Artıq antiterror əməliyyatlarının vaxtı çatıb


Siyasət 01 Avq 2022 15:46:00 235 0

Artıq antiterror əməliyyatlarının vaxtı çatıb

"Tarix boyu biz erməni tayfalaraına çox güzəştə getmişik. Amma ən böyük xətamız da onların bugünki mövcud olduğu ərazilərdə dövlət olmalarına şərait yaratmağımızdır".

Bunu Son.az-a açıqlamasında hərbi analitik, "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, artıq Laçın yolu tamamilə bağlanmalıdır:

"Ermənilərə tarixi torpaqlarımızda dövlət qurmalarına şərait yaratmağımız yetməmiş kimi, müxtəlif dövrlərdə ərazilərimizi işğal ediblər və ən sonda 30 illik işğala son qoymağımıza baxmayaraq hələ də özbaşınalıqlarına və revanşist fikirlərinə davam etməkdədirlər. 

10 noyabr Bəyanatı da onlara verilmiş növbəti bir şans idi. Görünən odur ki, heç də hadisələr düşündüyümüz kimi cərəyan etməməkdədir. Bu səbəblə mövcud vəziyyətdə 10 noyabr tələbləri tamamilə pozulmuş sayılır. Burada Azərbaycan tərəfindəmn deyil, ərazilərimizdə hazırda bəhanə ilə "xidmətinə" davam edən sülhməramlı qüvvələr və onların havadarlıq etdiyi erməni terrorist qruplarının vaxtaşırı olaraq təhlükəsizliyimizə zidd davranışlar sərgilədiyini görürük.

Bu səbəblə mütləqdir ki, tez bir zamanda 10 noyabr bəyanatı çərçivəsində onlar üçün müəyyən olunmuş Laçın yolu tamamilə bağlanmalıdır. Ondan sonra atılacaq addımlar Azərbaycan ərazisi daxilində mövcud olan silahlı terrorist qruplar zərərsizləşdirilməli, - bu da təbii ki, anti-terror əməliyyatları ilə mümkün olacaq, - sonrakı addım da necə ki, bu gün Türkiyə artıq sərhədlərinin ötəsində tampon bölgələrdə anti-terror əməliyyatları yerinə yetirməkdədir, bənzər şəkildə biz də təktərəfli olaraq müəyyən olunacaq sərhədlərimiz xaricində tampon ərazilərdə anti-terror əməliyyatları həyata keçirməyə hazır olmalıyıq. 

Əks halda düşmənin özbaşınalıqlarının bir sonu yoxdur. Bunun bir adi hal alması da heç də xoşagələn deyil. Bu gün Azərbaycanın Qərb sərhədlərində törədilən təhlükəsizliyə zidd hər hansı bir addım eyni şəkildə Bakıda və yaxud hansısa böyük bir şəhərimizdə, kəndimizdə, qəsəbəmizdə icra olunan terror əməlindən heç bir fərqi yoxdur. Proseslər bu mənada qiymətləndirilərsə, artıq anti-terror əməliyyatlarının vaxtı çatıb".

Təhməz Əsədov Son.az