ABŞ Bakının aldığı "canı" diriltmək istəyir


Siyasət 23 İyn 2022 14:50:00 99 0

ABŞ Bakının aldığı "canı" diriltmək istəyir

"Vaşinqtonun Minsk Qrupunu canlandırmağa çalışması Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirə bilər".

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, Vaşinqton Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə və ona Paris də qoşulsa, bölgədə gərginlik artacaq:

"İkinci Qarabağ müharibəsindən sonra Minsk Qrupunun fəaliyyətini davam etdirməsi məntiqə ziddir. Birincisi, Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə çalıb və rəsmən elan edib ki, Minsk Qrupunun fəaliyyətini davam etdirməsinə ehtiyacı yoxdur. İkincisi, Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə görə Kremlin Vaşinqton və Parislə münasibətləri gərgindir, ortada sanksiyalar var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov elan edib ki, Moskva bu şəraitdə Vaşinqton və Parislə birgə Minsk Qrupunda fəaliyyət göstərə bilməyəcək. Bunun qarşılığında Azərbaycana və Ermənistana səfər edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Kerri Donfrid bəyan edib ki, ABŞ Minsk Qrupunun fəaliyyətini, o cümlədən Fransa və Rusiya ilə birgə çalışmağı dəstəkləyir. Azərbaycan istəmir, Rusiya da bunun mümkünsüz olduğunu hesab edir, Vaşinqton isə tutub ki, yox e "birgə çalışmalıyıq".

Səbəb nədir? 

Görünür, Vaşinqtonda hesab edirlər ki, Minsk Qrupu ABŞ-ın Cənubi Qafqazda varlığını təmin edən formatlardan biridir və guya bu yolla Rusiyanın bölgədəki hegemonluğunun qarşısını ala bilərlər. Azərbaycan ABŞ-la müxtəlif formatlarda - enerji, təhlükəsizlik sahələrində əməkdaşlıq edir və rəsmi Bakı bundan məmnundur. Bunlar varkən Azərbaycanın istəmədiyini zorla bizə qəbul etdirmək bu formatlardakı əməkdaşlığa mənfi təsir edə bilər ki, bu nə Azərbaycanın, nə də ABŞ-ın maraqlarına cavab verir.

Aydındır ki, Vaşinqton rəsmən Minsk Qrupunun dağıldığını elan edə bilmir, bunu uğursuzluğun etirafı kimi qiymətləndirir. Bu elana ehtiyac yoxdur, sadəcə Minsk Qrupunu canlandırmaq təşəbbüsləri də bölgəyə yaxşı heç nə vəd etmir. Vaşinqton ermənilərin istəyi ilə Minsk Qrupunu canlandırmaq istəyindən vaz keçməsə, bu xora Paris də qoşulacaq və bu, bölgədə gərginliyi daha da artıracaq".

Təhməz Əsədov Son.az

Küləkli hava nə vaxtadək davam edəcək? like
  • 23 İyn 14:46  
Digərləri Küləkli hava nə vaxtadək davam edəcək?

Faktiki və gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
İran ABŞdan 4,3 milyard dollar təzminat tələb edir like
  • 23 İyn 14:45  
Dünya İran ABŞdan 4,3 milyard dollar təzminat tələb edir

Tehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat

arrow Ətraflı
Ailə balıq yeyərək nadir xəstəliyə yoluxub like
  • 23 İyn 14:37  
Dünya Ailə balıq yeyərək nadir xəstəliyə yoluxub

Avstraliyadan olan üç ailənin üzvləri balıq yeməyi yedikdən sonra nadir

arrow Ətraflı
“Oğlum adam öldürməyib, niyə istefa verməliyəm?” like
  • 23 İyn 14:30  
Digərləri “Oğlum adam öldürməyib, niyə istefa verməliyəm?”

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hər

arrow Ətraflı
Ərzaq qiymətlərinin süni artımının qarşısı alnacaq like
  • 23 İyn 14:27  
Digərləri Ərzaq qiymətlərinin süni artımının qarşısı alnacaq

Azərbaycanda ərzaq qiymətlərinin süni artımının qarşısının alınmas

arrow Ətraflı
Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq etdi like
  • 23 İyn 14:22  
Digərləri Milli Hidrometeorologiya Xidməti əhaliyə xəbərdarlıq etdi

Ölkəmizə yay fəsli gəlib. Hidrometeoloqlar bu yayla bağlı necə proqnozla

arrow Ətraflı
Cənub Qaz Dəhlizi layihəsinə əlavə vəsaitlərin cəlbi üçün hələlik zərurət yoxdur like
  • 23 İyn 14:19  
Siyasət Cənub Qaz Dəhlizi layihəsinə əlavə vəsaitlərin cəlbi üçün hələlik zərurət yoxdur

Cənub Qaz Dəhlizi layihəsinə əlavə vəsaitlərin cəlb olunmasına hələl

arrow Ətraflı
Məşhur müğənnidən karyerasıyla bağlı gözlənilməz qərar like
  • 23 İyn 14:15  
Şou-biznes Məşhur müğənnidən karyerasıyla bağlı gözlənilməz qərar

Türkiyəli məşhur müğənni Zərrin Özər karyerasını bitirib. 

arrow Ətraflı
“Ermənistan müxalifəti başqa yolla gedəcək...” like
  • 23 İyn 14:07  
Siyasət “Ermənistan müxalifəti başqa yolla gedəcək...”

Son.az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

arrow Ətraflı
"Rayondan durub qaçırlar Xoşqədəmin verilişinə" like
  • 23 İyn 14:00  
Şou-biznes "Rayondan durub qaçırlar Xoşqədəmin verilişinə"

"Hərdən məndən soruşanda ki, Koroğlunun, Qaçaq Nəbinin olduğuna in

arrow Ətraflı
ƏhmədbəyliFüzuliŞuşa yolunun tikintisi sürətlə aparılır like
  • 23 İyn 13:54  
Digərləri ƏhmədbəyliFüzuliŞuşa yolunun tikintisi sürətlə aparılır

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş İş

arrow Ətraflı
İki tornado kafeni dağıdıb like
  • 23 İyn 13:52  
Dünya İki tornado kafeni dağıdıb

Rusiyanın Krasnodar diyarında iki tornado Soçi çimərliyinin sahillərində

arrow Ətraflı
Namiq Qaraçuxurlu: “Heç vaxt xəyanət etməmişəm” like
  • 23 İyn 13:45  
Şou-biznes Namiq Qaraçuxurlu: “Heç vaxt xəyanət etməmişəm”

"Mən heç vaxt xəyanət etməmişəm. Ona görə də xəyanəti bağışl

arrow Ətraflı