Ukrayna savaşının taleyi Xankəndidən asılı Rusiyanın
Siyasət 06 Yan 2023 14:36:00 461 0
Gələn ay Rusiya-Ukrayna müharibəsinin artıq 1 ili tamam olacaq. Lakin tərəflər bir-birinə güzəştə getmək fikrində deyillər. Əslində Rusiya prezidenti Vladimir Putinin ötən gün yanvarın 6-sı Moskva vaxtı ilə saat 12:00-dan yanvarın 7-si saat 00:00-dək Ukraynada tərəflər arasında bütün cəbhə boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verməsi Donetsk vilayətinin Makeyevka rayonu ərazisindəki uğursuz əməliyyatların ağır nəticəsini araşdırmaq və aradan qaldırmaq üçün vaxt qazanmaq məqsədindən başqa bir niyyəti yoxdur. Bunu Rusiya rəhbərliyi toparlanmaq üçün bir imkan kimi də görə bilər.
Bu xəbəri də oxu: “Minsk Qrupu ləğv edilməlidir”
Ukrayna ordusunun Makeyevkaya endirdiyi raket hücumu nəticisində öldürülən Rusiya hərbçilərinin sayının katastrofik həddə çatması belə görünür ki, Kremldə gərginliyi pik həddə çatdırıb. Bunun yüzlərlə rus çağırışçının ölümünə səbəb olan hücumun hərbi və təhlükəsizlik fiaskosu olduğu şübhəsizdir. Rus ordusunun idarəedilməsində kor-təbiilik aşkar hiss edilir. Belə idarəetmə ilə Ukrayna mövqelərinin dərinliklərinə girmək çətin görünür. Təsadüfi deyil ki, payızdan bəri Rusiya mövqe qazana bilmir, itirə-itirə gedir. Görünür bunu Kreml də artıq çox yaxşı anlayır və son hadisələrin Rusiya üçün SOS siqnalı olduğunu ciddi şəkildə hiss etdi.
Əslində Putinin Ukraynanı cəbhə xətti boyunca atəşkəsə əməl etmək çağırışının Kiyevdə müsbət qarşılanacağı gözlənilən deyildi. Elə gözlənildiyi kimi də oldu. Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiya Prezidenti Vladimir Putinin atəşkəs qərarına münasibət bildirərkən "Ukrayna işğalçı ordunun üzvlərini məhv edir. Rusiya işğal etdiyi əraziləri tərk etməlidir, ancaq onda "müvəqqəti atəşkəs" başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın", - deyə bildirib.
Rəsmi Kiyevdən belə bir reaksiya verilməsində qeyri-adi bir şey yoxdur. Ukrayna müharibənin ən dəhşətli üzünü gördü, minlərlə dinc sakini qətlə yetirildi, iri şəhərləri, infrastruktur yerlə bir edildi, ölkənin böyük bir hissəsi xarabalığa döndü. Belə bir vəziyyətdə Ukrayna dövlətinin və xalqının gözünü nə iləsə qorxutmaq artıq qeyri-mümkündür, onları təəccübləndirmək mümkünsüzə çevrilir. Və son aylar gedən döyüşlərdə Ukrayna ordusunun əldə etdiyi irəliləyişləri nəzərə alsaq, o zaman hərbi sənayesi tükənən, texnika sarıdan ciddi çətinliklərlə üzləşən Rusiyaya toparlanmaq, səhvlərini düzəltmək sarıdan fürsət yaratmaq Kiyev adına ciddi səhv ola bilər.
Rusiyadan fərqli olaraq Ukraynanın isə istər silah, istərsə də canlı qüvvə sarıdan bir çətinliyi yoxdur. Çünki Rusiyanın əksinə Kollektiv Qərb, ABŞ dayanmadan Ukraynanı silah-sursatla, ən yeni hərbi texnika ilə təchiz etməkdə israrlıdır. Hətta bu gün ABŞ-ın Ukraynaya 2 milyard 850 milyon dollarlıq növbəti hərbi yardım paketi elan edəcəyi gözlənilir.
