Artıq vaxtı çatıb: Azərbaycan Xankəndində


Siyasət 05 Avq 2022 17:02:00 145 0

Artıq vaxtı çatıb: Azərbaycan Xankəndində

"Qarbağda vəziyyət yenidən gərginləşib. Bölgədəkli son təxribatlara görə məsuliyyəti Rusiya daşıyır".

Bunu Son.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.

O bildirib ki, Qarabağda Azərbaycana qarşı davam edən təxribatlara görə Rusiya cavabdehdir:

"Rusiya parçalanana qədər bütün Qafqazı gərginlik altında saxlayacaq. Nə qədər ki, füsrət yaranıb, Azərbaycan dərhal Qarabağda yarımçıq qalan işini öz xeyrinə həll etməlidir və bu məsələni bitirməlidir. Çünki Rusiyanın iştirakı ilə danışıqlar aparıb nəticə əldə etmək mümkün deyil. 

Qarabağda baş verənlərin hamısının günahkarı Kremldir, çünki Ermənistan tamamilə Rusiyanın təsiri altındadır. Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin davam edən təxribatlarında da məhz Rusiya sülhməramlıları günahkardırlar. 

Azərbaycan total antiterror əməliyyatlarına start verərək Xankəndini və Rusiya sülhməramlılarının yerləşdiyi digər əraziləri terrorçu qruplardan təmizləməlidir. Artıq vaxtı çatıb. Bunun üçün Azərbaycana möhkəm və qətiyyətli addım atmaq lazımdır".

Təhməz Əsədov Son.az