“Ermənistan müxalifəti başqa yolla gedəcək...”


Siyasət 23 İyn 2022 14:07:00 79 0

“Ermənistan müxalifəti başqa yolla gedəcək...”

Son.az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Bu gün Rusiya baş diplomatı Sergey Lavrov ölkəmizə iki günlük səfərə gəlir. Təbii ki, Azərbaycan üçün bu qəbildən rəsmi ziyarətlərin ən böyük önəmi onların Ermənistanla ədalətli sülh müqaviləsinin imzalanmasına nə dərəcədə töhfə verəcəyi, ələlxüsus İrəvanın 10 noyabr 2020, 11 yanvar 2021-ci il üçtərəfli və digər anlaşmalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə göstərəcəyi təsirlə bağlıdır. Çünki Bakı cürbəcür vasitəçilərin, qlobal oyunçuların şablon bəyanatlarından artıq bezib.

Acı gerçək belədir ki, Rusiya prezidenti Vladimir Putinin də imzası duran sənədlər iki ildir Ermənistan tərəfindən açıq şəkildə sabotaj edilməkdədir. Üstəgəl, kapitulyant ölkə vəziyyəti süni şəkildə gərginləşdirmək üçün həmsərhəd bölgələrdə  silahlı təxribatlarından da qalmır. Zaman isə gedir və böyük sülh anlaşması gecikdikcə, yeni müharibə riski artır. Ona görə ki, istənilən sülhün alternativi hərbdir.

Bəs Rusiya Qafqazdakı yeganə "iti"nin ipini çəkəcəkmi? İmzaladığı anlaşmaları həyasızcasına təftiş edib Bakını "borclu çıxaran" forpostuna təzyiqi artıracaqmı? Hər halda, Moskva Ermənistana, onun iqtidarı və müxalifətinə Ukrayna böhranına rəğmən, hələ də real təzyiq rıçaqlarını saxlayır.

Artıq Ukrayna bəhanəsi də Kreml üçün keçərli deyil. Ən azı o səbəbə ki, Ukrayna ilə müharibə illərlə uzana bilər. Azərbaycanın isə sonsuzadək gözləmək lüksu yoxdur. Bu barədə Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda çıxışı zamanı bir daha aydın şəkildə söylədi. O cümlədən 10 noyabr üçtərəfli sənədlə Laçın yoluna qarşılıq olaraq nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasını Bakı illərlə gözləməyəcək.

Əgər Kreml doğrudan da Güney Qafqazda "iki cəbhə"nin açılmasını istəmirsə, yəni yeni bir müharibədə maraqlı deyilsə, o zaman Qərblə, Avropa İttifaqı ilə "sülh yarışı"na girməkdənsə, regionda barışıq prosesinə real köməklik eləmək haqda düşünməli, prosesə təkan verməlidir. Verəcəkmi?..   

*****

Bu arada Ermənistanın Rusiyaya bağlı radikal-revanşist müxalifətinin lideri, iki gün öncə deputat mandatından imtina edən Artur Vanetsyan bəyan edib ki, müxalifət eyni hədəfə çatmaq, Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün başqa yolla gedəcək. Beləcə, 2 ay ərzində əsas məqsədə çata bilməyən radikal qüvvələr indi də taktikanı dəyişməklə uğur əldə edəcəklərini zənn edirlər.     

Boşuna cəhdlərdir. Çünki Azərbaycan üçün belə "U dönüş"ləri çoxdan fərq eləmir. Bakının haqq yolu, Xankəndi qərarı çoxdan bəlli! Hədəf də, kurs da məlum! Onlar dəyişməyəcək. 

İkinci yandan, "İlanın ağına da lənət, qarasına da". Guya Nikol Paşinyanm komandası sülh göyərçinidirmi? Bu komanda təmsilçilərinin son bəyanatlarına diqqət edəndə bir daha əmin olursan ki, onların radikallardan ciddi fərqi yoxdur. Əmin olursan ki, İrəvana Azərbaycanla sülhdən başqa hər şey lazımdır. Demək ki, yeni müharibə istisna deyil.

Zaman-zaman yazdığımız kimi, yanında NATO üzvü qardaş Türkiyənin olduğu qalib və güclü Azərbaycan kapitulyant ölkənin başında kimin durmasından asılı olmayaraq, bütün variantlara hazırdır. Biz bir daha Ermənistanın dərsini verə bilərik. Ancaq sonuncu halda gündəmə artıq "Ermənistan" adlı kvazi-dövlətin öz taleyi gələcək.

Bu barədə də Azərbaycan tərəfi İrəvana da, "ilana zəhər verən kərtənkələlərə" də dönə-dönə xəbərdarlıq edib. Bakı dəfələrlə bəyan edib ki, Türk torpaqlarında təşəkkül tapmasına rəğmən, Ermənistanla tarixin qanlı, faciəvi səhifəsini qapadıb dinc-yanaşı yaşamağa hazırdır. Yetər ki, Bakının beynəlxalq hüquqa söykənən məlum 5 prinsipi əsasında İrəvan sülh müqaviləsini imzalasın. Bunun ardınca Türkiyə ilə də münasibətlər avtomatik qaydaya düşəcək, bölgədən barıt qoxusu həmişəlik çəkiləcək.      

*****

Bu mənada ən təhlükəlisi Ermənistanın oyunlarından Azərbaycanın təngə gəlməsidir. Bu o deməkdir ki, günün birində Bakı yalançı sülh prosesindən çəkilə bilər. Bəs sonrası necə olacaq?

Bu barədə də gərək ki, İlham Əliyev IX Qlobal Bakı Forumunda açıq şəkildə bildirib. Əgər Ermənistan 44 günlük müharibəyədək olan dönəmdəki kimi özünü aparsa, sülh oyununa davam eləsə, nəticə bəlli: onu yenə ideoloji bazasının darmadağın olunması ilə yanaşı, növbəti və daha ağır hərbi məğlubiyyət gözləyir.

"Bu, mənə əvvəlki danışıqlar dövrünü xatırladır ki, Ermənistan o zamanlar vaxt udmaq üçün davamlı olaraq bütün məsələləri gecikdirirdi. Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi. Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə, onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar oldular... Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi, Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi, Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var".

*****

Odur ki, İrəvan nə qədər gec deyil, doğru seçimini eləsin. Qalan çox qıza zaman kəsiyində o, yaxşıca götür-qoy edib yeganə doğru qərarını verməlidir, nəinki bölgədə öz məkrli maraqları naminə konflikti təzədən körükləməyə çalışan bəzi xarici havadarların "Minsk Qrupu", "status" haqda boş vədinə aldanıb "bəlkə də qaytardılar" ümidi ilə yaşasın.

Ermənilərə heç nə qaytarılmayacaq və nida işarəsi! İllüziya ilə yaşamaqdan da vaz keçsinlər. Çünki onların əlindən alınan onların deyildi, oğurluq idi! Özlərini yaxşı aparmasalar, tarixən onlara məxsus olmayan başqa ərazilər də geri alına bilər. Beynəlxalq hüququ, tarixi hələ heç kim ləğv eləməyib...   

"Rayondan durub qaçırlar Xoşqədəmin verilişinə" like
  • 23 İyn 14:00  
Şou-biznes "Rayondan durub qaçırlar Xoşqədəmin verilişinə"

"Hərdən məndən soruşanda ki, Koroğlunun, Qaçaq Nəbinin olduğuna in

arrow Ətraflı
ƏhmədbəyliFüzuliŞuşa yolunun tikintisi sürətlə aparılır like
  • 23 İyn 13:54  
Digərləri ƏhmədbəyliFüzuliŞuşa yolunun tikintisi sürətlə aparılır

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş İş

arrow Ətraflı
İki tornado kafeni dağıdıb like
  • 23 İyn 13:52  
Dünya İki tornado kafeni dağıdıb

Rusiyanın Krasnodar diyarında iki tornado Soçi çimərliyinin sahillərində

arrow Ətraflı
Namiq Qaraçuxurlu: “Heç vaxt xəyanət etməmişəm” like
  • 23 İyn 13:45  
Şou-biznes Namiq Qaraçuxurlu: “Heç vaxt xəyanət etməmişəm”

"Mən heç vaxt xəyanət etməmişəm. Ona görə də xəyanəti bağışl

arrow Ətraflı
Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır like
  • 23 İyn 13:37  
Digərləri Bölgələrdən ucuz alınan meyvələr Bakıda baha satılır

Yay fəsli olmasına baxmayaraq meyvələrin qiyməti yüksəkdir.

arrow Ətraflı
Azərbaycanlı müğənniyə at hədiyyə etdilər like
  • 23 İyn 13:30  
Şou-biznes Azərbaycanlı müğənniyə at hədiyyə etdilər

Müğənni Nadir Rüstəmliyə at hədiyyə olunub.

arrow Ətraflı
Özlərini DİN və DTX əməkdaşı kimi təqdim edənlər qadını oğurlayıblar like
  • 23 İyn 13:22  
Digərləri Özlərini DİN və DTX əməkdaşı kimi təqdim edənlər qadını oğurlayıblar

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirlə

arrow Ətraflı
FHN: Ötən sutka 85 yanğına çıxış olub, 9 nəfər xilas edilib like
  • 23 İyn 13:15  
Digərləri FHN: Ötən sutka 85 yanğına çıxış olub, 9 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən

arrow Ətraflı
Fətullah Gülənin qardaşı qızı saxlanıldı like
  • 23 İyn 13:12  
Dünya Fətullah Gülənin qardaşı qızı saxlanıldı

Türkiyə sərhədçiləri qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan

arrow Ətraflı
HAVA necə olacaq?  PROQNOZ like
  • 23 İyn 13:10  
Digərləri HAVA necə olacaq? PROQNOZ

İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb like
  • 23 İyn 13:09  
Kriminal Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Nərimanov rayonunda yerləşən mənzillərdən birindən oğurluq e

arrow Ətraflı
Azərbaycanda yeni layihə və xidmətlər işə salınacaq like
  • 23 İyn 13:07  
Siyasət Azərbaycanda yeni layihə və xidmətlər işə salınacaq

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda yeni layihə v

arrow Ətraflı
Zəngəzur dəhlizi Azərbaycana bu imkanları verəcək like
  • 23 İyn 13:05  
Siyasət Zəngəzur dəhlizi Azərbaycana bu imkanları verəcək

Azərbaycan və Rumıniya arasında əlaqələr inkişaf edir, biz Rumıniya vas

arrow Ətraflı