Elmir Əkbər: “Fahişələr özlərini psixoloq kimi təqdim edirlər” MÜSAHİBƏ


Digərləri 12 Yan 2023 17:24:00 351 0

Elmir Əkbər: “Fahişələr özlərini psixoloq kimi təqdim edirlər”  MÜSAHİBƏ

Biz həmişə insanlarımızın psixoloqlara az müraciət etməsi haqqında danışmışıq. Həmişə gileylənmişik ki, xalqımızın insanları psixoloqa, psixiatra, psixoterapevtə müraciət etməyi özünə sığışdırmır, hətta buna pis baxırlar. Son vaxtlar vəziyyət nisbətən qənaətbəxşdir. Artıq həmvətənlərimiz həyat keyfiyyətini yaxşılaşdırmaq üçün psixoloqlara üz tuturlar. Bu barədə maarifləndirici yazılara, araşdırmalara, televiziya verilişlərinə də rast gəlinir. Bu vəziyyətdə isə tamamilə başqa problemlər ortaya çıxır. Bu gün özünü "psixoloq" adlandıran şəxslər yağışdan sonra göbələk kimi çoxalıb. Altı aylıq kurs bitirənlər psixoloq kimi fəaliyyət göstərirlər. Dünənə qədər başqa sahədə çalışanlar qəfildən televiziya verilişlərində psixoloq kimi təqdim olunurlar. Sosial şəbəkələrdəki vəziyyət isə tamamilə nəzarətdən kənardır. Belə olan surətdə biz öz ruh halımızı kimə etibar etməliyik? Necə etməliyik ki, aldanmayaq, şəxsi mənafelərin qurbanı olmayaq, qaş düzəltmək istədiyimiz yerdə gözümüzü də itirməyək? Əgər həqiqətən artıq el məsəlinə çevrilmiş o ifadədə deyildiyi kimi, psixoloqların da psixoloqa ehtiyacı varsa, necə? Haradan bilək ki, hansı praktik psixoloq hansı diploma, hansı savada, hansı təcrübəyə, hansı vicdana malikdir? Hətta səriştəsinə və təhsilinə şübhə etmədiklərimizin bizi öz maraqlarına uyğun manipulyasiya edib, asılılıq yaratmaq təhlükəsi belə istisna deyilsə?

Psixoloq, psixoterapevt, psixiatr, nevroloq, nevropatoloq-bunların hansına hansı halda müraciət etməliyik? Sosial psixoloqla klinik psixoloq, psixiatrla psixoterapevt arasında hansı fərqlər var?

Son.az kulis.az-a istinadən psixoterapevt Elmir Əkbərlə müsahibəni təqdim edir.

- Doktor, sizi xoş gördük!

- Salam, sizin və xalqımızın keçmiş də olsa yeni ilini təbrik edirəm. İlimiz uğurlu olsun!

- Doktor, ölkəmizdə psixoloqların hazırkı səviyyəsi sizi qane edirmi? İnsanlarımız necə etsin ki, psixoloq seçimində yanılmasın?

- Birincisi, psixoloq bu sahədə konkret təhsili olan peşəkar mütəxəssis deməkdir. Yəni, istər psixoterapevt adlanmaq üçün, istər psixoloq adlanmaq üçün, istər psixiatr adlanmaq üçün bu sahə üzrə həmin şəxsin diplomu olmalıdır. Bu, birinci şərtdir. Özü də bu diplomu ona hansısa uydurma bir qurum yox, dünya üzrə tanınmış və özünü təsdiqləmiş bir ali təhsil müəssisəsi verməlidir ki, bu insan ixtisasca psixoloqdur, psixiatrdır və ya psixoterapevtdir.

Bilirsiniz, biz bu gün bilmirik, özünü psixoloq adlandıran təhsilsiz dələduzlarla mübarizə aparaq, yoxsa təhsili başqa sahədə olan, amma nədənsə psixoloq kimi fəaliyyət göstərən dələduzlarla.

