Bakıdan Ermənistana ardarda İKİ ZƏRBƏ


Siyasət 12 Yan 2023 17:33:00 210 0

Bakıdan Ermənistana ardarda İKİ ZƏRBƏ

Praqa görüşündən sonra iki ay ərzində sülh müqaviləsini hazırlanıb, imzalanacağı ilə bağlı ümidlər çox böyük idi. Xüsusilə də, rəsmi Bakıda belə bir əminlik var idi.

Bunu hətta yanvarın 10-da Prezident İlham Əliyev də keçirdiyi mətbuat konfransı zamanı açıq şəkildə dilə gətirdi: "Mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı".

Rəsmi İrəvan öncə dekabrın 6-da (Ermənistan siyasi rəhbərliyi danışıqları dalana dirəmək adına ikinci belə addımı isə dekabrın 23-də Moskvada XİN başçılarının görüşündən imtina etməklə reallaşdırdı) Brüssel görüşündən yayınmaq üçün elə bir təkliflə çıxış etdi ki, Bakını bu görüşdən imtina edərək danışıqlar prosesini müvəqqəti də olsa saxlamağa vadar etdi. Çox aydın idi ki, Praqa görüşü faktiki olaraq Brüssel formatının davamı idi. Çünki bu formatı Şarl Mişel - Avropa İttifaqı Şurasının sədri, ortaya qoymuşdu. Amma nə oldusa bu görüşdən sonra baş verdi.

Belə ki, Fransa Prezidenti Emanuel Makron da iştirak etdiyi bu Praqa görüşündan cəmi bir həftə sonra Azərbaycanın ünvanına heç bir əsası olmayan, başdan ayağa qarayaxma olan radikal ermənipərəst təəssübkeşliyi özündə əks etdirən ifadələr işlətməkdən, ittiham etməkdən çəkinmədi. Ardınca Fransa Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edərək rəsmi Bakı ilə İrəvan arasında sülh prosesinə mane olmaq yolunda məkirli proseslərə start verdi.

Ermənistan bu gün onun əsas havadarına çevrilən Fransanın bir sözünü iki etməyərək Azərbaycanla sülhdən qaçma siyasətində ikinci fazanı açdı. Ancaq belə görünür ki, Ermənistan nə etdisə özü-özünə etdi.

Çünki Praqa görüşündən sonrakı proseslərin xronologiyasına nəzər salsaq görərik ki, geridə qalan bu iki ay ərzində artıq Bakının şərtləri dəyişib:

⚫️ Azərbaycan öncə Laçın-Xankəndi yolunda ekofəalların, vətəndaş cəmiyyəti və QHT nümayəndələrinin dinc aksiyası ilə bu istiqamətdə olduqca çox böyük, belə qısa zamanda mümkünsüz hesab edilən Laçın yoluna nəzarəti qismən ələ keçirə bildi. 

Artıq bir aydır davam edən bu aksiya nəticəsində Laçın yolu demək olar ki, xalq nəzarəti altındadır. Bununla da Azərbaycan ipə-sapa yatmayan Ermənistana, separatçı qüvvələrə və onun havadarlarına başa saldı ki, "indi ki, siz danışıqları pozmaq, Azərbaycan ərazisində qeyri-qanuni işlərlə məşğul olmaq kimi niyyətinizdən əl çəkmək fikrində deyilsiniz, o zaman biz də artıq bildiyimiz şəkildə hərəkət edəcəyik".

⚫️ Rəsmi Bakının Ermənistana qarşı çox tutarlı iknci arqumenti isə Qərbi Azərbaycana "Qayıdış Konsepsiyasının işlənib hazırlanması oldu. Artıq Qərbi Azərbaycan institutu formalaşmaqdadır. Bu istiqamətdə Azərbaycan dövlətinin mövqeyi olduqca qəti və hədəfə hesablanmış hesab edilir. 

Belə düşünməyə dövlət başçısının müsahibə zamanı qeyd etdiyi fikirlər əsas verir. Ölkə başçısı yerli telekanallara müsahibəsində açıq şəkildə bildirdi ki, "Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq. Mənim tövsiyələrim, yəni, dekabrın 24-də verdiyim tövsiyələr yerinə yetirilir".

Bu o deməkdir ki, Azərbaycan həll etdiyi Qarabağ mövzusunun davamı olaraq eyni nəticəni Qərbi Azərbaycan məsələsində əldə etmək üçün çox böyük və məsuliyyətli yola çıxdığını bütün dünyaya elan etdi.

Bakı bunu bacaracaq?

"Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq", - deyən dövlət başçısı bu istiqamətdə müxtəlif proqramların hazırlandığını, dünya ictimaiyyətinin bu yöndə məlumatlandırılması üçün müxtəlif çaplı fəaliyyət planı üzərində işlərə başlanıldığının xəbərini verdi.

2 il bundan əvvəl - 2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətə başlaması ilə bağlı ilk sammit keçirildikdən sonra İlham Əliyev Zəngəzur dəhlizi haqqında fikir irəli sürərək artıq bu termindən mütəmadi istifadə etməyə başladı.

Nəzərə alsaq ki, hələ o vaxt Azərbaycan Prezidentinin bu termini qarşısında çaş-baş qalmışdı, hətta bölgədəki prosesləri yaxından izləyən, mütəmadi proseslərin təhlili ilə diqqət mərkəzinə düşən xarici ekspertlər "Zəngəzur dəhlizi" terminini heç tələffüz belə edə bilmirdilər. Amma bu gün biz tamamilə fərqli situasiyanın şahidiyik. Artıq Zəngəzur dəhlizi cəmi 2 il ərzində beynəlxalq aləmdə qəbul edilmiş terminə çevrilib. Biz hətta bu terminə bir neçə beynəlxalq təşkilatın qəbul etdiyi yekun sənədlərdə də rast gələ bilərik. 

Buradan belə nəticə çıxarmaq olar ki, əgər rəsmi Bakı geridə qalan bu 2 il ərzində "Zəngəzur dəhlizi" terminini artıq hamının istifadə etdiyi bir termin kimi qəbul etdirə bildisə, istisna edilmir ki, yaxın gələcəkdə də nəyinki Qərbi Azərbaycan terminini, eyni zamanda mövzusunu, tarixini də çox qısa bir müddətdə beynəlxalq ictimaiyyətə qəbul etdirə biləcəyik. 

İlham Əliyevin "Azərbaycan Qarabağ müharibəsindən sonra dəyişdi, dünya da dəyişdi Rusiya-Ukrayna müharibəsindən sonra. Bax, bu iki dəyişiklik demək olar ki, zaman baxımından paralel gedən proseslərdir. Biz bu yeni dünyada özümüzü necə görürük, harada görürük, əlbəttə ki, bunu biz çox dəqiq müəyyən etməliyik", - fikirlərindən də belə nəticəyə gəlmək olur ki, 44 günlük müharibədəki tarixi zəfərimizlə reguionun geosiyasi düzəninin dəyişməsi və ardına Şərqi Avropadakı savaş Bakının əlini daha da gücləndirdi, imkan yaratdı ki, Azərbaycan öz yeni hədəflərini siyasi gündəliyinə daxil etsin.

Dövlət başçısının "Biz həmişə reallığa söykənməliyik və qarşımıza qeyri-real hədəfləri qoymamalıyıq, bölgədə və dünyada öz yerimizi bilməliyik və möhkəmləndirməliyik" ifadəsi isə Bakının Qarabağdan sonra Qərbi Azərbaycanla bağlı "Qayıdış Konsepsiyası" məsələsində çox əmin, inamlı və qətiyyətli olduğuna bir işarədir. Əliyev bununla da Qərbi Azərbaycan mövzusunun 3 il bundan əvvəldən fərqli olaraq indi Azərbaycan qarşısında real hədəf olaraq qoyulduğunu və bu Qayıdış Konsepsiyasının istər regiondakı, istərsədə ki, dünyadakı proseslərlə uzlaşdığına eyham vurdu.  

