Bu, Bakıya qarşı açıq müharibə


Siyasət 27 Dek 2022 08:00:00 260 0

Bu, Bakıya qarşı açıq müharibə

Xankəndidə keçirilən mitinq Vardanyanın timsalında separatçı-terrorçu rejimin "tərəf" olaraq qəbul etdirilməsi istiqamətində ikinci cəhddir:

Birincisi, oktyabrın 30-da edildi: eyni gündə Soçidə Əliyev-Putin-Paşinyan görüşü keçirilirdi və İrəvan və Qərbdə bəlli ölkələrin dəstəklədiyi, Moskvanın təşkilinə yardım etdiyi mitinqlə Bakıya "əzələ nümayişi" etdirildi;

İkincisi, bu gün - Sankt-Peterburqda gözlənilən görüşdən öncə edildi: 26-27 dekabr tarixində İlham Əliyevin MDB dövlət başçılarının sammitində iştirakı gözlənilir, üçtərəfli görüş planlaşdırılmasa da, Putin-Əliyev görüşünün olacağı və Rusiyanın Laçın yolundakı aksiyanı da müzakirəyə çıxaracağı istisna deyil; Və mitinq ruslara Əliyevin "Vardanyan kartı"nı qəbul etməməsinə qarşı "erməni əhalisi Rubenin liderliyi altında birləşib" tezisini irəli sürmək imkanı yaradacaq;

Son.az teleqraf.com-a istinadən bildirir ki, Əliyevin Laçın yolu ilə bağlı "mövqeyimiz zərrə qədər də dəyişməyəcək" mesajı da bu həftə məsələni müzakirəyə çıxaracaq Qərb ölkələri ilə yanaşı, həm də Rusiyada mümkün görüşdən öncə Moskvaya ünvanlanmışdı.

Xankəndi mitinqi eyni zamanda Avropada Azərbaycana qarşı planlaşdırılan müzakirələrə "Qarabağ əhalisi Bakını istəmir" mesajını ötürməyə də hesablanıb. Və bəllidir ki, Vardanyan kütləviliyi təmin etmək üçün "əlindən gələni" etdi.

Ən riskli məqam Laçın yolu məsələsində, ümumilikdə Qarabağdakı separatçı-terrorçu rejimin müdafiəsində bütün tərəflərin - Qərb ölkələri, Ermənistan və Rusiyanın ortaq mövqeyə malik olmasıdır. Vardanyanın özündən əmin davranışlarının arxasında da bu dəstək dayanır.

Ruben mitinqdə deyib ki, üç yolları var: "birincisi, tabe oluruq və gec-tez Azərbaycana inteqrasiya edirik, ikincisi, çıxıb gedirik, üçüncüsü, döyüşürük. Mən tabe olmayacam, getməyəcəm, burada qalıb döyüşəcəm".

Bu, Bakıya qarşı açıq müharibə elanı etməkdir. Mövcud şərtlərdə separatçılara da, Ermənistan da daxil olmaqla, üçüncü tərəflərə də veriləcək cavab Laçın yolunda aksiyanın davamlılığı və nəzarətin müəyyən qədər artırılması ola bilər.