“O özü 86 min dəfə ərə gedib, boşanıb, toyu oldu, biriki ay sonra ayrıldı...”
Şou-biznes 11 Yan 2023 05:44:00 369 0
"Atamın böyük arzuları var idi. Şeirlərindən ibarət bir kitab nəşr etdirmək istəyirdi. Əfsuslar olsun ki, yarım qaldı. Atamın "Bəxt üzüyü" filmində çəkildiyi maşın artıq antik avtomobildir. O şəxsi kolleksiyada saxlanılır, onunla bağlı bir layihə etmək istəyirəm. Təbii ki, hər bir şey maddiyata bağlıdır. Tək əldən səs çıxmır. Bir köməkliklə, təkanla nəsə yaratmaq lazımdır. Çünki o sənətkardır, onu yaşatmaq lazımdır, bu hamımızın borcudur. Rafael Dadaşov tək mənim atam olmayıb axı. Xalqın Rafaeli olub. O eldən getdi, evdən yox. Minlərlə insan onun arxasınca ağladı, göz yaşı tökdü. O balacadan böyüyə qədər ürəkləri fəth edən Rafael Dadaşov idi".
Bu xəbəri də oxu: "Robotla evlənərdim, qadınla YOX" VİDEO
Son.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rafael Dadaşovun qızı, tanınmış müğənni Səidə Dadaşova deyib.
"Bir məsəl var, "düz danışan, düzdə qalır". Amma ən gözəli hər şeyi düzgün danışmaqdır. Hər zaman sözün düzünü demişəm, açıqsözlü olmuşam. Yalandan rol oynamaq uzaqbaşı iki gün çəkər. Sonra hər şey yavaş-yavaş üzə çıxacaq. Yalan baş alıb gedə bilməz. Başdan ayağa səhv addımlar atan və kinli, küdurətli insanlar düzgünlüyü qəbul edə bilməz. Amma normal düşüncəli insan sözün düzü ilə qəbullanır. Kimsə yalanından qalmırsa, mən niyə düzümdən qalım ki?" deyə müğənni bildirib.
"2023-cü ildə ailə üzvlərinizlə, yaxud sənət yoldaşlarınızla barışıqınız gözlənilirmi?" sualına isə müğənni belə cavab verib.
"Mən insanlara qarşı hər zaman səmimi olmuşam, səmimiyyətimlə də seçilmişəm. Məni bilən bilir ki, çox kövrək insanam. Baxır nəyi bağışlayırsan?! Allah bağışlayandırsa, sən də bağışla! Amma baxır kimi, niyə? Cüzi bir səhvə görə insan keçib, bağışlaya bilər. Amma kiminsə qəlbinə toxunanda bu mümkün olmur. Allah səni kimlərdənsə, kimlərisə səndən uzaqlaşdırırsa demək ki, belə məsləhətdir. Bu yalnız yaxşılığa doğrudur. Sənin gözün açılır. Heç vaxt bunun peşmanlığını çəkmirəm. Şükürlər olsun ki, heç vaxt yanılmamışam. Səmimi olmuşam, inanmışam, inandığım anda da dəfələrlə zərbə almışam. O insanı öz ailəmin içinə daxil etmişəm, amma getdikcə görmüşəm ki, bu mənə yalnız zərbə vurur. Bir neçə dəfə şans vermişəm, yenə də düzəlməyib" deyə müğənni bildirib.
Xalq artisti Məleykə Əsədova qonaq olduğu "Elgizlə izlə" ictima
SSRİ-nin ən sevimli ulduzlarından biri yeddi dəfə ərə gedən Lyudmila Qur
Dekabrın 8-dən etibarən Azərbaycanda qarlı hava müşahidə olunur. Bəzil�
"Bütün həyatım gözümün önündədir. Atam müharibədə yaralandı.
"Xankəndidə guya ərzaq böhranının yaşanması və orada talon sistemi
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyənin İstanbul şəhərində məktəb direktoru ictimai yerlərdə gizli
Həzrət Əli(ə) - "Hikmət sahibləri ilə yol yoldaşı, alimlərlə hə
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Ca
Qəlbini moizə və nəsihətlərlə dirilt, zöhd və pəhrizlə öldür, yəqi
Payız-qış fəsillərində insanlar tez-tez soyuqdəymə xəstəliklərinə tu
Təvəkkülün insan həyatındakı əhəmiyyətli rolunu, təvəkkül haqqında
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlini öpən uşağa xərclik ver
Xalq artisti Röya Ayxan 10 il sonra yenidən eyni mükafatı qazanıb.