Şarl Mişel Prezident İlham Əliyevə zəng edib


Siyasət 05 Avq 2022 22:44:00 73 0

Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Avqustun 5-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı Şarl Mişel bu günlərdə regionda yaranmış gərginliklə bağlı narahatlığını bildirib. O, Brüssel sülh gündəliyinə uyğun olaraq Avropa İttifaqının regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində növbəti dəfə hərbi təxribat törədib və nəticədə hərbi qulluqçumuz həlak olub. Silahlı Qüvvələrimiz tərəfindən zəruri tədbirlər görülməklə bu təxribatın qarşısının alındığını vurğulayan dövlətimizin başçısı baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına zidd olaraq Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yerləşmiş qoşunlarını ərazilərimizdən çıxarmayıb. Həmçinin, qanunsuz erməni hərbi birləşmələrinin də ərazilərimizdə öz mövcudluğunu davam etdirdiyini deyən dövlətimizin başçısı artıq 2 ilə yaxın müddətdə Ermənistanın 10 noyabr bəyanatına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni hərbi birləşmələrinin ünsurləri torpaqlarımızdan çıxarılmalıdır.

Dövlətimizin başçısı üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını vurğulayıb.

Telefon söhbəti zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər barədə müzakirələr aparılıb.

Gəncədə güclü yağışdan sonra sel gəlib  FOTO like
  • 05 Avq 22:38  
Digərləri Gəncədə güclü yağışdan sonra sel gəlib FOTO

Gəncəyə yağan güclü yağış problemlər yaradıb.

arrow Ətraflı
Ərdoğan və Putin razılığa gəliblər like
  • 05 Avq 22:31  
Dünya Ərdoğan və Putin razılığa gəliblər

Bu gün Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezi

arrow Ətraflı
Unikal görünüşlü çoxfunksiyalı oturacaqlar  FOTO like
  • 05 Avq 22:24  
Digərləri Unikal görünüşlü çoxfunksiyalı oturacaqlar FOTO

Cənubi Koreyanın Seul şəhəri unikal memarlıq əsərləri ilə öyünən ş

arrow Ətraflı
30 yaşlı kişi dənizdə boğulub like
  • 05 Avq 22:17  
Digərləri 30 yaşlı kişi dənizdə boğulub

Xəzər dənizinin Xaçmaz sahilində bir nəfər dənizdə batıb.

arrow Ətraflı
Putin və Ərdoğan nəyi müzakirə ediblər? like
  • 05 Avq 22:10  
Dünya Putin və Ərdoğan nəyi müzakirə ediblər?

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan

arrow Ətraflı
Güclü yağışdan sonra Göygölə dolu düşüb like
  • 05 Avq 22:05  
Digərləri Güclü yağışdan sonra Göygölə dolu düşüb

Qeyri-sabit hava şəraiti nəticəsində Göygöl rayonuna dolu düşüb.

arrow Ətraflı
Jurnalistin telefonunu dinləyən kəşfiyyat rəhbəri istefa verdi like
  • 05 Avq 22:00  
Dünya Jurnalistin telefonunu dinləyən kəşfiyyat rəhbəri istefa verdi

Yunanıstan Milli Kəşfiyyat İdarəsinin rəhbəri jurnalistin telefon danış

arrow Ətraflı
Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu veriləcək like
  • 05 Avq 21:50  
Digərləri Azərbaycan Ordusunun Kəlbəcərdə həlak olan hərbçisinə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə, yeni nəzarətə götürülmüş ərazidə

arrow Ətraflı
“Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiqlənib like
  • 05 Avq 21:32  
Digərləri “Müharibə veteranlarının reyestrinin aparılması Qaydası” təsdiqlənib

"Müharibə veteranlarının reyestrinin aparılması Qaydası" təsdi

arrow Ətraflı
Azərbaycan Rusiyanın 20dən çox müəssisəsinə idxal icazəsi verib like
  • 05 Avq 21:22  
Digərləri Azərbaycan Rusiyanın 20dən çox müəssisəsinə idxal icazəsi verib

Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsullarının

arrow Ətraflı
Hərbçinin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb like
  • 05 Avq 21:15  
Digərləri Hərbçinin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb

Avqustun 5-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərba

arrow Ətraflı