Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb


Siyasət 22 İyn 2022 23:00:00 134 0

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb

22 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən Son.az-a verilən xəbərə görə, nazirlər, ikitərəfli gündəliyinin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə ediblər, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.