Möminlərin davranışları və öhdələrinə düşən vəzifələr haqqında


Digərləri 03 Yan 2023 19:50:00 261 0

Möminlərin davranışları və öhdələrinə düşən vəzifələr haqqında

Məla ibni Xənis adlı bir şəxs imam Sadiq (ə)-dan soruşur: Möminlərin bir-birlərinə qarşı öhdələrinə düşən vəzifə nədən ibarətdir?

İmam Sadiq (ə) cavab verir: Onların üzərinə yeddi mühüm məsuliyyət düşür, amma qorxuram bunları sənə bəyan etdikdən sonra yerinə yetirə bilmədiyin şeyləri onlara da rəva bilməyəsən.

Birinci odur ki, özün arzuladığın şeyi onlar üçün də arzu edəsən və özünə rəva bilmədiyin şeyləri onlara da rəva bilməyəsən.

İkinci odur ki, onların narahatlığına səbəb olan işlər görməyəsən və onları razı salmaq üçün dedikləri hər bir şeyə itaət edəsən.

Üçüncü odur ki, dinin, malın və əməlin ilə onlara köməklik edəsən.

Dördüncü onların sənə verdikləri tövsiyələrə qulaq asasan və yeri düşdükdə sən də onlara dəyərli məsləhətlər verəsən.

Beşinci odur ki, mömin qardaşının yediyindən sən də yeyəsən, içdiyindən sən də içəsən və geyindiyindən sən də geyəsən. Hər bir şeyi onunla bölməyə hazır olasan.

Altıncı odur ki, evinə də dəvət etdiyi zaman dəvətini qəbul edəsən və xəstələndiyi zaman vaxt-aşırı onu görməyə gedib hal-əhval tutasan. Səndə olan bir şeyə meyl etdiyi zaman istəməmiş ona hədiyyə et. Vəfat etdiyi zaman dəfn mərasimində iştirak et və onda sonra başsız qalmış əhli-əyalına köməklik göstər. İmam Baqir (ə)-ın bu haqda etdiyi tövsiyələrin birində deyilir: "Mömin qardaşına vədə verdiyin zaman mütləq onu yerinə yetir, onlar səfərə çıxdıqları zaman əmin-amanda olmaları üçün dua et, qayıtdıqları zaman onların görüşünə get. Möminlərlə dostluq edin. Onlar bədən üzvləri kimi bir-birləri ilə sıx əlaqədə olarlar, bir-birinin narahatcılığı dərhal digərində də öz təsirini göstərər".

Peyğəmbər (s) buyurur: "Bir müsəlmanın köməyə ehtiyacı olduğu zaman digər müsəlmanları ona yardım etməsi vacibdir. Müsəlman qardaşının çətinliyini aradan qaldırmayan şəxs mənə iman gətirməmişdir. Cənnət əhlindən olmaq istəyirsinizsə müsəlman qardaşlarınıza əl tutun və onların xeyir və şərində iştirak edin.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir. "Müsəlman qardaşınızı sevin və ona heç vaxt xəyanət etməyin. Kədərləndiyiniz zaman onun könlünü almağa çalışın, əgər bunu edə bilməsəniz Allah-təaladan onun üçün dua edin.Vəfat etdiyi zaman ailəsinə maddi və mənəvi yardım edin və qəbrini vaxtaşırı ziyarət edib Allah-təaladan onun bağışlanmasını diləyin ".

Miqren hamiləlik üçün təhlükəlidir like
  • 03 Yan 19:45  
Digərləri Miqren hamiləlik üçün təhlükəlidir

Peru alimlərinin fikrinə görə, güclü baş ağrıların və özbaşına dö

arrow Ətraflı
Özünütərbiyə və təqva like
  • 03 Yan 19:40  
Digərləri Özünütərbiyə və təqva

"Hәr kәs tәzkiyәyi-nәfs еtdi nicаt tаpdı vә hәr kәs küfr vә g

arrow Ətraflı
Bağırsaq xərçəngi yaradan qidalar məlum oldu like
  • 03 Yan 19:35  
Digərləri Bağırsaq xərçəngi yaradan qidalar məlum oldu

Harvard  Sağlamlıq məktəbinin yeni araşdırmasına görə - kolorektal ( y

arrow Ətraflı
İranda azərbaycanlı like
  • 03 Yan 19:31  
Siyasət İranda azərbaycanlı

İranda azərbaycanlı gənc molla rejimi tərəfindən həbs edilib.

arrow Ətraflı
Uşaqları zorla yedizdirməyin! like
  • 03 Yan 19:30  
Digərləri Uşaqları zorla yedizdirməyin!

Avstraliyalı pediatrların rəyinə görə, zorla yedizdirdirilən uşaqlar bö

arrow Ətraflı
Gədəbəydə 4 nəfər dəm qazından like
  • 03 Yan 19:29  
Digərləri Gədəbəydə 4 nəfər dəm qazından

Gədəbəydə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

arrow Ətraflı
Hidrogen peroksid: ən ucuz dərman – Diş, baş, boğaz, ayaq ağrılarında like
  • 03 Yan 19:25  
Digərləri Hidrogen peroksid: ən ucuz dərman – Diş, baş, boğaz, ayaq ağrılarında

Hidrogen peroksidlə müalicəyə onlarla film və kitab həsr olunub. Səhiyyə

arrow Ətraflı
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi like
  • 03 Yan 19:24  
Digərləri Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nə

arrow Ətraflı
Azərbaycanda ətin kilosu like
  • 03 Yan 19:22  
Digərləri Azərbaycanda ətin kilosu

Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt bazarlarında dana

arrow Ətraflı
Rusiyalı turistlərin Azərbaycana axını başlayıb like
  • 03 Yan 19:21  
Digərləri Rusiyalı turistlərin Azərbaycana axını başlayıb

Rəsmi məlumatlara görə, ötən ilin 11 ayında Azərbaycana 1 milyon 458 min

arrow Ətraflı
Möminlər və xeyirxahlar like
  • 03 Yan 19:20  
Digərləri Möminlər və xeyirxahlar

Allah-təala Qurani-Kərimin bir ayəsində buyurur: "O möminlər və xeyi

arrow Ətraflı
Dolların məzənnəsi dəyişərsə... like
  • 03 Yan 19:18  
Digərləri Dolların məzənnəsi dəyişərsə...

Güclü ABŞ dolları inkişaf etməkdə olan ölkələr üçün onsuz da qeyri-

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 03 Yan 19:17  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları instaqram sosi

arrow Ətraflı
Azərbaycanda bu şəxslər vaxtından əvvəl pensiyaya çıxacaq – like
  • 03 Yan 18:58  
Digərləri Azərbaycanda bu şəxslər vaxtından əvvəl pensiyaya çıxacaq –

Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyas�

arrow Ətraflı
Rusiyanın Krımda nüvə başlıqları var like
  • 03 Yan 18:51  
Dünya Rusiyanın Krımda nüvə başlıqları var

Krımda Rusiyanın yerüstü, hava və dəniz nüvə silahı daşıyıcıları b

arrow Ətraflı