“Ukraynada 9 milyona yaxın insan işıqsız qalıb”


Siyasət 27 Dek 2022 08:47:00 280 0

“Ukraynada 9 milyona yaxın insan işıqsız qalıb”

"Ukraynada 9 milyona yaxın insan işıqsız qalıb".

Son.az "Report"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə yayımladığı videomüraciətində bildirib.

"Elektrik enerjisi qıtlığı hələ də qalmaqdadır. Elektrik enerjisinin kəsilməsi hələ də davam edir. Bu gün axşam saatlarına kimi Ukraynanın müxtəlif bölgələrində 9 milyona yaxın insan elektrik enerjisiz qalıb", - Ukrayna dövlət başçısı deyib.

Daha əvvəl Ukrayna Ali Radasının energetika və mənzil-kommunal təsərrüfat komitəsinin rəhbəri Andrey Qerus məlumat vermişdi ki, bu ölkənin enerji sistemini sabitləşdirmək üçün kiçik elektrik stansiyaları şəbəkəsinin yaradılmasına hazırlıq görülür.