Azərbaycan və Əlcəzair arasında İşgüzar Şura yaratmaq lazımdır


Siyasət 10 Avq 2022 13:10:00 174 0

Azərbaycan və Əlcəzair arasında İşgüzar Şura yaratmaq lazımdır

Azərbaycan və Əlcəzair arasında İşgüzar Şura yaratmaq lazımdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra xarici işlər naziri Ceyhun Bayramov ilə birgə brifinqdə deyib.

"Ölkələrimiz arasında işgüzar əlaqələri inkişaf etdirmək lazımdır. Bunun üçün Azərbaycan və Əlcəzair arasında iqtisadi əlaqələrin əhəmiyyətli inkişafına töhfə verəcək İşgüzar Şuranın yaradılması lazımdır", - R.Lamamra deyib.

Nazirin sözlərinə görə, ölkələr arasında əməkdaşlıq potensialının reallaşdırılması üçün iki nazirlik və hökumət arasında daha fəal mübadiləyə ehtiyac var.