Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs ələ keçdi


Kriminal 06 Dek 2022 10:09:00 79 0

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs ələ keçdi

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs müəyyən edilib.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü otel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb edilib.

O sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə "əlavə qazanc, yüksək gəlir" adı altında fəaaliyyət göstərib.

Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir.