Kriminalist Misir Qasımlı ilə bağlı şok faktlar açıqladı


Kriminal 26 Dek 2022 08:17:00 290 0

Kriminalist Misir Qasımlı ilə bağlı şok faktlar açıqladı

Misir Qasımlı və Sübhan Quliyevin Ukraynada həbs səbəbi ilə bağlı növbəti material yayılıb.

Son.az axar.az-a istinadən bildirir ki, M.Qasımlının 44 günlük müharibədə iştirak etməsi səbəbindən onun Ukraynada həbs edilməsi birmənalı qarşılanmır. Bir çoxu M.Qasımlının ermənilərin əli ilə şərləndiyini də bildirir. Buna görə hətta Ukraynanın Bakıdakı səfirliyinin qarşısında izdihamlı aksiya da keçirilmişdi.

Lakin bir müddət əvvəl Misir Qasımlı və Sübhan Quliyevin doğrudan da cinayət törətdiyini təsdiqləyən Əli Quliyev geniş araşdırma yazısı ilə çıxış etdi.

İndi isə kriminalist-ekspert İlqar Altaylı Ukrayna səfirliyinə, həmçinin digər mənbələrə istinadla, hadiə ilə bağlı detallı təfərrüatı açıqlayıb:

6 dekabr 2022-ci il tarixdə Ukraynanın Kiyev vilayəti Obuxov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan vətəndaşları Misir Elman oğlu Qasımlı və Sübhan Babək oğlu Quliyev 8 il müddətə azadlıqdan mərhum edildi.

Aldığım bütün məlumatların mənbəyi - məhkəmə sənədləri, istintaq, prokurorluq, ittiham aktı, məhkəmə hökmü, Azərbaycan diasporu, səfirlik və həm də Ukraynada yaşayan, Misir və Sübhanın məhkəməsində iştirak edən azərbaycanlılardır.

Əslində hadisə necə olub?

09 iyun 2021-ci il. Misir və Sübhan Kiyev vilayətində yerləşən "Cast Kafe"də dincələrkən İspaniya vətəndaşı (həmçinin Böyük Britaniya) Məhəmməd Əli Yusif Aça adlı Afrika doğumlu xarici vətəndaşla kontakt yaradıb, söhbətləşir. Ukraynalı dostları kafeni tərk edir. Məhəmməd Misir və Sübhanla bir stola əyləşir və onların da hesablarını ödəyir.

Sonda isə Məhəmməd Əli Yusif məskunlaşdığı otelə getmək istəyəndə, Misir Məhəmmədə birgə getməyi təklif edir (kafedəki videokameralarda videogörüntülər məhkəməyə sübut, dəlil kimi təqdim edilib). Saat 03:20-də "Cast Kafe"dən çıxaraq, Misirin subicarəyə götürdüyü "Hunday Sonata" markalı, dövlət qeydiyyat nömrəsi KA 9658 BK olan avtomobilə əyləşirlər.

Avtomobili guya Misir və Sübhanın tanımadığı şəxs idarə edir, qabaq sərnişin oturacağında Misir, arxada solda Məhəmməd Əli Yusif Aça, arxa sağda isə Sübhan oturur.

Məhəmməd Əli Yusif Aça avtomobilin deyildiyi istiqamətdə hərəkət etmədiyini anladıqda etiraz edir. Bu an Misir tapançasını çıxararaq onu sakit qalmağa çağırır, Sübhan isə bıçağı onun boğazına söykəyir. Avtomobili saxlatdıran Sübhan Əli Yusifin sol tərəfinə keçərək, onun avtomobildən çıxışını tam bloklayır.

Məhəmməd Açanın üstündə olan 5 min ABŞ dolları, Ukrayna qrivnası, qolbaq və 8264 ABŞ dolları dəyərində "Roleks" markalı saat, plastik kartlar və telefon götürülür. Telefona giriş əldə edən Misir telefonda kriptovalyuta hesabını və plastik bank kartlarına icazə proqramını görür. Misirlə Sübhan bıçaqla zərərçəkənin sol qıçına xəsarət yetirməklə, ona onların istədiyi bütün məlumatları verməyi tələb edir və başına paket (sellofan) keçirərək, ona işgəncə verirlər. Misir zərərçəkmişdən götürdüyü telefona Face İD proqramı ilə (sifət tanımaq) ona giriş əldə edir, kartlara girişi yoxlayır.

Məhəmməd Əli Yusifi avtomobildən düşürərək meşəyə aparırlar. İngilscə bilən taksi sürücüsü Məhəmmədə Misirin istədiyi bütün məlumatları tam verəcəyi təqdirdə onu sağ buraxacaqlarını söyləyir. Nəhayət, Məhəmməd Əli Yusifi bədən xəsarətləri ilə meşədə atan Misir və Sübhan çıxıb gedirlər.

Məhəmməd Əli Yusif Açanın meşədə saxlanması 2 saata yaxın davam edib. Məhəmməd yola çıxır və yaxındakı "Moto" yanacaqdoldurma məntəqəsinə çatıb, taksi çağırır, qaldığı otelə yetişir və polis orqanlarına şikayət edir.

Polis dərhal isti izlərlə kafedən video-kamera görüntüləri və mobil telefon operatorlarından aldıqları məlumatlara əsasən, Misirin yerləşdiyi əraziyə gəlir. Araşdırma zamanı məlum olur ki, Misir və Sübhan 09 iyun 2021-ci ildə 09:35-də Məhəmməd Əli Yusifə Açaya məxsus olan, A5402055966230010 n. plastik bank kartı ilə Kiyev vilayəti Sobornaya 124 ünvanında olan bankomatdan 413 avro çıxarıb. 09:45-də elə həmin küçədə - Sobornaya 44 A ünvanında yerləşən Oşadnıy Banka məxsus ATM-dən vəsait götürmək istəyəndə artıq kartın sahibi tərəfindən hesabın bloklandığının şahidi olurlar.

Həmçinin, onlar 3-cü adamın köməkliyi ilə 09.06.2021-ci il tarixində, saat 07:07 dəqiqədə Məhəmməd Əli Yusifə məxsus kriptovalyuta hesabından 12 000 ABŞ doları məbləğindəki vəsaiti də özlərinə məxsus karta köçürüblər.