Bu xəstəxananın baş həkimi saxlanılıb FOTO


Kriminal 26 Dek 2022 23:16:00 280 0

Bu xəstəxananın baş həkimi saxlanılıb  FOTO

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi saxlanılıb.

Son.az bildirir ki, APA-nın əldə etdiyi xəbərə görə, bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı xəstəxananın baş həkimi Eşqin Əliyev saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.