Ermənistan PUA axtarışında – “İran artıq ona istifadə


Siyasət 16 Avq 2022 23:03:00 145 0

Ermənistan PUA axtarışında – “İran artıq ona istifadə

"Sanksiyalardan qurtulmağa cəhd edən İran birgə hərbi təlimlər və müsabiqələr təşkil etməklə beynəlxalq aləmə tək olmadığını sübut etməyə çalışır".

Son.az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert İranda eyni vaxtda keçirilən və fərqli ölkələrin qatıldığı hərbi təlimlərə diqqət çəkib:

"İranda eyni anda müxtəlif dövlətlərin iştirakı ilə iki hərbi təlim keçirilir. İran, Rusiya, Belarus və Ermənistanın hərbi hava qüvvələrinin iştirakı ilə İranın Kaşan şəhərində təlimlərə başlanılıb. Dörd ölkənin birgə keçirdiyi hərbi təlimdə havadan müdafiə taktikası məşq edilir. Hərbi təlimə pilotsuz uçan aparatlar da cəlb olunub. Təlimlər zamanı İran hərbçiləri həmkarlarına dronlardan istifadə qaydalarını öyrədəcəklər.

Tehran bu təlimlərdə məqsədin "regionda sülhün qorunub saxlanması", "qlobal terrorizmə və davamlı təhlükəsizliyin təmin edilməsin"dən ibarət olduğunu açıqlasa da, Ermənistanın məqsədi bu deyil. İrəvan dronların necə əldə edilməsi yollarını axtarır.

İranın Yəzd şəhərində isə "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində "Snayper həddi" müsabiqəsi başlayıb. Bu müsabiqədə isə İranla yanaşı, Azərbaycan, Belarus, Çin, Özbəkistan, Rusiya və Zimbabve hərbçiləri iştirak edirlər".

Elxan Şahinoğlu vurğulayıb ki, birinci təlimlər avqustun 28-də, ikinci müsabiqə isə avqustun 27-də bitəcək:

"Görünür, sanksiyalardan qurtulmağa cəhd edən İran birgə hərbi təlimlər və müsabiqələr təşkil etməklə beynəlxalq aləmə tək olmadığını sübut etməyə çalışır. Elə Rusiyan Prezidenti Vladimir Putin də "Ordu-2022" ilə bağlı dünənki çıxışında sanksiyalara rəğmən, ad çəkmədən ölkəsinin dost və tərəfdaşlarının sayının çox olduğunu göstərməyə çalışıb".