Düşməni "cəsarətləndirən" TƏKLİF


Siyasət 26 Sen 2022 15:40:00 128 0

Düşməni "cəsarətləndirən" TƏKLİF

"Ermənilər nəyinki Zəngəzur istiqamətində, onlar son zamanlar Naxçıvan istiqamətində də, - daha konkret desək Kərki (anklav) istiqamətində böyük silah-sursat, texnika toplayıblar". 

Bunu Son.az-a açıqlamasında hərbi-siyasi ekspert, ermənişünas Telman Qasımov deyib.

O bildirib ki, Pelosinin İrəvan səfərindən sonra ən tolerant erməni belə revanş istəyinə düşüb:

"Müşahidə edəndə dərhal hiss olunur ki, ermənilər yenidən revanşa hazırlaşırlar. Bu revanşistlər xüsusən də ABŞ Konqresinin sədri Nensi Pelosinin İrəvan səfərindən sonra erməni tərəfini daha da ruhlandırıb. Təbii ki, Nensi Pelosinin Ermənistanda dövlət səviyyəsində keçirdiyi görüşlərin müəyyən hissəsi mətbuata açıq olduğundan bəzi məsələlər biz bəllidir. Ancaq bağlı qapılar arxasında keçirilən görüşlər əsnasında Nikol Paşinyanla müzakirə edilən digər məsələlər barədə hər hansı bir məlumat yoxdur. 

Peosinin QHT nümayəndələri ilə İrəvanda keçirdiyi görüşlə bağlı da mətubata hər hansı bir məlumat sızmadı. Çünki həmin o görüşdə iştirah edən QHT rəhbərləri hər dəfə sual verəndə deyirlər ki, danışıqlar bağlı qapılar arxasında məxfi keçirilibdir. İndi ABŞ Konqresininin sədrinin orada QHT rəhbərləri ilə hansı məsələləri müzakirə etdiyini, hansı vədləri verdiyini konkret demək mümkün deyil. Amma birdənə o müşahidə olunur ki, Pelosinin gedişindən sonra istər Paşinyanın ritorikasında daha da özünə arxayınlıq və daha kəskin çıxışlar sezilir, eyni ilə də QHT rəhbərlərinin və politoloqlarının. 

Yenidən erməni politoloqların da ritorikalarında qisas almaq, revanşa hazırlaşmaq, Amerikanın bundan sonra Ermənistana dəstək verəcəyi kimi məsələlər xüsusi yer tutur. Təbii ki, burada ən vacib məsələlərdən biri KTMT məsələsidir ki, Ermənistan bu qurumun üzvlüyündən çıxmaq ərəfəsindədir. Ermənistanda KTMT-yə qarşı və anti-Rusiya meylləri güclənib, bu istiqamətdə böyük təbliğatlar gedir. Amma indi Amerikanın Ermənistana dəstəyi nə dərəcədə olacaq bəlii deyil.

Çünki bu durumda Ermənistana hər hansı bir hərbi dəstəyin verilməsi real görünmür. Ona görə ki, hazırda nə qədər ki, Ermənistan Rusiyanın orbitindən çıxmayıbsa, bu məsələ bir o qədər inandırıcı deyil. Amma bütövlükdə, istər iqtidarın, istərsə də müxalifət və digər struktur nümayəndələrinin danışıqlarından, atdıqları addımlardan hiss olunur ki, onlarda son günlər bir arxayınlıq var. O arxayınlığın əsl səbəbini yəqin çox keçməz, daha dəqiq öyrənmək imkanımız olar".

Təhməz Əsədov Son.az