Ukraynadan qarğıdalı daşıyan gəmi İstanbula çatıb


Siyasət 06 Avq 2022 23:26:00 118 0

Ukraynadan qarğıdalı daşıyan gəmi İstanbula çatıb

Ukraynadan qarğıdalı daşıyan "Navistar" gəmisi şənbə günü Bosfor boğazının girişindən keçərək İstanbula çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, "Navistar" yük daşıyıcısı "BOSPHORUS N ANCH" dayanacağında lövbər salıb.

Bu arada, Ukrayna qarğıdalı ilə daha iki gəmi - "Rojen" və "Polarnet" Qara dənizdə səyahətinə davam edir,

"Rojen" artıq Türkiyə sahillərindən çox da uzaqda deyil.