Makron Azərbaycan Prezidentinə zəng edib


Siyasət 05 Avq 2022 07:56:00 84 0

Makron Azərbaycan Prezidentinə zəng edib

Avqustun 4-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir.

Dövlətimizin başçısı vurğulayıb ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ukrayna ordusu 4 ədəd S300 sistemini məhv edib like
  • 05 Avq 07:48  
Dünya Ukrayna ordusu 4 ədəd S300 sistemini məhv edib

Ukrayna ordusu ölkənin cənubunda 3 silah anbarını məhv edib.

arrow Ətraflı
“Səfirliyə hücum vandalizm aktıdır”  Hacı Şahin like
  • 05 Avq 07:41  
Digərləri “Səfirliyə hücum vandalizm aktıdır” Hacı Şahin

"Özünü müsəlman adlandıran bir qrup şəxsin Azərbaycanın Londondak

arrow Ətraflı
ABŞ fövqəladə vəziyyət elan edib like
  • 05 Avq 07:28  
Dünya ABŞ fövqəladə vəziyyət elan edib

ABŞ hökuməti meymunçiçəyini səhiyyədə fövqəladə vəziyyət elan edib

arrow Ətraflı
İspaniyada naməlum mənşəli hepatitdən like
  • 05 Avq 07:14  
Dünya İspaniyada naməlum mənşəli hepatitdən

İspaniyada mənşəyi məlum olmayan hepatitdən ilk uşaq ölümləri qeydə a

arrow Ətraflı
Azərbaycan bayrağı Londondakı səfirlikdə yenidən dalğalanır like
  • 05 Avq 07:07  
Digərləri Azərbaycan bayrağı Londondakı səfirlikdə yenidən dalğalanır

Azərbaycanın Londondakı səfirliyində dövlət bayrağı bərpa edilib.

arrow Ətraflı
Çavuşoğlu Londonda səfirliyə hücumu qınayıb, Türkiyənin Azərbaycana dəstəyini ifadə edib like
  • 05 Avq 07:00  
Siyasət Çavuşoğlu Londonda səfirliyə hücumu qınayıb, Türkiyənin Azərbaycana dəstəyini ifadə edib

4 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Türki

arrow Ətraflı
Disneyin ailə rançosu satışa çıxarıldı  FOTO like
  • 05 Avq 06:22  
Digərləri Disneyin ailə rançosu satışa çıxarıldı FOTO

ABŞ-ın Vayominq ştatında Uolt Disney ailəsinə məxsus olmuş ranço (Latı

arrow Ətraflı
"Tapın görək mən kiməm"  FOTO like
  • 05 Avq 05:44  
Şou-biznes "Tapın görək mən kiməm" FOTO

Türkiyəli aktrisa Pınar Deniz imicində dəyişiklik edib.

arrow Ətraflı
Mədəkiçiltmə əməliyyatı etdirən qadın 2 ay sonra öldü  SƏBƏB like
  • 05 Avq 04:22  
Dünya Mədəkiçiltmə əməliyyatı etdirən qadın 2 ay sonra öldü SƏBƏB

Mədəkiçiltmə əməliyyatı etdirən qadın qan qusaraq ölüb.

arrow Ətraflı
Afaqdan dünyasını dəyişən oğlu ilə bağlı paylaşım  FOTO like
  • 05 Avq 03:22  
Şou-biznes Afaqdan dünyasını dəyişən oğlu ilə bağlı paylaşım FOTO

Aparıcı Afaq Gəncəli instaqram hesabında dünyasını dəyişən oğlu ilə

arrow Ətraflı
1 ay əvvəl ərə gedən müğənni bikinidə görüntüləndi  FOTO like
  • 05 Avq 02:44  
Şou-biznes 1 ay əvvəl ərə gedən müğənni bikinidə görüntüləndi FOTO

Amerikalı pop müğənni Britni Spirs yaxtada görüntülənib.

arrow Ətraflı
Gecə həyatına düşkün bürclər  Kimlər ömrünü əylənməklə keçirir? like
  • 05 Avq 01:22  
Digərləri Gecə həyatına düşkün bürclər Kimlər ömrünü əylənməklə keçirir?

Son.az bizim media-ya istinadən xəbər verir ki, bəzi insanlar gecə həyatı

arrow Ətraflı
Bu ayda saçlar daha çox like
  • 05 Avq 00:22  
Digərləri Bu ayda saçlar daha çox

Londondan olan trixoloq Mark Bleyk insanın ən çox saç töküldüyü ayı aç

arrow Ətraflı
Azərbaycanın Londondakı səfirliyinə hücuma görə like
  • 05 Avq 00:12  
Siyasət Azərbaycanın Londondakı səfirliyinə hücuma görə

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

arrow Ətraflı
Günün qoroskopu: İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz like
  • 05 Avq 00:01  
Digərləri Günün qoroskopu: İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı