Ofisiant işlədi, xərçəng xəstəliyinə tutuldu,


Kriminal 24 Dek 2022 16:20:00 209 0

Ofisiant işlədi, xərçəng xəstəliyinə tutuldu,

Son.az Kulis.az-a istinadən aktyor, Əməkdar artist Coşqun Rəhimov haqqında maraqlı faktları təqdim edir.

Coşqun Allahverdi oğlu Rəhimov 8 dekabr 1972-ci ildə Sumqayıtda anadan olub. Yeniyetməlik illərindən incəsənətə marağı olduğundan 1989-cu ildə İncəsənət Universitetinə daxil olub. Burada Şəfiqə Məmmədova, Şahmar Ələkbərov, Şükufə Yusupova, Elmira Şabanova, Gülşad Baxşıyeva, Fuad Poladov dərs deyib.

***

Coşqun elə universitet illərində həmkarı Rafael İsgəndərovla eyni qrupda təhsil alıb. Onlar hələ tələbəlik illərindən rejissor Hüseynağa Atakişiyevin yaratdığı Azərbaycan Dövlət Gənclər Teatrında fəaliyyətə başlayırlar. Burada bir-birindən maraqlı teatr tamaşalarında çıxışlar edirlər.

Coşqun Rəhimov çox tez 21 yaşında qohumlarından olan bir xanımla ailə həyatı qurub. Ancaq ailə quracağı xanımın qohumu olduğunu bilməyib. Elçilik zamanı Coşqunun atası ilə gələcək həyat yoldaşının babası bir-birləri ilə rastlaşanda, məsələ məlum olub. Bu evlilikdən onların Günel adlı bir qızı, Allahverdi adlı bir oğlu dünyaya gəlib.

***

Ailə qurandan sonra maddi sıxıntılar yaşayan Coşqun dolanışıq üçün müxtəlif sahələrdə çalışır. Dostu və qrup yoldaşı Səbuhi Rəhimlinin sözlərinə görə, o, hətta bir müddət şəhərdəki restoranların birində ofisiant kimi də çalışıb.

1999-cu ildə o, həmkarı Rafael İsgəndərovla "Bu şəhərdə" adlı layihəni yaratmaq qərarına gəlirlər. Ancaq layihə üçün çıxış edə biləcəkləri məkan və efir tapılmır. Rejissor Mehriban Ələkbərzadənin köməkliyi ilə "Bu şəhərdə" layihəsi yaranır. Coşqunun sözlərinə görə, layihənin adını da Mehriban xanım qoyur.

***

Yolu vaxtilə Akademik Milli Dram Teatrında aktyorun sözlərinə görə bu teatrda ona qarşı ciddi maneələr başlanıb:

"Heydər Əliyev adına saray təmir olunanda, biz "Azdrama"da məskunlaşdıq. Orda bizdən şikayət ərizəsi yazdılar, dedilər, burda belə şeylər eləmək olmaz, bura məbəddir. Bəs məbədin yeməkxanasında yer üstündə dava etmək, intriqa aparmaq olar? "Brüsseldən məktublar" tamaşasında Mirzə Fətəli Axundovun oğlu rolu üçün Coşqunu çağırmışdılar. Sonra şikayət olundu ki, niyə bizim öz aktyorlarımızı qoyub kənardan adam çağırırsınız. Həmin rol üzərində mən, Füzuli Hüseynov və Nurəddin Mehdixanlı işləyirdik. Bir rol üçün iki-üç dublyor olanda, o tamaşanın ömrü də az olur, sonu da uğursuzluqla nəticələnir. Onda mən özüm roldan imtina etdim. Gənclər Teatrında işləyəndə Şeksprin "Yay gecəsində yuxu" tamaşasında yarım saatdan sonra səhnəyə çıxacaqdım. Şleyfimin arxasını qayçı ilə doğramışdılar".

Əməkdar artist adına layiq görülən aktyor "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Gəlinlər", "Bomba", "Məhəllə", "Məşədi İbad-94", "Tam məxfi" filmlərinə çəkilib.

***