Baxın, bu gün mən özümü ona görə psixoterapevt adlandırıram ki, məndə ali təhsil müəssisəsinin diplomu var və orda yazılıb ki, mənə həkim psixoterapevt ixtisası verilib. Həmçinin mənə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəsiqəsi verilib ki, bu sahə ilə məşğul olmağa haqqım olsun.

Ancaq əldəqayırma psixoloqlar, psixiatrlar, hətta bəzən bəzi dırnaqarası nevropatoloqlar özlərini rahatlıqla psixoterapevt adlandırırlar.

İkinci vacib məsələ odur ki, hələ təhsilli olmaq, savadlı olmaq demək deyil. Savadlı mütəxəssisi təhsilli, amma savadsız, səriştəsiz insandan fərqləndirən bir sıra xüsusiyyətlər var.

- Doktor, tutaq ki, psixoloq həm müvafiq təhsil alıb, həm də savadlıdır. Bəs onun öz travmaları varsa, necə? Psixoloqlar işlə təmin olunarkən psixoloji testdən keçirlərmi?

- Bir insan praktik psixoloq, praktik klinik psixoloq və ya praktik psixoterapevt kimi fəaliyyət göstərirsə, onun bütün peşə fəaliyyəti "supervisor" (xüsusi nəzarətçi - S. Ə.) tərəfindən tənzimlənməlidir. Daha aydın desək, mütəxəssis özü həftədə bir dəfə seans keçməlidir. Öz supervayzeri ilə. Məsələn, mən özüm iki təhsil almışam, bunlardan biri Vyana-Avstriya psixoterapiya məktəbidir, biri də Bexterev məktəbi. Bunların hər birindən mənim hər metodika üzrə ayrı supervayzerim var. Hansı ki, onlara müraciət edirəm, onlar mənim həm şəxsən özümlə məşğul olur, həm də işimi nəzarətdə saxlayırlar. Beynəlxalq lisenziyalar bunu tələb edir.

Çox heyf ki, Azərbaycanda bu ənənə yoxdur. Yəni, bu şəxslərin öz həyatı daim nəzarətdə olmadır ki, şəxsi həyatlarında baş verən problemlər analiz etdiyi, konsultasiya etdiyi adamlara təsir göstərməsin. Əks halda o baş verir ki, həmin "yarımfabrikat" psixoloqlar öz ailəsində olan problemlərini ona müraciət etmiş insanların başlarında çatladırlar. Onların üzərində öz problemlərini sınaqdan keçirərək özlərini realizə edirlər, özlərini müalicə edirlər. Nəticədə çox bərbad, acınacaqlı vəziyyət ortaya çıxır.

Hələ mən demirəm ki, ən qədim sənətlərdən olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edirlər. Azərbaycan Psixologiya Liqası olaraq bundan çox narahatıq. Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. Qeyd etdiyim o qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarırlar. Nəticədə də insanlar elə bilir ki, elə psixoloq belə olmalıdır. Heç kim fikirləşmir ki, necə oldu, bu adam birdən-birə psixoloqa çevrildi? İnsanların laqeydliyi də buna şərait yaradır. Necə ki, insanlar qonşusunun oğlunun narkomaniya qurbanı olduğunu görür, amma səsini çıxarmır, eləcə də belə fırıldaqçıları görməzdən gəlirlər. Halbuki dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır. İnsanlarımız bu tip dələduzları sosial şəbəkələrdə ifşa etməlidirlər. Vicdan, qeyrət insanları vadar etməlidir ki, cəmiyyət olaraq onları ifşa etsinlər ki, bu adam psixoloq deyil, ay camaat, dünənə kimi bu şəxs, başqa işlə məşğul idi.

- Elmir bəy, klinik psixoloq ona müraciət edən xəstəyə resept yaza bilərmi?

