Cavab əməliyyatı nəticəsində bir sıra əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb MN


Siyasət 03 Avq 2022 19:11:00 116 0

Cavab əməliyyatı nəticəsində bir sıra əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb  MN

Qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.

Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.