Belə anlaşılır ki, Qərb Ukraynanın silahlandırılmasında növbəti mərhələyə çox güclü şəkildə start verib. Bu dəfə hücum xarakterli hərbi texnikanın Ukraynaya göndərilməsinə başlanılır. ABŞ Ukrayna ordusuna "M2 Bradley", Almaniya "Marder" PDM-ləri, Fransa isə "təkərli tank" adlandırılan "AMX-10 RC" zirehli texnikası verəcək. Britaniya xarici işlər naziri də bildirib ki, Ukraynaya təqdim edəcəkləri növbəti hərbi yardım paketinə tanklar da daxil ola bilər.
Daha bir önəmli qərar odur ki, ABŞ-dan sonra Almaniya hökuməti də Ukraynaya "Patriot" raket kompleksi göndərəcək. Bu barədə az öncə prezident Bayden və federal kansler Şolz arasındakı telefon danışığında razılıq əldə olunub.
Bu qədər yardım fonunda Kiyevin Putinin atəşkəs elanına qapı çırpmasından normal nə isə yoxdur. O da istisna edilmir ki, Ukrayna komandanlığı hazırda pərəm-pərəm düşən, ordusunun böyük bir hissəsini itirən Rusiyaya qarşı genişmiqyaslı, strateji hücum əməliyyatı planlaşdırır. Hadisələrin bu cür inkişafı Ukrayna, daha doğrusu Qərb və ABŞ məqsədinə çatana kimi davam edəcəyi ehtimalları hər ötən gün daha da artır. Bu gedişlə müharibənin nə zaman başa çatacağı çox güman ki, artıq Rusiyanın qərarından asılıdır. Rusiya işğal etdiyi ərazilərdən geri çəkilməyəcəyi təqdirdə Ukraynanın silahlandırılması dayanmayacaq. Bu isə savaşın Kreml üçün arzuolunmaz ssenarisinin yeni başladığı deməkdir.
Aydın sezilir ki, Rusiya müharibənin ilk ayları ilə müqayisədə indi özü də xeyli bədbinliyə köklənib. Kreml zaman keçdikcə Ukraynadakı ilkin hədəflərindən daha çox uzağa düşməyə başlayıb, yeni hədəfləri isə müəyyənləşdirməyə rəsmi Kiyev "atəşkəs" təklifi kimi fürsətləri ruslara verməməklə imkan vermir. Rusiya bu gün savaş meydanında aktiv qalmağa çalışır və yeni bir fürsət axtarışındadır. Amma bu fürsətin ona veriləcəyi inandırıcı deyil.
Rusiyanın xilaskarı ...
Rusiya nüvə düyməsini əlinin altında bərk saxlayır. Geridə qalan 11 ay ərzində ara-sıra istər Sergey Lavrov, istərsə də Putin səviyyəsində məcbur qalacaqları təqdirdə nüvə bombasını atacaqları ilə bağlı dolayısı da olsa Qərbə mesaj verməyi də unutmur. Lakin nüvə bombası ancaq çoxlu sayda mülki adamın ölməsinə səbəb ola bilər. O dəhşətli silahın əslində hərb meydanındakı vəziyyəti ciddi şəkildə dəyişəcəyi gözlənilmir. Digər tərəfdən, nüvə silahının tətbiqi Putinin və Rusiyanın sonu ola bilər. Çünki eynisi Rusiyaya qarşı Qərb və NATO-dan tətbiq edilə bilər ki, bu da Kremlin dağılmasına gətirib çıxara bilər.
Rəsmi Moskva üçün atom bombası sadəcə qarşı tərəfləri çəkindirmək, qorxutmaq məqsədi üçün istifadə edilən bir varianta daha çox bənzəyir. Amma Rusiya çox yaxşı anlayır ki, onu bu çətin, çıxılmaz situasiyadan Türkiyə kimi sadiq müttəfiq xilas etmək iqtidarındadır. Moskva düşünür ki, necə etsin ki, həm müharibədən geri çəkilməsin, həm də məğlub olmasın. Bu məsələdə ona ən böyük yardımı da elə məhz Ankara edə bilər.
Çox güman ki, Türkiyə prezidentinin ötən gün səsləndirdiyi atəşkəs təklifi də Putin rejimini xilas etməyə hesablanıb. Amma Kiyevin mövqeyi artıq daha qətidir: Ukrayna yalnız Rusiya qoşunlarının bütün ölkə ərazisini tərk etməsi şərti ilə atəşkəsə gedə bilər.
