Rusiyada Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunacaq


Kriminal 01 Avq 2022 13:44:00 181 0

Rusiyada Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunacaq

"Kazan Kremlin" muzey-qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın "Xarıbülbül" və "Qarabağ" kolleksiyaları təqdim olunacaq.

Defile 2 avqustdan 5 avqustadək Kazanda (Tatarıstan) keçiriləcək ikinci Etno - Fashion xalq yaradıcılığı və Dekorativ - Tətbiqi İncəsənət Festivalı "Həyat tərzi - Mədəni kod" çərçivəsində nümayiş olunacaq. Bu il festival Rusiyanın 24 regionundan, həmçinin Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 30 dizayner iştirak edir. Tanınmış dizaynerlərin yaradıcılıq görüşləri və ustad dərsləri təqdim olunacaq.

Festival Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.