“Bismillah” ayəsinin təfsiri
Digərləri 12 Yan 2023 23:20:00 465 0
"Bismillahir-Rəhmanir-Rəhim", yəni "Bağışlayan və Mehriban Allahın adı ilə". Quran-i Kərimi açdıqda oxuduğumuz ilk ayə məhz budur.
Bu xəbəri də oxu: Azərbaycanda məktəblərdə telefondan istifadə QADAĞAN EDİLDİ
Hz.Peyğəmbərdən(s) nəql olunan bir hədisdə belə deyilir: "Müəllim şagirdə dərs keçib elm öyrədəndə uşaq "Bismillahir-Rəhmanir-Rəhim" - deyir. Bu zaman Allah Təala uşağın, onun ata-anasının və o müəllimin cəhənnəm odundan azad olmasını imzalayırr". Digər hədisdə Rəsuli-Əkrəm(s) buyurub: "Hər hansı bir mühüm iş Allahın adı ilə başlanmazsa, naqis və yarımçıq qalar".
Müxtəlif xalqların ənənələrinə nəzər salanda görürük ki, onlar hansısa mühüm işə öz rəhbərlərinin adı ilə başlayır. Həmin işi rəhbərin adı ilə bağlayırlar. Müsəlmanlar üçün isə əzəli və əbədi vücud, mütləq hakim, uca məbud yalnız Allahdır. Buna görə də hər hansı işə başlamazdan əvvəl biz "bismillah" kəlməsini işlədirik. Onda Allah öz lütfünü bəndənin üzərinə nazil edər. Sonuncu səmavi kitab, Qiyamətə qədər bəşəriyyətin yolgöstərəni olan Quran-i Kərim də elə bu ayə ilə başlayır. Allah-təala Öz peyğəmbəri Hz.Muhəmmədə(s) ilk vəhyi nazil edəndə əmr edir ki, ağır peyğəmbərlik vəzifəsinə Onun adı ilə başlasın: "Öz Rəbbinin adı ilə oxu!" ("Ələq" surəsi, 1-ci ayə). Bəşəriyyətin haqqa və səadətə yönəlməsi yollarından ibarət Quranın əsl hədəfi müvəffəqiyyətlə həyata keçirilsin deyə, doqquzuncu surə istisna olmaqla, Allah bütün surələri "bismillah"la başlayır.
Ayənin əvvəlində ilk növbədə "isim" kəlməsi işlənir. Ərəb ədəbiyyatı mütəxəssislərinin fikrincə, bu sözün əsli "sümuvv", yəni "ucalıq" kəlməsindən gəlir. Bu o mənada yozula bilər ki, söz ad qoyulmaq vasitəsilə məna kəsb edir.
"İsim" kəlməsindən sonra ləfzi-cəlalə adlanan "Allah" sözü ilə qarşılaşırıq. Bu Allahın adları arasında ən geniş mənanı ifadə edən isimdir. Çünki dini mənbələrdə göstərilən digər İlahi adlar Allahın gözəl sifətlərindən yalnız bir hissəsini çatdıra bilir. Ancaq bütün sifətləri əhatə edən yeganə ad yalnız "Allah"dır. Bu səbəbdən əksər hallarda sair adlar "Allah" kəlməsi üçün sifət qismində işlənilir. Məsələn, "Həqiqətən Allah Ğəfur (Bağışlayan) və Rəhimdir (Mehribandır)" ayəsində bu üslubdan istifadə olunur. "Allah" kəlməsinin özündə bütün mənaların əks olunmasına digər dəlillərdən biri də "la ilahə illəllah" (Allahdan başqa məbud yoxdur) cümləsidir. Yəni Allahın təkliyinə iman gətirdiyinə şəhadət verən şəxs bu cümləni dilə gətirir. Amma "la ilahə illəlxaliq" ("Yaradandan başqa məbud yoxdur") və ya "la ilahə illərraziq" ("Ruzi verəndən başqa məbud yoxdur") kəlmələri tohidə iman gətirilməsini kifayət qədər göstərməz.
Türkiyəli məşhur aktrisa Burcu Kıratlı yeni sevgilisi ilə görüntüləni
Rusiya məcburi hərbi xidmət üçün yuxarı yaş həddini dəyişməyə hazı
ABŞ Prezidenti Co Baydenin ofisindən ikinci dəfə dövlət məxfi sənədlər
Aeroflot təyyarəsi Banqkokdan Moskvaya gedərkən Səmərqənddə məcburi eni
BeReal" tətbiqi 2020-ci ildə ortaya çıxsa da, son zamanlar xüsusilə g
Həcc əməlinin başlanmasına bir neçə gün qalıb. Hər il olduğu kimi bu
Seçki ərəfəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunm
Epidemiologiya institutunun direktor müavini Tatyana Rujençova hazırda mövs�
Baş beyində yerləşən hipofiz vəzi çox kiçik ölçülərinə baxmayaraq (
Trend BİA ümummilli liderin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev
Sadiq əleyhissalam buyurur: "Səbr kasası daşdıqda ümid qapısı açı
Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet Ermənistana gəlib.