Prezident “Dövlətözəl tərəfdaşlığı haqqında” qanunu təsdiqlədi


Siyasət 27 Dek 2022 20:50:00 407 0

Prezident “Dövlətözəl tərəfdaşlığı haqqında” qanunu təsdiqlədi

Prezident İlham Əliyev "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanunu təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Nazirlər Kabineti "Dövlət-özəl tərəfdaşlığı haqqında" dövlət-özəl tərəfdaşlığı qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla altı ay müddətində təsdiq etməlidir.

İqtisadiyyat Nazirliyi "Dövlət-özəl tərəfdaşlığı haqqında" Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qanuna əsasən, "İnvestisiya fəaliyyəti haqqında" qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar dövlət-özəl tərəfdaşlığı layihəsinə də şamil ediləcək.

Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:

- dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;

- dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;

- dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;

- subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;

- tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;

- Azərbaycan Respublikasının ərazisi va ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müstəsna hüquqların verilməsi;

- dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi.

Eyni zamanda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, laihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradacaq və idarə edəcək.

Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı müqaviləsinin surətini, ona edilən dəyişiklikləri müvafiq sənədlərlə birlikdə Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasına daxil edilməsi məqsədilə müqavilə bağlandıqdan va ya ona dəyişiklik edildikdən sonra 7 iş günü müddətində səlahiyyətli orqana təqdim edəcək. Bundan başqa, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir.

"Toylarda fonoqram oxuyanlar daha çox pul qazanır"  VİDEO like
  • 27 Dek 20:36  
Şou-biznes "Toylarda fonoqram oxuyanlar daha çox pul qazanır" VİDEO

"Toyda görürsən ki, ansambl olmadan müğənni yarım saat mahnı oxuyur

arrow Ətraflı
Balalarını qorumaq üçün özünü ölümə atdı  VİDEO like
  • 27 Dek 20:28  
Dünya Balalarını qorumaq üçün özünü ölümə atdı VİDEO

Dünyanın ən zəhərli ilanı kimi tanınan kobra balaları ilə toyuq yuvası

arrow Ətraflı
“İstədiyi kimi yaşayanları daşqalaq edirlər” like
  • 27 Dek 20:20  
Şou-biznes “İstədiyi kimi yaşayanları daşqalaq edirlər”

""Ağ qarğa" sindromu yaşamaq... Fərqli olduğunu bildiyin hal

arrow Ətraflı
Müəllim tələbə ilə dalaşdı  VİDEO like
  • 27 Dek 20:12  
Dünya Müəllim tələbə ilə dalaşdı VİDEO

Rusiyada, Yekaterinburqda Ural Maliyyə və Hüquq Kollecinin müəllimi tələb

arrow Ətraflı
“Sevgi qadını olmasam, bu sifətdə olardım?” like
  • 27 Dek 20:04  
Şou-biznes “Sevgi qadını olmasam, bu sifətdə olardım?”

Xalq artisti Tünzalə Ağayeva sevgi anlayışı haqqında danışıb.

arrow Ətraflı
Ər arvadını uşağının gözü qarşısında öldürdü  VİDEO like
  • 27 Dek 19:56  
Digərləri Ər arvadını uşağının gözü qarşısında öldürdü VİDEO

İzmirdə ər mübahisə etdiyi həyat yoldaşı Nuran Fıratı 5 yaşlı uşa�

arrow Ətraflı
ATVnin 22 yaşında belə rəqs etdilər  VİDEO like
  • 27 Dek 19:48  
Şou-biznes ATVnin 22 yaşında belə rəqs etdilər VİDEO

ATV telekanalının 22 yaşı tamam olub.

arrow Ətraflı
Meymun pulla dolu çanta pulu oğurlayıb uçurumdan atdı like
  • 27 Dek 19:40  
Digərləri Meymun pulla dolu çanta pulu oğurlayıb uçurumdan atdı

Taylandın şimal-şərqindəki Sisaket əyalətindəki Khao Phra Vihan Milli Pa

arrow Ətraflı
Aşıq Zülfiyyənin oğlu Renkanı ağlatdı  VİDEO like
  • 27 Dek 19:32  
Şou-biznes Aşıq Zülfiyyənin oğlu Renkanı ağlatdı VİDEO

Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifa

arrow Ətraflı
Hadisə keçmiş həyat yoldaşı ilə barışır? like
  • 27 Dek 19:16  
Şou-biznes Hadisə keçmiş həyat yoldaşı ilə barışır?

Türkiyəli məşhur müğənni Hadisənin sonuncu paylaşımları diqqət çək

arrow Ətraflı
İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir like
  • 27 Dek 19:10  
Siyasət İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevə doğum g�

arrow Ətraflı
Piyada keçidində ağır qəza  VİDEO like
  • 27 Dek 19:08  
Digərləri Piyada keçidində ağır qəza VİDEO

Rusiyada, Krasnodarda BMW sürücüsü nizamlanmayan piyada keçidində üç uş

arrow Ətraflı
Mask İran üzərində öz peyklərini işə salır like
  • 27 Dek 18:52  
Dünya Mask İran üzərində öz peyklərini işə salır

"Space X"in rəhbəri İlon Mask kosmik şirkətinin hazırda İran ü

arrow Ətraflı