Bütün bu faktlar deməyə əsas verir ki, Rusiya üçün Ankara olduqca önəmli tərəfdaşdır və Moskva bu gün Türkiyə ilə bəlkə də elə bir məsələ yoxdur ki, razılaşmağa hazır olmasın. Çünki nəzər salsaq görərik ki, Ərdoğanın, Çavuşoğlunun çoxsaylı bəyanatları və apardıqları siyasət Rusiyanı da tam məhvdən, çökməkdən xilasa hesablanıb. Bu gün faktiki olaraq Ankara Rusiyaya nəfəslik rolunu oynayır, sanksiyaları "ucuz atlatması" üçün cəhdlər göstərir.
Bütün bu amillər imkan verir ki, Türkiyənin ən yaxın müttəfiqi, qardaş ölkə Azərbaycanın Qarabağla bağlı hələ də tam həll edilməyən bəzi tələblərini də Ruisya qarşısında qaldırsın. Bu tələbləri qaldırmaq üçün Bakının da artıq böyük imkanları, qətiyyəti olduğunu nəzərə alsaq Azərbaycan və Türkiyə tandeminin Moskva qarşısında suverenliyinə, ərazi bütövlüyünə hesablanan tələblərlə çıxış etdiyi və bu istiqamətdə müəyyən razılıqlara artıq gəlindiyi ehtimalları artır.
Azərbaycan və Türkiyə Rusiya üçün yalnız Ukrayan ilə müharibə dövrü üçün önəmli deyil. Rusiyanın gələcək taleyi də bu iki ölkənin əlindədir desək yalan olmaz. Şübhə edilmir ki, Qərb və ABŞ yalnız müharibə zamanı yox, müharibədən sonra da Ukraynanı daha da gücləndirmək, rus imperializminin təkrar dirçəlişi təhlükəsinə qarşı Şərqi Avropada həmin əraziləri güclü bufer məntəqəyə çevirmək adına fəaliyyətlərini xeyli sürətləndirəcəklər.
Bu tandemlə ayaqlaşmaq, inkişafdan geri qalmamaq və dirçəlmək üçün Rusiyaya bu gün Regionun və dünyanın ən güclüləri sırasında yerlərini möhkəmlədən dövlətlərlə əməkdaşlığı artırmaq hava-su kimi gərəkli olacaq. Bu ölkələr arasında sadalanan güc faktoru nəzərə alınarsa Azərbaycan və Türkiyə faktoru Rusiya üçün ən əlverişli variandır.
Çünki Ukrayna müharibəsi bir daha sübut etdi ki, Rusiya və Çin təbii müttəfiq deyil, sadəcə strateji müttəfiqdir. Moskva və Pekini "ABŞ hegemonluğuna qarşı mübarizə aparmaqdan" başqa birləşdirən fundamental dəyər, məqsəd və amal yoxdur.
Təhməz Əsədov Son.az
Rusiyada, Soçidə magistral yolda baş verən zəncirvari qəzada biri uşaq ol
Yeraltı və yerüstü piyada keçidlərində quraşdıralan eskalatorların iş
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı-Qazax-Gürcüstan avtom
"Bu günlərdə vəziyyətim heç də yaxşı deyildi. Səhhətim pisləşm
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Türkiyənin meqastarı Tarkanın Bakıdakı toydan alacağı qonorarın miqdar�
Zaur və Günay Baxşəliyevlər Xalq artisti Flora Kərimovanın evində qonaq
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası vətəndaşlarının 2
Qış aylarında yağıntının miqdarının kəskin artması sürüşməyə me
Ötən gün Bakının Nərimanov rayonunda mənzildə meyiti tapılan 4 nəfəri
Nəsimi rayonunda ikimərtəbəli binada yaşayan sakinlər mənzillərinin yaş
Meksikada "Sinaloa" narkokarteli ilə ordu arasında döyüşlər dava
Türkiyəli aktrisa Minə Tuqayın yeni estetikli halı hər kəsi təəccüblə
Azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyan
Ukrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 1