Trampın keçmiş müşavirindən ŞOK TÜRKİYƏ AÇIQLAMASI
Siyasət 04 Yan 2023 10:17:00 470 0
ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə bir müddət Milli Təhlükəsizlik müşaviri vəzifəsində çalışan Con Bolton Türkiyəni hədəf alan məqalə yazıb.
Son.az Musavat.com-a istinadən xəbər verir ki, "The Telegraph" qəzetində yer alan "Qərbin zəifliyi Putinə qələbəni məğlubiyyət pəncəsindən qoparmağa imkan verə bilər" başlıqlı məqalədə Bolton Türkiyənin Rusiya ilə münasibətlərinə görə NATO üzvlüyünün şübhə altına atılmasını təklif edib.
Qərbin sanksiyalarının Rusiyanın Ukrayna müharibəsinə təsirlərini qiymətləndirən Bolton yazıb: "İqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ziyan vurdu, lakin Ukraynanın iqtisadiyyatı daha pis vəziyyətdədir".
Əsl problemin Qərbin birlik və qətiyyəti olduğunu vurğulayan müşavir Rusiyanın müharibəni davam etdirəcəyi təqdirdə Qərb daxilində gərginliyin arta biləcəyini diqqət çəkib.
Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etdiyini xatırladan Bolton qeyd edib ki, Ərdoğan yenidən prezident seçilərsə, Türkiyənin NATO-ya üzvlüyü gündəmə gəlməlidir.
Qeyd edək ki, Con Bolton radikal ritorikasına görə 2019-cu ildə Tramp tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Son.az
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək
BMT Təhlükəsizlik Şurası yanvarın 9-da Suriyaya transsərhəd yardım gös
Rusiya Prezidenti Vladimir Putin Mədəniyyət Nazirliyinə xüsusi əməliyyat
Ukrayna rus əsgərlərini məğlub etdikdən sonra müqaviləli orduya keçməl
Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətdə nomi
Bakının Xəzər rayonununda 38 yaşlı kişi özünə bıçaqla xəsarət yeti
Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsin�
Cənubi Afrika Respublikası, Rusiya və Çin bu ilin fevralında Afrikanın cə
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ABŞ-ın Birlə
Gəncədə İctimai Təhlükəsizlik Bölməsinin sabiq rəisi vəfat edib.