İlham Əliyev: Ermənistanla məsələni həll etmişik, amma təhdidlər aradan qalxmayıb
Siyasət 10 Yan 2023 20:29:00 300 0
Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik.
Bu xəbəri də oxu: PKK iflas ərəfəsində: ya tərksilah, ya tam məhv
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib: "Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır. Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək".
Prezident qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra hər kəs bunu edir. Ordu quruculuğuna ümumiyyətlə fikir verməyən Avropanın ən böyük ölkələri indi ordularını yaradırlar. "İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik", - deyə Prezident İlham Əliyev bildirib.
Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə �
"Gəl, danış" adlı proqramda maraqlı hadisə yaşanıb.
Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi
Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi yanvarın 8-i saat 18 radəl�
Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılma
Müğənni Səmra Rəhimli dünyasını dəyişən Kənan adlı pərəstişkarı
Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlm
Almaniyanın Deltmol şəhərində 36 yaşlı Azərbaycan vətəndaşının mə
Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edil
Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin
Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib.
Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə mə