqda nə qədər effektiv olub-olmaması barədə mütəxəssislər fikir ayrılığındadır və bu məsələ günümüzdə də müzakirə olunmaqdadır.
Fiqhi baxımdan irtidad
Hicama barədə çox soruşurlar. Dəbdə olan "müalicə" üsuludur.
Böyrəklər çox vacib orqanlardır. Kiçik ölçüdə olan bu orqanlar (böyü
"Qarşı tərəf şərtlərə əməl etməyib. Mən onları məhkəməyə v
Alimlərin 100 nəfər üzərində 8 həftəlik tədqiqatları reyhanın, xüsus
İran dövlətinin təfəkkürünə görə ölkədəki etirazların davam etməs
Türkiyəli məşhur aktrisa Burcu Kıratlı yeni sevgilisi ilə görüntüləni
Rusiya məcburi hərbi xidmət üçün yuxarı yaş həddini dəyişməyə hazı
ABŞ Prezidenti Co Baydenin ofisindən ikinci dəfə dövlət məxfi sənədlər
Aeroflot təyyarəsi Banqkokdan Moskvaya gedərkən Səmərqənddə məcburi eni
BeReal" tətbiqi 2020-ci ildə ortaya çıxsa da, son zamanlar xüsusilə g
Həcc əməlinin başlanmasına bir neçə gün qalıb. Hər il olduğu kimi bu
Seçki ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunm