Rusiyada səfərbəyliyə çağırılanlar


Siyasət 01 Okt 2022 20:07:00 114 0

Rusiyada səfərbəyliyə çağırılanlar

Moskva və Moskva vilayətindən qismən səfərbərliyə çağırılan vətəndaşların siyahılarının Müdafiə Nazirliyinin tələblərinə və Rusiya Prezidentinin fərmanına uyğunluğu yoxlanılacaq.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin deyib.

"Müdafiə naziri Sergey Şoyqu və Moskva vilayətinin qubernatoru Andrey Vorobyovla birlikdə qismən səfərbərliyə çağırılmış vətəndaşların müvəqqəti yerləşdirilməsi mərkəzinə baş çəkdik. Müdafiə Nazirliyi adından çağırışçıların siyahılarının MN-nin tələblərinə və Rusiya Prezidentinin fərmanına uyğunluğunu yoxlayırıq", - Sobyanin deyib.