İngilis nəşrindən Ərdoğan etirafı: “Məharətlə oynayır,
Siyasət 29 Dek 2022 21:13:00 387 0
İngiltərənin "Financial Times" qəzetində qlobal geosiyasətdə baş verənlərlə bağlı diqqətçəkən təhlil dərc olunub.
Bu xəbəri də oxu: İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirə keçirib
Son.az teleqraf.com-a istinadən bildirir ki, məqalədə böyük dövlətlər arasında rəqabətin arada qalan ölkələr üçün yeni imkanlar yaratdığı bildirilib.
Rusiya ilə Ukrayna arasındakı gərginlikdə ABŞ və Avropa ölkələrinin, Çin-Tayvan konfliktində isə Amerikanın tərəf olduğu qeyd edilib:
"ABŞ-ın rəhbərlik etdiyi Qərb ittifaqı ilə Rusiya-Çin oxu arasında rəqabət davam edərkən, bu vəziyyət "ara güclər" üçün imkanlar və təhlükələr yaradır. Vaşinqton, Brüssel, Pekin və Moskva dünyanı idarə etməyə çalışarkən, ortada olan Türkiyə, Səudiyyə Ərəbistanı, İndoneziya və Cənubi Afrika kimi ölkələrə daha çox diqqət yetirməlidirlər. Bu ölkələr öz mövqeləri barədə diqqətlə düşünməlidirlər. Onların öz iqtisadi maraqları haqqında düşünməsi, Qərbin ikili standartını dilə gətirmələri məntiqlidir. Amma Rusiya və Çinin nəzarətsiz təcavüzü sonda Türkiyə, İndoneziya, Hindistan və Körfəz ölkələri kimi dövlətləri təhdid edəcək".
Məqalədə Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğana da geniş yer ayrılıb.
Nəşr iqtisadiyyatdakı təlatümlü dövrə görə Ərdoğanın daxili siyasətdə güclü əlinin olmadığını iddia edib: "Amma beynəlxalq arenada kozırlarından maksimum istifadə edir. Türkiyə NATO-ya üzv olmasına baxmayaraq, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qatılmayıb. Ayrıca, Ərdoğan hökuməti Finlandiya və İsveçin NATO üzvlüyünə də mane olur və müttəfiqlərinə qarşı tələblər irəli sürür".
Eyni zamanda, ingilis qəzeti Rusiya-Ukrayna müharibəsi səbəbindən Türkiyənin əlinin gücləndiyini vurğulayıb:
"Rusiya-Ukrayna müharibəsi üstünlük təmin edə bilər. Türkiyə öz geosiyasi kozırından istifadə edə bilər. Türkiyə Qara dənizdə taxıl müqaviləsində vasitəçilik edir və bu, bütün dünyada ərzaq qiymətlərinin artımını ləngitdi. Türkiyə gələcək sülh danışıqlarında da mühüm rol oynaya bilər".
Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunan M
Abşeron rayonunda (Digah-Məmmədli avtomobil yolunun 2-ci kilometrliyi) "
"İnana bilmirəm ki, nəhayət buradayam. Uzun bir məsafəli münasibət
"Bizim bir reseptimiz yoxdur ki, deyək, ailə belə olmalıdır. Ailələr
"Anam Zülfiyyə xanıma ikitərəfli baxmışam. Həm ana olaraq, həm də
Rusiya ilə müharibədə Ukrayna adına döyüşən ölkənin gözəllik krali�
Aktrisa Merve Boluğur növbəti dəfə jurnalistlərlə gərginlik yaşayıb.
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina M
Yeni il yaxınlaşdıqca şəhərin istənilən yerində onları görmək mümk�
"Zeynəb Xanlarova mənim həyatda kumirimdir. Onu çox sevirəm. Təsəvv