Təhməz Əsədov Son.az

Ben Afflek kassir oldu: müştərilərə xidmət etdi  VİDEO like
  • 12 Yan 17:32  
Şou-biznes Ben Afflek kassir oldu: müştərilərə xidmət etdi VİDEO

Məşhur Hollivud aktyoru Ben Afflek "Dunkin' Donuts" kafesində k

arrow Ətraflı
Elmir Əkbər: “Fahişələr özlərini psixoloq kimi təqdim edirlər”  MÜSAHİBƏ like
  • 12 Yan 17:24  
Digərləri Elmir Əkbər: “Fahişələr özlərini psixoloq kimi təqdim edirlər” MÜSAHİBƏ

Biz həmişə insanlarımızın psixoloqlara az müraciət etməsi haqqında dan

arrow Ətraflı
Bakıdakı dayanacaqda qadını qətlə yetirmək istəyən şəxs oğlu imiş  VİDEO like
  • 12 Yan 17:19  
Kriminal Bakıdakı dayanacaqda qadını qətlə yetirmək istəyən şəxs oğlu imiş VİDEO

Dünən günorta saatlarında Bakıdakı dayanacaqlardan birində bir nəfərin

arrow Ətraflı
Əməkdar artistə ağır itki like
  • 12 Yan 17:18  
Şou-biznes Əməkdar artistə ağır itki

Əməkdar artist Füzuli Hüseynova ağır itki üz verib.

arrow Ətraflı
Türkiyənin məşhur sənətçisi vəfat etdi like
  • 12 Yan 17:17  
Digərləri Türkiyənin məşhur sənətçisi vəfat etdi

Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan yanvarın 13-də 62 ya

arrow Ətraflı
"Melisa məni söyüb, çəkilişi tərk etdi" like
  • 12 Yan 17:16  
Şou-biznes "Melisa məni söyüb, çəkilişi tərk etdi"

Türkiyəli aktyor Alperen Duymaz yeni serialı "Ego"da tərəf müqab

arrow Ətraflı
Uşaq evində böyüyən şəhidin anası tapıldı  Türkiyədə yaşayır  FOTO like
  • 12 Yan 17:09  
Digərləri Uşaq evində böyüyən şəhidin anası tapıldı Türkiyədə yaşayır FOTO

Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi Əmrah Rajapovun anası o

arrow Ətraflı
Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi like
  • 12 Yan 17:07  
Digərləri Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu

arrow Ətraflı
“Dior”un yeni rəhbəri məlum oldu  FOTO like
  • 12 Yan 16:58  
Şou-biznes “Dior”un yeni rəhbəri məlum oldu FOTO

Dünyanın ən zəngin şəxslərindən olan Bernar Arno qızı Delfini lüks ma

arrow Ətraflı
Çavuşoğlu dünyada taxılın ucuzlaşmasından danışdı like
  • 12 Yan 16:50  
Digərləri Çavuşoğlu dünyada taxılın ucuzlaşmasından danışdı

Taxıl sazişi vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxı

arrow Ətraflı
14 milyonluq reklam əldən çıxdı like
  • 12 Yan 16:42  
Şou-biznes 14 milyonluq reklam əldən çıxdı

Dünyaca məşhur içki markasının rəhbərliyi müğənni Hadisəni reklama �

arrow Ətraflı
Avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü like
  • 12 Yan 16:38  
Digərləri Avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü

Bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat va

arrow Ətraflı
Fərda: "İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm  VİDEO like
  • 12 Yan 16:26  
Şou-biznes Fərda: "İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm VİDEO

"Qadın paltarı geyinib atılıb, düşməyə ehtiyac yoxdur. Sözün dəy

arrow Ətraflı
Sərxoş qadın mahnı sədaları altında təyyarədən düşürüldü  VİDEO like
  • 12 Yan 16:18  
Dünya Sərxoş qadın mahnı sədaları altında təyyarədən düşürüldü VİDEO

Sərnişinlərin mahnıları və alqışları altında sərxoş qadın təyyarə

arrow Ətraflı
Bakıda dəhşətli qəza: BMW aşdı, "Camry" yolun ortasında qaldı  VİDEO  FOTO like
  • 12 Yan 16:12  
Digərləri Bakıda dəhşətli qəza: BMW aşdı, "Camry" yolun ortasında qaldı VİDEO FOTO

Bakının Xətai rayonunda avtomobil "qırmızı işıq"da keçməsi n

arrow Ətraflı