Bakıdakı dayanacaqda qadını qətlə yetirmək istəyən şəxs oğlu imiş  VİDEO like
  • 12 Yan 17:19  
Kriminal Bakıdakı dayanacaqda qadını qətlə yetirmək istəyən şəxs oğlu imiş VİDEO

Dünən günorta saatlarında Bakıdakı dayanacaqlardan birində bir nəfərin

arrow Ətraflı
Əməkdar artistə ağır itki like
  • 12 Yan 17:18  
Şou-biznes Əməkdar artistə ağır itki

Əməkdar artist Füzuli Hüseynova ağır itki üz verib.

arrow Ətraflı
Türkiyənin məşhur sənətçisi vəfat etdi like
  • 12 Yan 17:17  
Digərləri Türkiyənin məşhur sənətçisi vəfat etdi

Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan yanvarın 13-də 62 ya

arrow Ətraflı
"Melisa məni söyüb, çəkilişi tərk etdi" like
  • 12 Yan 17:16  
Şou-biznes "Melisa məni söyüb, çəkilişi tərk etdi"

Türkiyəli aktyor Alperen Duymaz yeni serialı "Ego"da tərəf müqab

arrow Ətraflı
Uşaq evində böyüyən şəhidin anası tapıldı  Türkiyədə yaşayır  FOTO like
  • 12 Yan 17:09  
Digərləri Uşaq evində böyüyən şəhidin anası tapıldı Türkiyədə yaşayır FOTO

Uşaq evində böyüyən Vətən müharibəsi şəhidi Əmrah Rajapovun anası o

arrow Ətraflı
Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi like
  • 12 Yan 17:07  
Digərləri Doktoranturaya qəbul qaydalarında dəyişiklik edildi

Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu

arrow Ətraflı
“Dior”un yeni rəhbəri məlum oldu  FOTO like
  • 12 Yan 16:58  
Şou-biznes “Dior”un yeni rəhbəri məlum oldu FOTO

Dünyanın ən zəngin şəxslərindən olan Bernar Arno qızı Delfini lüks ma

arrow Ətraflı
Çavuşoğlu dünyada taxılın ucuzlaşmasından danışdı like
  • 12 Yan 16:50  
Digərləri Çavuşoğlu dünyada taxılın ucuzlaşmasından danışdı

Taxıl sazişi vasitəsilə Ukraynadan dünya ölkələrinə 17 milyon ton taxı

arrow Ətraflı
14 milyonluq reklam əldən çıxdı like
  • 12 Yan 16:42  
Şou-biznes 14 milyonluq reklam əldən çıxdı

Dünyaca məşhur içki markasının rəhbərliyi müğənni Hadisəni reklama �

arrow Ətraflı
Avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü like
  • 12 Yan 16:38  
Digərləri Avtobusun salonunu qaz balonu ilə qızdıran sürücü

Bu gün onlayn mediada mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat va

arrow Ətraflı
Fərda: "İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm  VİDEO like
  • 12 Yan 16:26  
Şou-biznes Fərda: "İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm VİDEO

"Qadın paltarı geyinib atılıb, düşməyə ehtiyac yoxdur. Sözün dəy

arrow Ətraflı
Sərxoş qadın mahnı sədaları altında təyyarədən düşürüldü  VİDEO like
  • 12 Yan 16:18  
Dünya Sərxoş qadın mahnı sədaları altında təyyarədən düşürüldü VİDEO

Sərnişinlərin mahnıları və alqışları altında sərxoş qadın təyyarə

arrow Ətraflı
Bakıda dəhşətli qəza: BMW aşdı, "Camry" yolun ortasında qaldı  VİDEO  FOTO like
  • 12 Yan 16:12  
Digərləri Bakıda dəhşətli qəza: BMW aşdı, "Camry" yolun ortasında qaldı VİDEO FOTO

Bakının Xətai rayonunda avtomobil "qırmızı işıq"da keçməsi n

arrow Ətraflı
"Milyonları yeyib, indi altından çıxa bilmir"  Müşviq Şahverdiyev like
  • 12 Yan 15:54  
Şou-biznes "Milyonları yeyib, indi altından çıxa bilmir" Müşviq Şahverdiyev

Xəbər verdiyimiz kimi, tanınmış film istehsalçısı "Cinemazadeh&quo

arrow Ətraflı