Bu ərazilərə 18 sm qar yağıb
Digərləri 08 Yan 2023 10:26:00 340 0
Yanvarın 8-i saat 09:00-a olan məlumatına əsasən, 7-si axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağıntılı olub, dağlıq və Aran rayonlarında sulu qar, qar yağıb.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, qar örtüyünün hündürlüyü Qrızda 18 sm, Ləzə, Altıağac, Xaltanda 12 sm, Qubada 8 sm, Qusarda 7 sm, Şəki, Lerikdə 5 sm, Qax, Yardımlı, Şabranda 3 sm, Qobustanda 2 sm, Xınalıq, Qəbələ, Xaçmazda 1 sm qeydə alınıb:
"Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Qusarda 11 mm, Altıağac, Qubada 10 mm, Xaltanda 9 mm, Qaxda 6 mm, Qrız, Lerikdə 5 mm, Göytəpə, Yardımlıda 4 mm, Şabran, Göyçay, Şəkidə 3 mm, Sabirabad, Neftçala, Ağdamda 2 mm, Ağdərə, Daşkəsən, Gədəbəy, Göygöl, Xınalıq, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Salyan, Hacıqabul, Biləsuvarda 1 mm, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub".
G.Məmmədovanın sözlərinə görə, şimal-qərb küləyinin sürəti arabir Daşkəsən, Naftalan, Ağdam, Qəbələ, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Mingəçevirdə 19 m/s, İsmayıllı, Hacıqabul, Salyanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.7 metrə çatıb:
"Havanın minimal temperaturu dağlıq rayonlarda 12-16 dərəcə şaxta təşkil edib".
17-ci əsrdə yaşamış, haqqında bədii və animasiya filmləri çəkilən �
Həştərxandan İranın Əmirabad limanına gedən "Rossiya-1" quru y
Amerika saytının gözəllik anketində türk aktyorlar da yer alıb.
Bu qadının nə etmək istədiyini nə sürücülər anlaya bilir, nə polis, n
Sosial şəbəkədə yayılan görüntülər maraqla qarşılanıb.
Türkiyədə qəribə olay yaşanıb.
Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə
1. Tempratur yüksələn zaman xəstəni yatağa uzadıb, əynindəki isti palta
1. Ayaq göbələyi. Ayaqdakı göbələklərdən xilas olmaq üçün ayağın�
1. Gözə yad cismin düşməsi zamanı yad cisim göz qapağının altına dü�
1. Böyrək sancılarını adətətən böyrək daşları verir. Sancılar əgə
Prostat vəzin xoşxassəli hiperplazioyası prostatın qeyri - şiş mənşəli